- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Bu gün GUAM-ın sammitidir

BayBək, Azərbaycan | Tuesday, 1st July , 2008 , 05:31 [am] | İç Xəbərlər

. Bu gün Gürcüstanın Batumi şəhərində keçiriləcək GUAM sammiti təşkilata daxil olan ölkələrin əməkdaşlıq prosesinə qiymət verəcək və onların gələn ilki əməkdaşlığının inkişaf perspektivlərini müəyyən edəcək. Bunu Batumidə jurnalistlərə GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib. Onun sözlərinə görə, sammitdə Gürcüstan təşkilata sədrlik öhdəliklərini Azərbaycandan qəbul edəcək və 2009-cu ilin iyun ayına qədər onları icra edəcək.


Təşkilata üzv ölkələrin dövlət başçıları ilə yanaşı 25 ölkə nümayəndəsinin iştirakı ilə keçiriləcək sammitdə quruma sədrlik Azərbaycandan Gürcüstana veriləcək.

Bu gün Gürcüstanın Batumi şəhərində keçiriləcək GUAM sammiti təşkilata daxil olan ölkələrin əməkdaşlıq prosesinə qiymət verəcək və onların gələn ilki əməkdaşlığının inkişaf perspektivlərini müəyyən edəcək. Bunu Batumidə jurnalistlərə GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib. Onun sözlərinə görə, sammitdə Gürcüstan təşkilata sədrlik öhdəliklərini Azərbaycandan qəbul edəcək və 2009-cu ilin iyun ayına qədər onları icra edəcək.

Qeyd edək ki, GUAM-a üzv olan ölkələrin başçılarının toplantısı «GUAM Avropanın şərqini birləşdirir» şüarı altında keçiriləcək. İyunun 30-da isə Batumidə sammitə hazırlıq çərçivəsində GUAM ölkələrinin iqtisadi, humanitar və hüquq-mühafizə siyasəti sahəsi rəhbərlərinin birgə iclası keçirilib. Bu toplantıda iştirak edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin sözlərinə görə, danışıqlarda enerji təhlükəsizliyi məsələləri müzakirə edilib: «GUAM ölkələrinin əsas əməkdaşlıq sahəsi iqtisadiyyat və onun inkişaf etdirilməsidir. GUAM ölkələrinin daxil olduğu coğrafi məkan geniş imkanlara malikdir və bunu reallaşdırmağın əsl vaxtıdır. Son illər ərzində bir sıra işlər görülüb. Ölkələr arasında ticarət dövriyyəsi ildən-ilə yüksəlir, yeni obyektlər inşa olunur. Mənim çıxışımın əsas hissəsi isə son il ərzində Gürcüstanla Azərbaycan arasında enerji sahəsində güclənən münasibətlər və enerji təhlükəsizliyinin təmin edilməsinə həsr edilmişdi.

Natiq Əliyevin sözlərinə görə, hazırda GUAM ölkələri bir sıra konkret layihələri əhatə edən çərçivə sazişləri üzərində işləyirlər: «Çərçivə sazişləri konkret layihələri əhatə edir. Layihələri ətraflı şəkildə öyrənmək və təkmilləşdirmək gərəkdir. Onların effektiv olub-olmamasını və GUAM ölkələrinin qanunvericiliyinə uyğunluğunu dəqiqləşdirmək tələb olunur. Qanunları Avropa Birliyinin normativlərinə uyğunlaşdırmaq və itkini aşağı salmaq kimi məsələr var ki, onları birgə işləməliyik.

Qeyd edək ki, iyulun 1-də Batumidə ölkə başçıları və xarici işlər nazirləri səviyyəsində görüşlər başlanacaq. GUAM-ın üçüncü sammitində təşkilata üzv olan ölkələrin rəhbərləri ilə yanaşı 25 ölkənin nümayəndə heyətləri iştirak edəcək. Onların sırasına Polşa prezidenti Lex Kaçinski, Litva prezidenti Valdus Adamkus, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin nümayəndələri, Çexiyanın xarici işlər naziri və s. daxildir. Sammitdə bir sıra sənədlərin, o cümlədən «Batumi bəyannaməsi»nin, birgə kommünekinin, nəqliyyat və tranzit potensialının istifadəsinə dair bəyannamənin, gömrük, hüquq-mühafizə orqanlarının əməkdaşlığı barədə sazişin imzalanacağı gözlənilir.

GUAM+ formatında isə ABŞ Dövlət Departamentinin nümayəndələri və Yaponiya tərəfi ilə danışıqların aparılacağı planlaşdırılır. Qeyd edək ki, sammitdə Moldova xarici işlər naziri səviyyəsində təmsil olunacaq.ans

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2608.azr
azeribaybak[at]gmail.com