- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Ermənilər sabah ATƏT-in monitorinq keçirəcəyi Yusifcanlı kəndində yanğın törədiblər
BayBək, Azərbaycan | Tuesday, 15th July , 2008 , 18:48 [pm] | İç Xəbərlər
![]() |
. | Monitorinq keçiriləcək ərazidə törədilən yanğın bir müddətdən sonra söndürülüb. Yanğının bir saata yaxın davam etdiyi bildirilir. Qeyd edək ki, sabah Yusifcanlı kəndi yaxınlığında planlaşdırılan monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində |
Ermənilər sabah ATƏT sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq keçiriləcək Ağdam rayonunun Yusifcanlı kəndinə od vurublar.
Monitorinq keçiriləcək ərazidə törədilən yanğın bir müddətdən sonra söndürülüb. Yanğının bir saata yaxın davam etdiyi bildirilir. Qeyd edək ki, sabah Yusifcanlı kəndi yaxınlığında planlaşdırılan monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Antal Herdiç və İrci Aberle keçirəcəklər.apa
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir