- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Babəkin doğum günü qeyd olunacaq

BayBək, Azərbaycan | Sunday, 29th June , 2008 , 19:43 [pm] | İç Xəbərlər

. 1 iyul 2008-ci il tarixdə saat 12.00-da Xızı şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan xalqının böyük sərkərdəsi, azadlıq simvolu Babək Xürrəminin doğum gününü qeyd edəcək.

Tədbir Xızı şəhər İcra Hakimiyyəti ilə birlikdə keçirilir və DAK-ın Azərbaycan Nümayəndəliyi tərəfindən təşkil olunur. Tədbir Güney Azərbaycan türklərinə dəstək



1 iyul 2008-ci il tarixdə saat 12.00-da Xızı şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan xalqının böyük sərkərdəsi, azadlıq simvolu Babək Xürrəminin doğum gününü qeyd edəcək.

Tədbir Xızı şəhər İcra Hakimiyyəti ilə birlikdə keçirilir və DAK-ın Azərbaycan Nümayəndəliyi tərəfindən təşkil olunur. Tədbir Güney Azərbaycan türklərinə dəstək mahiyyəti daşıyır. Məlum olduğu kimi, hər il Güney Azərbaycanda soydaşlarımız Babəkin ad gününü Bəzz qalasına yürüş etməklə qeyd edirlər.

Ötən il olduğu kimi, DAK rəhbərliyi bu il də Xızı şəhərində çoxsaylı gənclərin iştirakı ilə möhtəşəm tədbir keçirəcək. Tədbirdə DAK həmsədrləri - Firidun Pərviznia və Sabir Rüstəmxanlı, DAK İdarə Heyətinin üzvləri - Abuzər Bağırov (DAK həmsədrlərinin MDB üzrə müavini), İsmayıl Ağayev (DAK Azərbaycan Nümayəndəliyinin sədri), Gülər Əhmədova (Milli Məclisin üzvü), professor Vaqif Arzumanlı və Səftər Rəhimli, DAK Nəzarət-Təftiş Komissiyasının sədri Aqil Fərəcov, DAK NTK sədrinin müavini Babək Tağızadə, DAK NTK katibi Samir Əsədli, DAK fəalları, Güney Azərbaycanda olan soydaşlarımız və çoxsaylı qonaqlar iştirak edəcəklər.

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2599.azr
azeribaybak[at]gmail.com