- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına açıq məktub - Aydın Məmmədov
BayBək, Azərbaycan | Wednesday, 30th July , 2008 , 03:49 [am] | Məqalə-Yazi, İç Xəbərlər
![]() |
. | Məlumunuz olduğu kimi, bu yaxınlarda sabiq serb lideri Radovan Karaciç də Beynəlxalq Tribunala təslim ediləcək. Bu xəbəri serb millətçiləri hiddətlə, Bosniya müsəlmanları sevinclə, mən isə qısqanclıq hissi ilə qarşılamışam.
Siz həm prezidentsiniz, həm də prezidentliyə ən əsas namizəd. Azərbaycan Respublikasının bir vətəndaşı, bir seçici kimi təkid və bir KİV təmsilçisi kimi sual edirəm: Niyə məlum 1988-ci il hadisələrin təşkilatçıları hələ də azadlıqdadırlar?! |
Cənab Prezident,
Məlumunuz olduğu kimi, bu yaxınlarda sabiq serb lideri Radovan Karaciç də Beynəlxalq Tribunala təslim ediləcək. Bu xəbəri serb millətçiləri hiddətlə, Bosniya müsəlmanları sevinclə, mən isə qısqanclıq hissi ilə qarşılamışam. Belə ki gözümü açandan, xalqıma qarşı haqsızlıqların edildiyini, xalqımın dəfələrlə genosidlərə məruz qaldığını gördüyüm halda, bir dəfə də olsun bu işləri edənlərin ədalət məhkəməsi qarşısında durduğunu görmədim!
Məsələn, 1988-ci ildə Ermənistan SSR rəhbərliyi, onların ərazisində yaşayan Azərbaycanlıların qovulması barədə qərar çıxartdı. Qeyri-müharibə şəraitində, 250 mindən artıq həmmillətimiz Ermənistandan qovuldu, minlərlə adam təcavüzə məruz qaldı, işgəncə ilə öldürüldü…
Cənab Prezident,
Siz həm prezidentsiniz, həm də prezidentliyə ən əsas namizəd. Azərbaycan Respublikasının bir vətəndaşı, bir seçici kimi təkid və bir KİV təmsilçisi kimi sual edirəm: Niyə məlum 1988-ci il hadisələrin təşkilatçıları hələ də azadlıqdadırlar?!
Aydın Məmmədov
27 iyul 2008-ci il
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir