- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

PREZİDENT SEÇKİSİ TƏXİRƏ SALINIR

BayBək, Azərbaycan | Wednesday, 2nd July , 2008 , 14:23 [pm] | İç Xəbərlər

. Xatırladaq ki, bundan öncə K.Purqurides Azərbaycan üzrə xüsusi məruzəçi olmaq istədiyini bəyan etmişdi. Hüquq müdafiəçiləri AŞ PA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin etməsi haqda məsələ qaldırmışdılar və bu postda AŞ PA-nın Avropadakı gizli həbsxanalar üzrə xüsusi məruzəçisi Dik Martinini görmək istədiklərini bildirmişdilər. O zaman K.Purqurides bu postda yaxşı fəaliyyət göstərə biləcəyini deyərək, AŞ PA-ya və Azərbaycana öz xidmətini təklif eləmişdi. AŞ-də olan mənbələr və Azərbaycanın hüquq müdafiəçiləri K.Purquridesin Bakı ilə işləməyə bu qədər can atmasını təsadüfi saymırlar. Kiprli deputatın bu canfəşanlığının arxasında hansısa şəxsi maraqların dayandığı istisna olunmur.


Hakimiyyətin planları barədə şok xəbər!

İqtidar Avropa Şurasına seçkinin vaxtının dəyişdiriləcəyini deyib!

Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinin vaxtı dəyişdirilə bilər. Bu barədə “Yeni Müsavat”a Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Bürosundakı mənbə məlumat verib. Qeyd edək ki, AŞPA-nın Siyasi Bürosu artıq Azərbaycanda keçiriləcək prezident seçkilərinin monitorinqini aparmaq üçün ölkəyə göndəriləcək uzunmüddətli Müşahidə Missiyasının formalaşdırılması ilə bağlı qərar çıxarıb. Amma Bürodakı mənbə bildirib ki, hələlik Müşahidə Missiyasının tərkibinin formalaşdırılması və təqvim planı ilə bağlı hər hansı addım atılmayıb.

Yəni AŞPA Müşahidə Missiyasının Azərbaycana nə zaman göndəriləcəyi, onların burada nə qədər qalacağı bəlli deyil. Mənbənin dediyinə görə, buna səbəb Azərbaycan hakimiyyətinin seçkinin keçiriləcəyi tarixlə bağlı onlara hələ konkret məlumat verməməsidir: “Hakimiyyət AŞPA-ya bildirib ki, növbəti prezident seçkilərinin vaxtı dəyişdirilə bilər. Yəni seçkilər indi nəzərdə tutulduğu kimi oktyabrın 15-də yox, iki ay sonra keçirilə bilər. Buna görə də, Assambleyanın Siyasi Bürosu Müşahidə Missiyasının təqvim planını hazırlamağa tələsmir. Biz Bakının cavabını gözləyirik. Seçki günü ilə bağlı bizə son məlumat veriləndən sonra Büro Müşahidə Missiyasının tərkibinin formalaşdırılması və onların iş planı ilə bağlı konkret addımlar atacaq”.

Qeyd edək ki, AŞ PA-nın Azərbaycana göndərəcəyi uzunmüddətli Müşahidə Missiyasına Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin rəhbərlik edəcəyi gözlənilir. Monitorinq Komitəsində və Büroda çoxluq onun namizədliyi üzərində dayanır. Yunan Kiprindən olan deputat Kristos Purqurides isə öz namizədliyini irəli sürüb və bu işin öhdəsindən layiqincə gələ biləcəyini deyib.

Xatırladaq ki, bundan öncə K.Purqurides Azərbaycan üzrə xüsusi məruzəçi olmaq istədiyini bəyan etmişdi. Hüquq müdafiəçiləri AŞ PA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin etməsi haqda məsələ qaldırmışdılar və bu postda AŞ PA-nın Avropadakı gizli həbsxanalar üzrə xüsusi məruzəçisi Dik Martinini görmək istədiklərini bildirmişdilər. O zaman K.Purqurides bu postda yaxşı fəaliyyət göstərə biləcəyini deyərək, AŞ PA-ya və Azərbaycana öz xidmətini təklif eləmişdi. AŞ-də olan mənbələr və Azərbaycanın hüquq müdafiəçiləri K.Purquridesin Bakı ilə işləməyə bu qədər can atmasını təsadüfi saymırlar. Kiprli deputatın bu canfəşanlığının arxasında hansısa şəxsi maraqların dayandığı istisna olunmur.

Seçkinin vaxtının dəyişdirilməsi zərurətinin haradan meydana çıxmasına gəlincə, AŞ-dəki mənbə bunları söylədi: “Faktiki olaraq indi qüvvədə olan Seçki Məcəlləsi ilə normal seçki keçirmək, hakimiyyətin namizədinə alternativ qüvvənin normal kampaniya aparması və uğur qazanması mümkün deyil. Qəbul olunan qətnamələrdən, hakimiyyətə verilən yazılı və açıq tövsiyələrdən əlavə bağlı qapılar arxasında rəsmi görüşlərdə iqtidara çox ciddi təzyiqlər edilir. Bu məsələdə həm Amerikanın, həm Avropa Şurasının, həm də digər beynəlxalq təşkilatların mövqeyi birmənalıdır. Hamı eyni mövqeyi bildirir ki, Seçki Məcəlləsi dəyişdirilməli və komissiyalar paritet əsaslarla formalaşdırılmalıdır. Açıq şəkildə Azərbaycan hakimiyyətinin nümayəndələrinə bildirilib ki, budəfəki seçkilər saxtalaşdırılsa nəticələr tanınmayacaq. Hazırda qüvvədə olan seçki qanunu isə seçki saxtakarlığını reallaşdırmaq üçün hakimiyyətə çox böyük imkanlar verir. Bunu beynəlxlaq birlik bilir və öz tələbində qətidir. Buna görə də, Azərbaycan hakimiyyətinin bu təzyiqlər qarşısında geri çəkilməsi mümkündür”.

