- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Tülkü Farsların Erməni sevdası: İranda “Sumqayıtda erməni soyqırımı” adlı kitab nəşr olunub!

BayBək, Azərbaycan | Monday, 30th June , 2008 , 17:05 [pm] | İç Xəbərlər

. Fars dilində çap olunan kitabda hadisənin səbəbi və nəticələri təhrif olunub və həqiqətə uyğun olmayan statistik rəqəmlərdən istifadə edilib. Nəşrdə qeyd olunub ki, guya hadisə zamanı azərbaycanlılar tərəfindən 200 erməninin evinə hücum edilib, yüzlərlə erməni qətlə yetirilib, o cümlədən ermənilərə məxsus ticarət obyektləri talan edilib. Kitabda Qarabağın tarixi və münaqişənin xronologiyası saxtalaşdırılıb.

Qeyd edək ki



İranda “Sumqayıtda erməni soyqırımı” adlı kitab nəşr olunub. APA-nın məlumatına görə, Ermənistanın İrandakı səfirliyinin təşəbbüsü ilə nəşr olunan kitabda 1988-ci ilin fevralın 27-29-da Sumqayıtda baş verən və beynəlxalq rezonans doğuran iğtişaşlardan bəhs olunub.

Fars dilində çap olunan kitabda hadisənin səbəbi və nəticələri təhrif olunub və həqiqətə uyğun olmayan statistik rəqəmlərdən istifadə edilib. Nəşrdə qeyd olunub ki, guya hadisə zamanı azərbaycanlılar tərəfindən 200 erməninin evinə hücum edilib, yüzlərlə erməni qətlə yetirilib, o cümlədən ermənilərə məxsus ticarət obyektləri talan edilib. Kitabda Qarabağın tarixi və münaqişənin xronologiyası saxtalaşdırılıb.

Qeyd edək ki, 1988-ci il fevralın 27-29-da baş verən bu qanlı hadisələr nəticəsində 26 erməni və 6 azərbaycanlı öldürülüb, onlarla şəxs yaralanıb. Hadisənin günahkarları kimi həbs olunan Əhməd Əhmədov adlı azərbaycanlı güllələnmə cəzasına məhkum edilib, erməni Eduard Qriqoryana isə 12 il həbs cəzası verilib, lakin o, cəzasını axıra qədər çəkmədən azadlığa buraxılıb.

Sonralar hadisələrin erməni millətçi təşkilatlarının SSRİ xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə həyata keçirildiyi aşkarlanıb.apa

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2602.azr
azeribaybak[at]gmail.com