- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

DAK rəhbərliyi Güney Azərbaycan təşkilatlarının təmsilçiləri ilə görüş keçirmişdir

BayBək, Azərbaycan | Monday, 7th July , 2008 , 13:03 [pm] | İç Xəbərlər

. Görüşdə Güney Azərbaycandakı son durum, güneyli tələbələrin üzləşdiyi problemlər, birgə əməkdaşlıq, DAK-ın bu sahədə görə biləcəyi işlər və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Görüşdə DAK İdarə Heyətinin üzvləri – təşkilat məsələləri üzrə müavin Səməd Fərtaş, Səftər Rəhimli, “Güney Azərbaycan” dərgisinin baş redaktoru Cavidan Elbars, GAMOH-un Bakı bürosunun rəhbəri Ağrı Qaradağlı, Azərbaycan Demokrat Firqəsinin (ADF) üzvü Taymaz Dizəli, Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif universitetlərdə təhsil alan güneyli tələbələr və çoxsaylı fəallar iştirak etmişdir.


Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri – Firidun Pərviznia və Sabir Rüstəmxanlı Güney Azərbaycanda və ondan kənarda fəaliyyət göstərən bir sıra təşkilatların təmsilşiləri və Azərbaycan Respublikasında təhsil alan güneyli tələbələrlə görüş keçirmişdir.

Görüşdə Güney Azərbaycandakı son durum, güneyli tələbələrin üzləşdiyi problemlər, birgə əməkdaşlıq, DAK-ın bu sahədə görə biləcəyi işlər və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Görüşdə DAK İdarə Heyətinin üzvləri – təşkilat məsələləri üzrə müavin Səməd Fərtaş, Səftər Rəhimli, “Güney Azərbaycan” dərgisinin baş redaktoru Cavidan Elbars, GAMOH-un Bakı bürosunun rəhbəri Ağrı Qaradağlı, Azərbaycan Demokrat Firqəsinin (ADF) üzvü Taymaz Dizəli, Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif universitetlərdə təhsil alan güneyli tələbələr və çoxsaylı fəallar iştirak etmişdir.

DAK həmsədri Sabir Rüstəmxanlı qurumun 6-8 iyun 2008-ci il tarixində Almaniyanın Köln şəhərində keçirilmiş X növbədənkənar Qurultayı haqqında məlumat verərək bildirmişdir ki, tədbirdə 300-dək adam iştirak etmişdir. Bunlardan 148 nəfəri mandatlı nümayəndə olmuşdur. Qurultaya Avropa mətbuatının diqqəti yüksək olmuş və tədbir Belçikada nəşr olunan “Beltürk” qəzeti tərəfindən geniş işıqlandırılmışdır. Hətta “TurkShow” televiziyası qurultayı canlı yayımlamışdır. DAK-ın həmsədrliyinə, İdarə Heyətinə tanınmış insanlar seçilmişlər. Eyni zamanda bir zamanlar konqresdən uzaqlaşmış Almaniyada “Ana dili” adlı dərgi nəşr etdirən Nurəddin Qərəvi, Məhəmməd Müştaq və digər güneyli ziyalılar yenidən DAK-ın sıralarına qoşulmuş və qurumun İdarə Heyətində təmsilşilik hüquq qazanmışdır.

Sabir Rüstəmxanlı qeyd etmişdir ki, iyulun 1-dən etibarən Belçikanın paytaxtı Brüssel şəhərində DAK-ın Avropa üzrə Daimi Nümayəndəliyi fəaliyyətə başlamışdır. Bu ilin sentyabrından Avropada rəsmi görüşlərin, tədbirlərin keçirilməsinə başlanılacaqdır: “Artıq DAK fəaliyyətini genişləndirməkdədir. Qurum güneyli soydaşlarımızla da əlaqələrini gücləndirmək istəyir. Güney Azərbaycan türkləri iki ildir fəallaşıb. Ancaq hələ istənilən səviyyədə deyil. Türkiyədən olan tələbələr Azərbaycanda qəzet, jurnal buraxırlar, dərnəklər yaradırlar. Lakin Azərbaycan Respublikasında təhsil alan güneyli tələbələr bu sahədə çox zəifdirlər. Türkiyədə təhsil alan güneyli tələbələr “Güney Azərbaycan” dərgisi buraxırlar. Biz Təhsil Nazirliyinin qarşısında Azərbaycanın bütün ümumtəhsil məktəblərində ərəb əlifbasının keçirilməsi, internet vasitəsilə (paltalk) Azərbaycanla bağlı seminarların təşkil olunması məsələlərini qaldırmışıq. Erməni iş adamları Venesiyada məktəblər açaraq pulsuz dərslər verirlər. Ancaq güneyli iş adamları bunu etmirlər”.

