- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

DÜNYADA 300-dən ÇOX AZƏRBAYCAN İCMASI VAR. AZƏRBAYCANLILARIN XARTİYASI HAZIRLANIR

BayBək, Azərbaycan | Friday, 4th July , 2008 , 13:19 [pm] | İç Xəbərlər

. İyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ad gününü qeyd edəcək. 2002-ci il iyulun 5-də prezident fərmanı ilə yaradılmış qurumun əsas məqsədi xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişafıdır.

Komitənin 6 yaşı ilə bağlı yayılmış press-relizdə qurumun xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub



İyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ad gününü qeyd edəcək. 2002-ci il iyulun 5-də prezident fərmanı ilə yaradılmış qurumun əsas məqsədi xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişafıdır.

Komitənin 6 yaşı ilə bağlı yayılmış press-relizdə qurumun xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, həmvətənlərimizin hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirildiyi vurğulanır. Məlumatda hazırda dünyanın əksər ölkəsində 300-dən çox Azərbaycan icmasının fəaliyyət göstərdiyi və diasporun təşkilatlanma prosesinin davam etdiyi bildirilir.

Dövlət Komitəsinin fəaliyyət göstərdiyi dövr ərzində Rusiya Federasiyasında, o cümlədən Dağıstan Respublikasında, Gürcüstanda və digər ölkələrdə yaşayan azərbaycanlıların problemlərinin həlli ilə bağlı müxtəlif layihələr hazırladığı haqda məlumatlar da press-relizdə yer alıb.

Hazırda dövlət komitəsinin dünya azərbaycanlılarının xartiyası və Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması istiqamətində iş apardığı bildirilir.mediaforum

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2642.azr
azeribaybak[at]gmail.com