Hakimiyyət mayın 2-də Seçki Məcəlləsinə əlavə və dəyişikliklər qəbul edərək bununla da prosesin bitdiyini bildirsə də, seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı onun qarşısında qoyulan tələblər hələ də qüvvəsindədir. Elə AŞ PA-nın yay sessiyasında Azərbaycanla bağlı qəbul olunan 11627 saylı qətnamədə də birmənalı şəkildə göstərilir ki, Azərbaycanın bütün səviyyədəki seçki komissiyalarında sədr, sədr müavini və katib postları hakim partiya ilə digər iddiaçı siyasi qüvvələr arasında balanslaşdırılmış şəkildə bölünməlidir. AŞPA-nın bu tələbi növbəti prezident seçkilərinin təşkilinə kimi yerinə yetirilməlidir. Əgər hakimiyyətin iddia etdiyi kimi, seçki qanunvericiliyinin təkmilləşdirilməsi prosesi tam başa çatmış olsaydı, AŞPA özünün son qətnaməsində növbəti prezident seçkilərinin təşkilinədək aralıq model olaraq seçki komissiyalarındakı mühüm postların hakimiyyət, müxalifət və bitərəflər arasında bölünməsi məsələsini qoymazdı.

Bəs prezident seçkiləri hansı hallarda ertələnə bilər?

Seçki Məcəlləsinin 178-ci maddəsinin 1-ci bəndinə əsasən, prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Seçki Məcəlləsinin 183-cü maddəsinin 1-ci bəndində göstərilir ki, namizədlərin qeydə alınması üçün ayrılmış müddətdə prezidentliyə heç bir namizəd qeydə alınmayıbsa və ya yalnız bir namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə seçkilər 2 ay müddətinə təxirə salınır və bu halda vəzifədə olan prezident öz səlahiyyətlərinin icrasını davam etdirir. Həmin qanunun 183-cü maddəsinin 2-ci bəndinə əsasən isə səsvermə gününədək qeydə alınmış prezidentliyə namizəd qalmazsa, yaxud qeydə alınmış bir namizəd qalarsa, seçkilər namizədlərin irəli sürülməsi və sonrakı seçki hərəkətlərinin edilməsi üçün ən geci 3 ay müddətinə təxirə salınır və bu halda vəzifədə olan prezident öz səlahiyyətlərinin icrasını davam etdirir. Göründüyü kimi, Seçki Məcəlləsi hakimiyyətə seçkiləri ertələməyə imkan verir və kampaniyanın gedişində hakimiyyət belə bir qərar verə bilər. Onu da qeyd edək ki, Azərbaycanda növbəti prezident seçkilərinin oktyabrın 15-də keçirilməsi nəzərdə tutulur və həftənin üçüncü gününə təsadüf edir. Seçkinin iş günündə keçirilməsinin nəzərdə tutulması da AŞ-də razılıqla qarşılanmır və bu qurum Azərbaycandakı prezident seçkisinin mümkün qədər istirahət günlərində keçirilməsini daha məqbul sayır.

Mövzu ilə bağlı fikrini öyrəndiyimiz Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirdi ki, Seçki Məcəlləsinə dəyişiklik etmək və seçkini ertələmək barədə qərar vermək imkanı hakimiyyətin öz əlindədir: “Mən əminəm ki, indiki mərhələdə Azərbaycan hakimiyyəti Seçki Məcəlləsini dəyişdirmək məcburiyyətində qalıb-qalmayacağını bilmir. Bütün hallarda biz öz proqramımız əsasında fəaliyyətimizi davam etdiririk”. Hakimiyyət daxilindəki məlumatlı mənbə isə konkret olaraq seçkinin vaxtının dəyişdiriləcəyi ilə bağlı bilgiyə malik olmadığını desə də, seçkiylə bağlı mühüm dəyişikliklərin gözlənildiyini istisna etməyib. Həmin qaynaq əməkdaşımıza bildirib ki, Seçki Məcəlləsində beynəlxalq birliyin əsas tələblərinin nəzərə alınmaması, əksinə, hakimiyyətə iddialı qüvvələrin mübarizə aparmaq imkanlarının daha da məhdudlaşdırılması ölkə rəhbərliyini güclü və ardıcıl təzyiqlərlə üz-üzə qoyub. Söhbət etdiyimiz başqa bir məlumatlı siyasətçi isə bildirdi ki, seçkinin ertələnəcəyi və qanunvericiliyə dəyişikliklər olunacağı ilə bağlı onda da ciddi məlumatlar var və bu xəbərləri beynəlxalq təşkilatların təmsilçilərindən alıb. Məsələyə rəsmi mövqe öyrənmək cəhdlərimiz alınmasa da, mövzuya qayıdaraq xəbərlə bağlı təfsilatlar əldə etməyə çalışacağıq.musavat

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2619.azr
azeribaybak[at]gmail.com