- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
YAP-da “QİYAM” BAŞLAYIB
BayBək, Azərbaycan | Monday, 14th July , 2008 , 13:09 [pm] | İç Xəbərlər
![]() |
. | Yeni Azərbaycan Partiyasında (YAP) ara qarışıb. Növbəti qurultaya hazırlaşan hakim partiyada “köhnələr”lə “yeni”lər arasında uzun müddətdən bəri gedən savaş şiddətlənib. Əlbəttə ki, mübarizənin güclənməsi təsadüfi deyil. Hələ bir müddət öncə YAP-ın növbəti qurultayının gərgin keçəcəyi və bir sıra şəxslərin - vaxtilə Heydər Əliyevin irəli çəkdiyi kadrların rəhbərlikdən uzaqlaşdırılacağı barədə məlumat vermişdik |
Hakim partiyadan uzaqlaşdırılması planlaşdırılan “köhnələr” mübarizəyə qalxıb.
Yeni Azərbaycan Partiyasında (YAP) ara qarışıb. Növbəti qurultaya hazırlaşan hakim partiyada “köhnələr”lə “yeni”lər arasında uzun müddətdən bəri gedən savaş şiddətlənib. Əlbəttə ki, mübarizənin güclənməsi təsadüfi deyil. Hələ bir müddət öncə YAP-ın növbəti qurultayının gərgin keçəcəyi və bir sıra şəxslərin - vaxtilə Heydər Əliyevin irəli çəkdiyi kadrların rəhbərlikdən uzaqlaşdırılacağı barədə məlumat vermişdik. Hakimiyyətdaxili mənbələrdən aldığımız xəbərlərdə bildirilirdi ki, qurultay zamanı Yusif Hümbətov, Yaqub Əliyev, Nizami Xudiyev, Kərim Kərimov YAP-ın İdarə Heyətindən kənarlaşdırılacaqlar.
Həmçinin partiyanın Siyasi Şurasında təmsil olunan Murtuz Ələsgərov, Əvəz Ələkbərov, Svetlana Bayramova, Əli Əlirzayev, Cəlal Əliyev, Xeyrəddin Qocayev, Həsən Mirzəyev, Alqış Həsənoğlu, Elbrus Təhməzov da “vurulacaqlar”.
Adları çəkilən şəxslər Əliyevçi kimi tanınırlar və elə qəzəbə tuş gəlmələrinin səbəbi də budur. Söhbət ondan gedir ki, təxminən 2002-ci ildən sonra hakim partiyada H.Əliyevin silahdaşları, inandığı şəxslərə qarşı cəbhə açılıb. Onların bir neçəsi, daha dəqiq desək, hakim partiyada proseslərə təsir edə bilənlər - Əli İnsanov, Sirus Təbrizli, Əsədulla Qurbanov və digərləri artıq sıradan çıxarılıblar. Faktiki olaraq bu gün YAP Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin diqtəsi ilə fəaliyyət göstərir və təşkilatı onun adamları idarə edirlər. Növbəti qurultayda isə YAP-ı “köhnələr”dən tamamilə təmizləməyi planlaşdırıblar.
Lakin “vurulması” planlaşdırılan şəxslər də sakit dayanmırlar. Onlar artıq əks hücuma keçiblər. İlk olaraq Svetlana Bayramova etiraza qalxıb. O, “Reytinq” qəzetinə müsahibəsində Əli Əhmədovu, Mübariz Qurbanlını, Məlahət Həsənovanı, Ağacan Əbiyevi necə deyərlər, “ağ yuyub, qara sərib”. O, partiyanın rəhbərliyinin qəzəbinə tuş gəldiyini deyib.
Jurnalistin “sizə qarşı belə münasibət sabiq səhiyyə naziri Əli İnsanovla yaxınlığınızla əlaqələndirilir” sualına cavabında S.Bayramova “Əli İnsanova yaxın olan adam YAP-ın Nəsimi Rayon Təşkilatının sədri Məlahət Həsənovadır”, - deyə qeyd edib: “Bütün ölkə bilir ki, Məlahət Həsənova Əli İnsanova ”dayım” deyirdi… Mənim isə Heydər Əliyevi təbliğ edən, onun layiqli fəaliyyətini sevən şəxs kimi Əli İnsanova çox böyük hörmətim vardı… Bu gün YAP rəhbərliyində olan şəxslərin əksəriyyəti Əli İnsanovun “şinel”indən çıxanlardır. Belə adamlardan biri də Əli Əhmədovdur… YAP rəhbərliyində olan insanlar bu partiyanın ideologiyasından uzaq olanlardır. Hazırda ideologiya şöbəsinə Mübariz Qurbanlı rəhbərlik edir. Hansı ki, vaxtilə AMİP-in ideologiya katibi olub… İndi YAP-da vəziyyət olduqca pisdir. Bu vəziyyəti görəndə ürək ağrısı keçirirəm. Heyifslənirəm ki, Məlahət Həsənova kimiləri meydana çıxıblar. Amma bu partiya üçün əziyyət çəkənlər kənarda qalıblar”.
Xanım Bayramova həmçinin, Ə.Əhmədovu ölkə başçısı İlham Əliyevin verdiyi tapşırıqları yerinə yetirməməkdə, onu prezidentə yalan məlumatlar ötürməkdə ittiham edib. O, Ağacan Əbiyevi Bədən Tərbiyəsi Akademiyasına pulla tələbə qəbul etdirməkdə, idmana zərbə vurmaqda suçlayıb.
S.Bayramovanın mövqeyindən aydın şəkildə görünür ki, “köhnələr”lə partiyanı inhisara almaq istəyən “yenilər” arasında konflikt günbəgün dərinləşir. Belə aydın olur ki, Əliyevçilər təşkilatın tamamilə Ramiz Mehdiyevin adamlarının əlinə keçməsinin qarşısını almağa çalışırlar. Heç şübhəsiz ki, S.Bayramovanın bu açıqlamasından sonra YAP-da vəziyyət daha da pisləşəcək. Müşahidələr onu deməyə əsas verir ki, seçki ərəfəsində YAP-ın parçalanması ehtimalı çox böyükdür.musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir