- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

DAK həmsədrləri XÖYAİDK sədri Nazim İbrahimov, təhsil naziri Misir Mərdanov və QMKİDK sədri Əli Həsənov ilə görüş keçirmişdir

BayBək, Azərbaycan | Wednesday, 2nd July , 2008 , 21:35 [pm] | İç Xəbərlər

. DAK həmsədrlərinin Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) sədri Nazim İbrahimov ilə görüşündə 6-8 iyun 2008-ci il tarixində DAK-ın Almaniyanın Köln şəhərində RAMADA otelində keçirilmiş X növbədənkənar Qurultayı, gələcək əməkdaşlıq perspektivləri və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Dövlət Komitəsinin sədri 6-8 iyun 2008-ci il tarixində DAK-ın Almaniyanın Köln şəhərində RAMADA otelində keçirilmiş X növbədənkənar Qurultayını yaxından təqib etdiklərini və çox möhtəşəm bir qurultayın keçirildiyini bildirmişdir. Eyni zamanda Nazim İbrahimov DAK ilə XÖYAİDK arasında bundan sonra əməkdaşlığın daha da sıx davam etdiriləcəyini diqqətə çatdırmışdır. Görüşün sonunda Dövlət Komitəsi ilə birgə tədbirlərin keçirilməsi qərara alınmışdır.


Məlum olduğu kimi, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Firidun Pərviznia iyunun 23-dən Azərbaycanda səfərdədir. O, Bakıda olduğu müddətdə DAK-ın digər həmsədri, millət vəkili Sabir Rüstəmxanlı ilə birlikdə bir sıra rəsmi və qeyri-rəsmi görüşlər keçirmişdir. Belə ki, DAK həmsədrləri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) sədri Nazim İbrahimov, təhsil naziri Misir Mərdanov və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov ilə görüş keçirmişdir.

DAK həmsədrlərinin Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) sədri Nazim İbrahimov ilə görüşündə 6-8 iyun 2008-ci il tarixində DAK-ın Almaniyanın Köln şəhərində RAMADA otelində keçirilmiş X növbədənkənar Qurultayı, gələcək əməkdaşlıq perspektivləri və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Dövlət Komitəsinin sədri 6-8 iyun 2008-ci il tarixində DAK-ın Almaniyanın Köln şəhərində RAMADA otelində keçirilmiş X növbədənkənar Qurultayını yaxından təqib etdiklərini və çox möhtəşəm bir qurultayın keçirildiyini bildirmişdir. Eyni zamanda Nazim İbrahimov DAK ilə XÖYAİDK arasında bundan sonra əməkdaşlığın daha da sıx davam etdiriləcəyini diqqətə çatdırmışdır. Görüşün sonunda Dövlət Komitəsi ilə birgə tədbirlərin keçirilməsi qərara alınmışdır.

DAK həmsədrlərinin təhsil naziri Misir Mərdanov ilə görüşündə Güney Azərbaycandan olan tələbələrin, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlıların, xüsusilə də gənclərin təhsil problemləri əsas müzakirə mövzusuna çevrilmişdir. DAK həmsədrləri Azərbaycan qanunvericiliyində xarici ölkələrdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı müəyyən güzəştlərin nəzərdə tutulduğunu və həmin güzəştlərin Güney Azərbaycandan olan tələbələrə də şamil olunmasını təhsil nazirindən xahiş etmişlər. Görüşdə bu istiqamətdə Nazirlər Kabineti ilə müzakirələrin aparılması və Azərbaycan qanunvericiliyində qeyd olunmuş güzəştlərin Güney Azərbaycandan olan tələbələr üçün konkretləşdirilməsi qərara alınmışdır.

DAK həmsədri Sabir Rüstəmxanlı Azərbaycanın bütün təhsil ocaqlarında Güney Azərbaycanda ən çox istifadə olunan ərəb əlifbasının tədris edilməsi, məşğələ və kursların keçirilməsi, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan gənclərin Azərbaycanın tarıxini, mədəniyyətini, dilini daha da mükəmməl şəkildə öyrənmələri üçün internet vasitəsilə (paltalk) seminarların təşkil olunmasını təklif etmişdir.

DAK-ın digər həmsədri Firidun Pərviznia isə Azərbaycanda nəşr olunan ədəbiyyatların xaricə mütəmadi olaraq göndərilməsini təklif etmişdir.

Görüşün sonunda DAK-ın azərbaycanlıların təhsili, Azərbaycan dilinin tədrisi və digər məsələlər ilə bağlı həm hökumətə, həm də Təhsil Nazirliyinə təkliflər paketi hazırlayaraq təqdim etməsi qərara alınmışdır.

DAK həmsədrlərinin Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilə görüşündə Güney Azərbaycandan gələn insanların problemləri, Ermənistanın işğalı nəticəsində didərgin düşmüş soydaşlarımızın və bu sahədə DAK-ın görə biləcəyi işlər barəsində müzakirələr aparılmışdır. Görüşdə Qarabağ probleminin təbliği istiqamətində Dövlət Komitəsi ilə əməkdaşlığın gücləndirilməsi və birgə tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Eyni zamanda Dövlət Komitəsi bundan sonra DAK-ın xarıcdə keçirilən tədbirlərini Azərbaycan həqiqətlərini özündə əks etdirən müxtəlif dillərdə çap olunmuş əyani vəsaitlərlə təmin edəcəyini bildirmişdir.

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2622.azr
azeribaybak[at]gmail.com