- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
TƏBRİZDƏ DÖRD FƏAL TUTULUB
BayBək, Azərbaycan | Saturday, 19th July , 2008 , 00:12 [am] | İç Xəbərlər
![]() |
. | Hər üç şəxs 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq may-iyun aylarında keçirilən aksiyalara qatıldıqları üçün dəfələrlə xəbərdarlıq almış, bir neçə semestr təhsildən məhrum edilmişdilər.
İyulun 17-də Azərbaycan milli hərəkatının fəal üzvü, ixtisasca mühəndis olan Daryuş Hatəmi də naməlum şəxslər tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. D.Hatəmi |
İyulun 17-də saat 12 radələrində ETTELAAT əməkdaşları üç təbrizli fəalı (Səccad Radmehr, Aydın Xacei və Fəraz Zehtab) həbs edərək naməlum istiqamətə aparıblar.
«Media forum» saytının məlumatına görə, fəallar Təbriz Universitetinin qapısında tutulublar. Bir saat sonra isə onların evində axtarış olub.
Hər üç şəxs 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq may-iyun aylarında keçirilən aksiyalara qatıldıqları üçün dəfələrlə xəbərdarlıq almış, bir neçə semestr təhsildən məhrum edilmişdilər.
İyulun 17-də Azərbaycan milli hərəkatının fəal üzvü, ixtisasca mühəndis olan Daryuş Hatəmi də naməlum şəxslər tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. D.Hatəmi milli zəmində göstərdiyi fəaliyyətə görə əvvəllər bir neçə dəfə həbsə olub.
Sözügedən dörd təbrizli fəalın harda saxlandığı bilinmir.mediaforum
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir