- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

NATO Əfqanıstanda 12 saata 162 nəfəri öldürdü

BayBək, Azərbaycan | Thursday, 17th July , 2008 , 13:26 [pm] | Dış Xəbərlər

. Əfqanıstanın Paktika vilayəti ərazisində Pakistandan keçmiş 300-ə yaxın Taliban döyüşçüsü ilə döyüşlər 12 saatdan çox davam edib. Əməliyyat zamanı 150 Taliban döyüşçüsü öldürülüb. Fərəh vilayətində isə taliblərin gizləndiyi yerlərə endirilən hava zərbələri nəticəsində 12 dinc sakin dünyasını dəyişib. Onlardan doqquzu kişi, ikisi qadın, biri uşaqdır.


NATO qüvvələri Əfqanıstanın cənub-şərq vilayətlərində Taliban döyüşçülərinə qarşı irimiqyaslı əməliyyat keçirib.

Əfqanıstanın Paktika vilayəti ərazisində Pakistandan keçmiş 300-ə yaxın Taliban döyüşçüsü ilə döyüşlər 12 saatdan çox davam edib. Əməliyyat zamanı 150 Taliban döyüşçüsü öldürülüb. Fərəh vilayətində isə taliblərin gizləndiyi yerlərə endirilən hava zərbələri nəticəsində 12 dinc sakin dünyasını dəyişib. Onlardan doqquzu kişi, ikisi qadın, biri uşaqdır.

Qeyd edək ki, iyulun 13-də Paktiya, Paktika və Xost vilayətlərində gedən döyüşlərdə İSAF qüvvələri 9 əsgərini itirib. Buna cavab olaraq İSAF komandanlığı ölkənin cənubunda taliblərə qarşı irimiqyaslı əməliyyata başlayıb. Hazırda əməliyyat davam edir.apa

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2729.azr
azeribaybak[at]gmail.com