- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Türkiyə Gənclik Məclisi Xocalı Soyqırımını qəbul etdi

BayBək, Azərbaycan | Friday, 11th July , 2008 , 07:37 [am] | İç Xəbərlər

. Türkiyə Gənclik Məclisi bu gün Xocalı Soyqırımını qəbul edib. Bu barədə “Qaynar.info”-ya məclisə təqdim olunan qanun layihəsinin müəlliflərindən biri, Dalğa Gənclər Hərakatının təşkilati məsələlər üzrə koordinatoru Elşən Poladlı məlumat verib.

E.Poladlının sözlərinə görə, “26 fevral- Xocalı Soyqırımı Türkiyədə anılsın” adlı qanun layihəsinin digər müəllifləri məclis üzvləri- azərbaycanlı Əli Əliyev



Türkiyə Gənclik Məclisi bu gün Xocalı Soyqırımını qəbul edib. Bu barədə “Qaynar.info”-ya məclisə təqdim olunan qanun layihəsinin müəlliflərindən biri, Dalğa Gənclər Hərakatının təşkilati məsələlər üzrə koordinatoru Elşən Poladlı məlumat verib.

E.Poladlının sözlərinə görə, “26 fevral- Xocalı Soyqırımı Türkiyədə anılsın” adlı qanun layihəsinin digər müəllifləri məclis üzvləri- azərbaycanlı Əli Əliyev və türkiyəli həmkarı Can Giray olub. Qanun layihəsi Türkiyə Gənclik Məclisi Başkanlığına təqdim edilib və 73 səsə lehinə, 4 səsə əleyhinə olmaqla qəbul edilib.

Ənənəyə görə, Türkiyə Gənclik Məclisində qəbul olunan qərarlar həm də qanun təklifi statusu daşıyır və hüquqi status alması üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunur.

Bildirək ki, Türkiyə Gənclik Məclisi (TGM) 2004-cü ildən fəaliyyət göstərir. Qurum Türkiyə Parlamentarlar Birliyi və Beynəlxalq Respublikaçılar İnstitutunun birgə layihəsi əsasında fəaliyyət göstərir.

TGM-nin məqsədi siyasət və idarəetmə sahəsində türk gəncliyinə nəzəri biliklərini praktiki bilgilərə çevirə bilmək fürsətini verməkdir.

TGM-nin 2004-cü ildən düzənlədiyi bu layihəyə ilk dəfə bu il Azərbaycan gəncləri- DALĞA GH-nin təmsilçisi Elşən Poladlı və heç bir təşkilatıtəmsil etməıyən Əli Əliyev də qatılıb.qaynar

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2686.azr
azeribaybak[at]gmail.com