- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Əfqanıstan: dinc əhali arasında itkilərin sayı artır

BayBək, Azərbaycan | Sunday, 20th July , 2008 , 23:00 [pm] | Dış Xəbərlər

. Bu, xarici qüvvələr üçün olduqça həssas bir məsələdir.

Ölkənin qərbindəki Fərah əyalətində əfqan polisi bilmədən qaranlıqda əfqan və beynəlxalq qüvvələrin karvanına atəş açıb.

Polis onların Taliban



Əfqanıstanda beynəlxalq qüvvələrin cəlb olunduğu hadisələrdə həlak olan mülkilərin sayı artır.

Bu, xarici qüvvələr üçün olduqça həssas bir məsələdir.

Ölkənin qərbindəki Fərah əyalətində əfqan polisi bilmədən qaranlıqda əfqan və beynəlxalq qüvvələrin karvanına atəş açıb.

Polis onların Taliban dəstələri olduğunu zənn etmişdir.

Yerli sakinlər polisin köməyinə qaçanda, xarici qüvvələr hava reydinə əl atmışlar.

Şahidlərin dediyinə görə, bir neçə mülki eləcə də 4 polis işçisi həlak olub.

Digər bir hadisədə isə, Pakistanla sərhəd yaxınlığındakı Paktika əyalətində NATO qüvvələrinin hədəfə çatmayan zərbəsi nəticəsində azı 4 mülki həlak olub.

Təsdiq olunmamış məlumatlara görə isə, ölənlərin sayı bir qədər də çox olub.

Dinc əhali arasında bu son ölüm halları Amerika prezidentliyinə namizədlərdən biri Barak Obamanın Əfqanıstan prezidenti Həmid Kərzayla Kabulda görüşü ərəfəsi baş verir.bbc

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2757.azr
azeribaybak[at]gmail.com