- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

İsrail “erməni soyqırımı”nı tanımayacaq, Rəsmi Təl-Əviv Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

BayBək, Azərbaycan | Tuesday, 22nd July , 2008 , 00:16 [am] | İç Xəbərlər

. Yəhudi siyasətçiləri “erməni soyqırımı”nı tanımaq niyyətində deyillər. Onların fikrincə, XX əsrin əvvəlində türklər erməniləri yox, əksinə, ermənilər türkləri qırmışdır. “Russkaya liniya” informasiya agentliyinə istinadla xəbər verir ki, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Knessetin deputatı İosif Şaqalın (“İsrail bizim evimizdir” bloku) fikirincə, yəhudi parlamenti “erməni soyqırımı”nın tanınması məsələsi barədə obyektiv qərar çıxaracaq.


Yəhudi siyasətçiləri “erməni soyqırımı”nı tanımaq niyyətində deyillər. Onların fikrincə, XX əsrin əvvəlində türklər erməniləri yox, əksinə, ermənilər türkləri qırmışdır. “Russkaya liniya” informasiya agentliyinə istinadla xəbər verir ki, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Knessetin deputatı İosif Şaqalın (“İsrail bizim evimizdir” bloku) fikirincə, yəhudi parlamenti “erməni soyqırımı”nın tanınması məsələsi barədə obyektiv qərar çıxaracaq.

İsrailin Azərbaycanla qırılmaz tellərlə bağlı olduğunu vurğulayan İ.Şaqal qeyd etmişdir ki, Azərbaycandan alınan neftin həcminə görə İsrail dünya dövlətləri arasında ikinci yeri tutur: “Rəsmi Təl-Əviv Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ölkələrimiz arasında hər il onlarca qarşılıqlı rəsmi səfərlər həyata keçirilir. Ermənistan isə, əksinə, İsrail dövləti üçün heç bir strateji əhəmiyyət kəsb etmir. Onunla diplomatik və iqtisadi münasibətlər sırf formal xarakter daşıyır. Düzdür, Qüdsdə bir qrup erməni yaşayır, lakin bu icmanın İsrail qanunlarını pozmasını, hərbi xidmətdən və vergi ödəməkdən yayınma hallarını saymasaq, heç bir fəallığı görünmür. Bu səbəbdən, inanmıram ki, İsrail öz mənafelərinə zidd olaraq, ermənilərin uydurma fikirlərini qəbul etsin”.

Azərbaycan Dağ Yəhudiləri İcmasının lideri Semyon İxiilov da əmin olduğunu bildirib ki, Knesset “erməni soyqırımı”nı heç vaxt tanımayacaq. Çünki İsrail parlamentində həmyerlimiz İosif Şaqal başda olmaqla, Azərbaycanı dəstəkləyən güclü qrup mövcuddur.
S.İxiilovun fikrincə, XX əsrin əvvəlində qırğın qurbanı olmuş türklərin sayı ermənilərdən çoxdur. Onun sözlərinə görə, Azərbaycan Dağ Yəhudiləri İcması Knesset tərəfindən “erməni soyqırımı”nın tanınmasının qarşısını almaq məqsədilə müvafiq iş aparmağa başlayıb.

S.İxiilov müasir Azərbaycanda yəhudilərin dinclik və əmin-amanlıq şəraitində yaşamasını vurğulayaraq deyib: “Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yəhudi xalqına həmişə hörmət bəsləyib. Ona görə tam əminliklə deyə bilərəm ki, Azərbaycanda antisemitizm yoxdur”.ans

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2763.azr
azeribaybak[at]gmail.com