- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi-nin yeni başxani, Əli Taşkənd-in işə başlamağ bildirisi

BayBək, Azərbaycan | Monday, 30th June , 2008 , 17:29 [pm] | Bildirişlər

. İlk başda Hörmətli Böyük Bəyə milli mübrizəmiz yolunda, həyatı boyu çəkdiyi zəhmətlər və apardığı mübarizəyə görə komitəmiz adından can sağlığı və uzun ömür arzulayıram. Komitənin yaranmasında bu günə qədər şövenizmin xəbər baykotu qarşısında xalqımızın qurban verdikləri, məhbusları və işkəncəyə məruz mübariz insanların haqlarını qorumaq uğrunda komitə adina 500-ə yaxın məktubla kampaniya aparmısdır. Bu vasitə ilə dünyadaki qurumlara müraciəti ilə və başqa Güney Azərbaycan insan haqları qurumları ilə yanaşı Güney Azərbaycan milli hərəkətini bəlgələndirmədə çox dəyərli iş aparmağına inanıram.


Dəyərli vətəndaşlar;
Salam və sayğıdan sonra,

İlk başda Hörmətli Böyük Bəyə milli mübrizəmiz yolunda, həyatı boyu çəkdiyi zəhmətlər və apardığı mübarizəyə görə komitəmiz adından can sağlığı və uzun ömür arzulayıram. Komitənin yaranmasında bu günə qədər şövenizmin xəbər baykotu qarşısında xalqımızın qurban verdikləri, məhbusları və işkəncəyə məruz mübariz insanların haqlarını qorumaq uğrunda komitə adina 500-ə yaxın məktubla kampaniya aparmısdır. Bu vasitə ilə dünyadaki qurumlara müraciəti ilə və başqa Güney Azərbaycan insan haqları qurumları ilə yanaşı Güney Azərbaycan milli hərəkətini bəlgələndirmədə çox dəyərli iş aparmağına inanıram.

Xalqımızın belə fəallarının unudulmayacağına da əminəm. Bu o demek deyil ki, Böyük bəyin işi komitəmizdə sona çatıb, onun köməyi və yol göstərməsi hər zaman gərəkəcəkdir. Yalnız bu bir milli vəzifə kimi dəyrləndiyində, siz dəyərli və xalqımızın qayğısını çəkən həmvətənlərin yardımına inanaraq indi bu vəzifə mənim öhdəmə düşür.

Hörmətli həmvətənlər birlik dirilik deməkdir və bildiyiniz kimi vətənimizdə yeridilən vəhşi aparteidin qarşısında birliyimiz ən böyük gücümüzdür. Bu qutsal yolda, yılmadan yorulmadan əl-ələ verib və tapdanan haqlarımızı dünyaya çatdıra bilmək üçün sizinlə əl sıxışmağa hazırlığımı bildirirəm.

Şairimiz Səhənd demişkən, ümid bir qığılcım bir qor olsada, tonqallar yandırar alovlar qurar. Yolumuzun doğru olduğuna inanır və sizinlə işbirliyimizdə başarılı olacağımızı ümid edirəm.

Sonunda siz dəyərli dostlara sağlıq diləyilə bu yolda çəkdiğiniz və çəkəcəginiz zəhmətlərə görə yorulmayasınız deyirəm və işlərin daha yaxşı irəliləməsi üçün, komitəyə ayırdığım, [1] elitaskent@yah… mail adresim veya [2] info@dunazhak…. adresi ilə yazılaşmağınızı xahiş elirəm.

Sayqılarımla;
Əli Taşkənt

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2604.azr
azeribaybak[at]gmail.com
Yazıda qullanılan URL-lər:
[1] elitaskent@yah…: http://www.azr.baybak.commailto:elitaskent@yahoo.com
[2] info@dunazhak….: http://www.azr.baybak.commailto:info@dunazhak.net