- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Rusiyani hədələmək amacıyla, Amerika ordusu Gürcüstanda manevrlərə başladı
BayBək, Azərbaycan | Tuesday, 15th July , 2008 , 16:36 [pm] | Dış Xəbərlər
![]() |
. | Ekspertlər diqqəti belə bir məqama çəkirlər ki, “Çevik cavab 2008” kod adı olan hərbi təlim məşqləri Tbilisi-Moskva münasibətlərinin gərgin çağına təsadüf edir.
Bununla belə rəsmilər xüsusi vurğulayırlar ki, bu manevrlər aylar öncə planlaşdırılıb və Gürcüstana məxsus kəşfiyyat təyyarələrinin iddia olunduğuna görə Rusiya tərəfindən vurulması ilə bağlı deyil. |
BBC yazır, İyulun 15-də Gürcüstandakı keçmiş Rusiya hərbi bazası Vazianidə 100-dək Amerika əskərinin iştirakilə hərbi manevrlərə başlanıb.
Ekspertlər diqqəti belə bir məqama çəkirlər ki, “Çevik cavab 2008” kod adı olan hərbi təlim məşqləri Tbilisi-Moskva münasibətlərinin gərgin çağına təsadüf edir.
Bununla belə rəsmilər xüsusi vurğulayırlar ki, bu manevrlər aylar öncə planlaşdırılıb və Gürcüstana məxsus kəşfiyyat təyyarələrinin iddia olunduğuna görə Rusiya tərəfindən vurulması ilə bağlı deyil.
Amerika Silahlı Qüvvələrinin Şərqi Avropa Əməliyyatları Qüvvəsinin komandanı briqada generalı Vilyam B. Qaret (William B. Garrett) deyib ki, “başlıca məqsəd Amerika və Gürcüstan qüvvələri arasında əməkdaşlıq və tərəffdaşlığın inkişaf etdirilməsidir”.
Hərbi oyunlarda 600 gürcü əsgəri ilə yanaşı Ukrayna, Azərbaycan və Ermənistandan da kiçik hərbi heyətlər iştirak edir.
Gürcüstan və Pentaqon arasındakı əməkdaşlıq getdikcə dərinləşir. Hazırda İraqda 2000 nəfərlik Gürcüstan əsgəri qüvvəsi xidmət edir.
Bu keçmiş Sovet İttifaqı məkanından İraqa göndərilmiş ən çoxsaylı kontingentdir.
Bu da xəbər verilir ki, Gürcüstan Rusiya qırıcılarının Gürcüstanın hava məkanına daxil olması ilə əlaqədar Moskvadakı səfirini geri çağırıb.
“Çevik Cavab 2008” təlim məşqləri iki həftə davam edəcək.
Manevrlər komanda və səhra əməliyyatları qismində iki mərhələdə keçirilir.
Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Aleksandr Osepişvili deyib ki, manevrlərdən məqsəd NATO texnologiyaları computer və hərbi planlaşdırma sistemlərinin öyrənilməsidir.
Məlumatlara görə Amerika Birləşmiş Ştatları bu hərbi manevrlərə 8 milyon dollar xərcləyib.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir