- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
DAK həmsədrləri: Güney Azərbaycana kadrlar yetişdirək
BayBək, Azərbaycan | Friday, 4th July , 2008 , 14:42 [pm] | İç Xəbərlər
![]() |
. | Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri Sabir Rüstəmxanlı ilə Firudin Pərvizniya ötən gün bir sıra dövlət orqanlarında vacib görüşlər keçirmiş, bir sıra gərəkli təşəbbüslərlə çıxış etmişlər.
İlk baxışdan elə görünə bilər ki, DAK rəhbərləri ünvanı səhv salıblar. Ən böyük diaspora təşkilatı olan DAK-ın rəhbərləri gərək ki, müxtəlif beynəlxalq təşkilatlarda |
Bakıda güneyli tələbələrin təhsilinin asanlaşdırılması ideyası reallaşdırılmalıdır.
Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri Sabir Rüstəmxanlı ilə Firudin Pərvizniya ötən gün bir sıra dövlət orqanlarında vacib görüşlər keçirmiş, bir sıra gərəkli təşəbbüslərlə çıxış etmişlər.
İlk baxışdan elə görünə bilər ki, DAK rəhbərləri ünvanı səhv salıblar. Ən böyük diaspora təşkilatı olan DAK-ın rəhbərləri gərək ki, müxtəlif beynəlxalq təşkilatlarda: Avropa Birliyində, Avropa Şurasında olsunlar, Azərbaycan həqiqətlərini bu təşkilatların diqqətinə çatdırsınlar. Amma DAK rəhbərləri bu görüşləri müstəqil Azərbaycanın paytaxtı Bakıda, Azərbaycan dövlətinin rəsmi qurumlarında keçiriblər.
Nə qədər qəribə olsa da, DAK-ın Bakıda da görəcəyi işlər var. Əslinə qalsa, bu da təbiidir. Çünki Azərbaycan müstəqil olduqdan sonra vaxt yalnız milli birliyin, dövlətçiliyin gücləndirilməsinə, ordunun, iqtisadiyyatın qüdrətlənməsinə getdiyindən dünyaya səpələnmiş azərbaycanlıların problemlərinə diqqət nisbətən arxa plana keçmişdi.
Mərhum prezident Heydər Əliyevin ikinci hakimiyyət müddətində (1998-2003) dünya azərbaycanlılarının azərbaycançılıq və Azərbaycan dövlətçiliyi ətrafında birləşməsi istiqamətində önəmli addımlar atılmağa başlandı. Bakıda dünya azərbaycanlılarının qurultayı keçirildi, Azərbaycan diasporasının gücləndirilməsi yönündə tədbirlər artırıldı.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu işlərin miqyası daha da böyüdü və proses təkcə azərbaycanıları deyil, bütün dünya türklərini əhatə etdi. Türk və Azərbaycan diaspora təşkilatlarının inteqrasiyası yönündə zəruri addımlar atıldı. Amma köklü problemlər qalırdı və həllini gözləyirdi.
Bu problemlər əsasən, İranda yaşayan 30 milyondan artıq azərbaycanlının durumu ilə bağlı idi. Bəllidir ki, İrandakı hakim rejim azərbaycanlı siyasi fəalları vaxtaşırı ölkədən deportasiya edir. Onların isə bir qismi Quzey Azərbaycana gəlir. Avropaya, Amerika, Kanada və Türkiyəyə gedən soydaşlarımız tez bir zamanda cəmiyyətə inteqrasiya olunur və sosial şəraitlərini düzəldə bilirlər. Amma Quzeydə yaşayan Güney azərbaycanlılar barədə bunu söyləmək çətindir. İran rejiminin basqısından qaçmış soydaşlarımız bir də Bakıda çətinliklərlə üzləşir, əcnəbilərə şamil olunan qanunlarla yaşamalı olurlar.
Doğrudur, güneylilərə ikinci vətəndaş statusunun verilməsi hələ tezdir və təhlükəli tendensiyalara yol aça bilər. Amma Güney Azərbaycandan gəlmiş soydaşlarımızın Bakıda əcnəbilərin fəaliyyətini tənzimləyən qanunlarla yaşaması, işləməsi, təhsil alması da doğru deyil. Dəfələrlə müxtəlif toplantılarda nüfuzlu ziyalılar tərəfindən məsələ qaldırılıb ki, Bakıda təhsil alan güneyli tələbələrə güzəştlər edilsin, onların dövlət və qeyri-dövlət ali məktəblərində təhsil almalarına şərait yaradılsın.
Bakıda Türk Xalqları Universitetinin açılması, Milli Elmlər Akademiyasında Güney Azərbaycan şöbələrinin bərpası, müxtəlif elm və təhsil mərkəzlərində güneyli kadrların hazırlanması da səslənən təkliflər sırasında olub. Lakin nədənsə, bu məsələ daim arxa plana keçirilib. DAK həmsədrləri təhsil naziri, Dövlət Qaçqınkomun sədri və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşdə bu məsələləri yenidən qaldırıblar.
Özəlliklə, güneyli tələbələrin təhsil almaları üçün kredit verilməsi məsələsi aktualdır və tez bir vaxtda reallaşdırılmalıdır. Əvvəla, güneyli tələbəlr üçün Bakıda təhsil almaq çox vacibdir və asandır. Onlar tez bir vaxtda yerli şəraitə uyğunlaşır, dil, adət-ənənə problemi ilə üzləşmir, üstəlik bir vətənin tarixini, ədəbiyyatını, dilini öyrənirlər.
Azərbaycan respublikasında təhsil dünyəvi olduğundan Bakıda ali təlsil alan güneylilər tez bir zamanda İrandakı xurafatın təsirindən qurtulur, həqiqi tarixini öyrənir, milli kimliyini dərk edir, azərbaycançılıq ideyasını mənimsəyir. Biz güneylilərə dünyəvi təhsil almaq şəraiti yaratmaqla işimizi asanlaşdırmış oluruq. Özü də bu proses o qədər də böyük xərc aparmır. İran hər il Azərbaycandan, Əfqanıstandan, Dağıstandan, Orta Asiya respublikalarından gələn tələbələrin Qumda təhsilinə milyonlarla dollar para ayırır, onları xomeyniçiliyin təbliğatçısına çevirir. Bizim güneylilərə hansısa ideyanı aşılamağa ehtiyacımız yoxdur.
Biz sadəcə, onlara dünyəvi təhsil verməklə mürtəce dini cərəyanların, panfarsizmin təsirindən çıxarmış olarıq. Bakının ali məktəblərində təhsil alan güneyli tələbələr yaxın illərdə qurulacaq Güney Azərbaycan dövlətini idarə edənlər olacaq. Güneyli tələbələrin Bakının ali məktəblərində təhsil almaları üçün etdiymiz güzəştlərin maddi itkisi o qədər də böyük olmayacaq, amma əvəzində gələcək üçün böyük kapital qoymuş, Güneyin kadr bankını yaratmış olacağıq.olaylar
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir