- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Azərbaycan prezident seçkisin baykot edənlər: ADP seçkiləri boykot qərarı verdi
BayBək, Azərbaycan | Saturday, 2nd August , 2008 , 16:31 [pm] | İç Xəbərlər
![]() |
. | Partiyanın rəhbəri Sərdar Cəlaloğıu bildirib ki, rəhbərlik etdiyi partiya seçkilərdə namizəd ilə çıxış etməyəcək, mühaidə aparmayacaq və seçkilərin gedişi və nəticələrinə hər hansı qiymət verməyəcəkdir.
Bununla yanaşı Sərdar Cəlaloğlu deyib ki, son 10 ildə birinci dəfədir ki, öllədə seçkilər aparıcı müxalifət partiyalarının iştirakı olmadan keçirilir və bu ölkədə yeni siyasi situasiyanın yaranması deməkdir. |
Bu gün - avqustun 2-də “Müsavat” partiyasının məclisi qarşıdan gələn prezident seçkilərində iştirak etməmək barədə qərar verib.
84 məclis üzvündən 65-i bu qərarın lehinə, 6 - əleyhinə səsverib .
Bir nəfər bitərəf qalıb.
Bu təkliflə ilk olaraq partiyanın başqanı İsa Qəmbər çıxış edib.
O seçkilərdən imtina barədə qərarını seçki qabağı mühitin qeyri demokratik olması, sərbəst toplaşmaq hüququqnun pozulması, azad medianın sıxışdırılması və beynəlxalq qurumların Azərbaycanda demokratiyanın inkişafına biganə münasibəti ilə izah edib.
Analoji qərarı bu gün Azərbaycan Demokrat Partiyasının məclisi də çıxarıb.
Partiyanın rəhbəri Sərdar Cəlaloğıu bildirib ki, rəhbərlik etdiyi partiya seçkilərdə namizəd ilə çıxış etməyəcək, mühaidə aparmayacaq və seçkilərin gedişi və nəticələrinə hər hansı qiymət verməyəcəkdir.
Bununla yanaşı Sərdar Cəlaloğlu deyib ki, son 10 ildə birinci dəfədir ki, öllədə seçkilər aparıcı müxalifət partiyalarının iştirakı olmadan keçirilir və bu ölkədə yeni siyasi situasiyanın yaranması deməkdir.
Sərdar Cəlaloğlunun fikrincə, bu seçkilərin nəticələrinin beynəlxalq qurumlar tərəfindən tanınmasında müəyyən problemlər yaradacaq.
Yeni Azərbaycan partiyasını keçirdiyi bu günkü qurultayda isə partiyanın rəhbəri və hazırki prezident İlham Əliyevin namizədliyi irəli sürülüb, onun 5 illik fəaliyyəti müzakirə olunub və yüksək qiymətləndirilib.
Xatırladaq ki, Azərbaycan naminə forumun prezidenti Eldar Namazov , millət vəkilləri Fazil Qəzənfəroğlu , Güdrət Həsənquliyev, “Azadlıq” partiyasnın rəhbəri Əhməd Oruc və başqaları seçkilərdə iştirak etmək niyyətində olduqlarını bildirmişdilər.
Azərbaycana xalq cəbhəsi, Liberal və başqa müxalifət partiyalarının birləşdiyi “Azadlıq” bloku hələ ötən ay qarşıdan gələn prezident seçkilərini boykot etdiyini bəyan edib.
Dünən “Musavat” partiyasının Bakı Şəhər Meriyası qarşısında piket keçirmək cəhdi baş tutmayıb. Belə ki, polis müxalifət təmsilçilərini qovaraq , onlardan 13-nü saxlayıb.
Xatırladaq ki, bu “Musavat” partiyasının son bir ay ərzində ikinci piket keçirmək cəhdi idi.
Piketi keçirməkdə məqsəd ölkədə vətəndaşların sərbəst toplaşmaq hüququnun bərpasını və seçkiqabağı demokratik vəziyyətin düzəldilməsini tələb etmək olub.
Saat təxminən 12-də polis və mülki geyimli şəxslər paytaxt meriyası qarşısında yığışan gəncləri saxlamağa başlayıblar.
Polis partiyanın gənclər təşkilatı rəhbərinin müavini Əhəd Məmmədli və bir neçə nəfər başqa gənci döyərək hadisə yerindən uzaqlaşdırmağa çalışırdılar.
“Azad seçki” , “İstefa” şüarlarını səsləndirən gənclərin əllərində tutduqları vərəqələrdən seçkiqabağı vəziyyətin demokratikləşdirilməsi tələbi ilə küçəyə çıxması qənaətinə gəlmək olardı.
Polisin hərəkətlərinə rəhbərlik edən Səbail rayon polis İdarəsinin rəis müavini Kamil Vəlişov baş verənlərlə bağlı şərh verməkdən imtina etdi. Az sonra 13 piketçinin saxlandığı və günorta saatlarında azadlığa buraxıldığı bəlli olub.
“Müsavat ” partiyası icra aparatının rəhbəri Arif Hacılı partiyanın təşkil etdiyi bu günkü piketin dağıdılmasını ölkədə seçkiqabağı mühitin qeyri-demokratikliyindən xəbər verdiyini bildirib.
Belə olan halda “Müsavat” partiyası seçkilərə gedəcəkmi , yoxsa ötən seçkilərdə üzvü olduğu “Azadlıq” bloku ilə bərabər boykot taktikasına üstünlük verəcək sualına cavabında isə Arif Hacılı dedi ki, bu, sabah “Müsavat” partiyasının məclisində bilinəcək.
“Musavat” partiyası ilə bərabər seçkilərə qatılıb-qatılmayacağını sabah müəyyənləşdirməyi planlaşdıran “Azadlıq” blokunun digər sabiq üzvü Azərbaycan Demokrat Partiyasının rəhbəri Sərdar Cəlaloğlu da seçkiqabağı vəziyyətin qeyri-demokratikliyindən gileylənib.
Qarşıdan gələn prezident seçkilərində Azərbaycan Demokrat Partiyasının öz namizədi ilə iştirak edib-etməyəcəyinə gəlincə isə Sərdar Cəlaloğlu bildirdi ki, rəhbərlik etdiyi partiya seçkilərdə iştirak etmək üçün lazımi resurslara malik olmadığı üçün seçkilərdə iştirak etməyəcək.
Son olaraq “Müsavat” və Azərbaycan Demokrat Partiyasının üzümüzə gələn prezident seçkilərinə qatılıb qatılmayacaqları hər iki partiyanın sabah keçiriləcək qurultayında bəlli olacaq.
Sabah hakim Yeni Azərbaycan partiyası da keçirilməsi gözlənilən qurultayında öz namizədini irəli sürəcək.bbc
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir