- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Metyu Brayza separatçıları ruhlandıran bəyanatla çıxış edib

BayBək, Azərbaycan | Saturday, 2nd August , 2008 , 06:25 [am] | İç Xəbərlər

. O, Moskvada xarici işlər nazirlərinin görüşündən sonra bildirib ki, Dağlıq Qarabağın taleyi referendum yolu ilə həll oluna bilər!

«Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalacağı və ya müstəqillik qazanacağı referendum yolu ilə həll oluna bilər». «İnterfaks» agentliyinin məlumatına görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bunu Moskvada xarici işlər nazirlərinin görüşündən sonra bəyan edib



O, Moskvada xarici işlər nazirlərinin görüşündən sonra bildirib ki, Dağlıq Qarabağın taleyi referendum yolu ilə həll oluna bilər!

«Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalacağı və ya müstəqillik qazanacağı referendum yolu ilə həll oluna bilər». «İnterfaks» agentliyinin məlumatına görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bunu Moskvada xarici işlər nazirlərinin görüşündən sonra bəyan edib.

Metyu Brayza münaqişə tərəfləri arasında etimadın yaradılmasının vacibliyini vurğulayıb və bəyan edib ki, danışıqlardan imtina təhlükəli yoldur. ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov isə hesab edir ki, danışıqlar yarımçıq qala bilməs: «Proses davam edir-xarici işlər nazirləri, prezidentlər görüşür. Bu isə onu göstərir ki, ATƏT-in Minsk Qruppu normal işləyir. Münaqişə tərəfləri-Azərbaycan və Erməneistan isə bir-birinə münasibətdə konstruktiv mövqedədir».

Bu açıqlamalardan dərhal sonra Abxaziya separatçılarının lideri Sergey Baqapş məsələyə münasibət bildirib. O, Dağlıq Qarabağın taleyinin referendum yolu ilə həll olunma ehtimalı barədə məlumatı sevinclə qarşılayıb. Onun fikrincə, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyada Kosovo variantından istifadə olunmalıdır: «Mən ABŞ dövlət katibinin müavini Metyu Brayzanın mövqeyini alqışlayıram. Bu mövqedən çıxış edərək, ABŞ-ı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi ilə bağlı refedendum nəticələrini tanımağa çağırıram».ans

BayBak, All about a Nation, Bir millətin səsi

==========
Buna bağli olan yazılar


Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2849.azr
azeribaybak[at]gmail.com