DAK həmsədri vurğulamışdır ki, Azərbaycan Respublikasında iki ildir Güney Azərbaycan Forumu keçirilməkdədir. Bu tədbir gələcəkdə də davam edəcəkdir. Yaxın vaxtlarda DAK Avropada Güney Azərbaycan təşkilatları – GAMOH, GAİP, DünAzHMK, ADAPP, ASMEK və s. ilə görüşlər keçirərək birgə əməkdaşlıq istiqamətində addımlar atmaq niyyətindədir.

DAK-ın digər həmsədri Firidun Pərviznia bildirmişdir ki, on ildir yaranmasına baxmayaraq, qurumun təşkilatlanması prosesi zəif olmuşdur. Ancaq indi bütün enerjini səfərbər edərək DAK-ı daha da gücləndirmək istiqamətində işlər görülməyə başlanılmışdır. Hazırda internet əsridir və texnologiya sürətlə inkişaf edir. Ancaq uğur qazanmaq üçün fəaliyyət sistemli şəkildə olmalıdır. DAK-ın ağırlıq mərkəzi Güney Azərbaycan olduğu üçün 35 milyonluq soydaşımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində addımlar atılacaqdır.

Bunun üçün beynəlxalq təşkilatlarla çoxsaylı görüşlər keçiriləcək, tədbirlər qoyulacaq. Almaniyada İran adlanan yerdə 35 milyon Azərbaycan türkü olduğunu və onların hüquqlarının pozulduğunu söyləyəndə ciddi narahatçılıq keçirirlər. Afrikada cəngəlliklərdə yaşayan kiçik bir qəbilənin dilini qorumaq üçün milyonlar xərcləyirlər. Ancaq Güney Azərbaycanda 35 milyonluq bir millətin ana dilində məktəbi yoxdur.
DAK Idarə Heyətinin üzvü Səftər Rəhimli vurğulamışdır ki, bu cür görüşlərin mütəmadi təşkil edilməsi olduqca vacibdir. Çünki Güney Azərbaycan türklərinin haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün birlik zəruridir: “DAK-da artıq Güney Azərbaycana yönəlik fəaliyyət güclənib. İndi qurumun iş planının 90 faizi Güney Azərbaycanla bağlıdır”.

ADF üzvü Taymaz Dizəli qeyd etmişdir ki, Güney Azərbaycan təşkilatlarında şəxsi ambisiyalar birləşməyə mane olan amillərdəndir. Eyni zamanda təşkilatlar məxfilik prinsipini qorumurlar. Bu məsələlərə diqqət yetirmək lazımdır. Eyni zamanda Güney Azərbaycan təşkilatlarının rəhbərlərinin iştirakı ilə ümumi yığıncaqlar keçirməklə ziddiyyətlərin aradan qaldırılması və birləşmə istiqamətində addımların atılması zəruridir. DAK-ın bu istiqamətdə addım atması məqsədəuyğun olardı.

Güneyli tələbələr isə Azərbaycan Respublikasında üç mindən çox soydaşımızın təhsil aldığını, ancaq onlarla sistemli şəkildə iş aparılmadığını vurğulamışlar. Onlar güneyli tələbələr üçün universitetlərdə dəyirmi masaların, konfransların keçirilməsini, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il, Novruz bayramları ərəfəsində konsertlərin təşkil olunmasını və təbliğatın gücləndirilməsini məqsədəuyğun saymışdır. Onlar həmçinin təhsil məsələsində Güney Azərbaycan türkləri ilə əcnəbi tələbələr arasında fərq qopyulmasını, 5-10 nəfərin pulsuz təhsil almasına şərait yaradılmasını və DAK-ın telekanal açmasını zəruri hesab etmişdir.

Görüşün sonunda bu cür fikir mübadiləsini mütəmadi olaraq davam etdirmək və birgə fəaliyyət göstərmək barədə razılığa gəlinmişdir.

DAK toplantisi

DAK toplantisi

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2663.azr
azeribaybak[at]gmail.com