- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Batı Azərbaycan milli müdafiə komitəsi: Böyük Rəsuloğlu ilə musahibə

BayBək, Azərbaycan | Saturday, 2nd August , 2008 , 22:09 [pm] | Məqalə-Yazi

. Tarixdən dərs almayan millət geçmış xətaların təkrar edəcəkdir. Bu əyri-burux yolda hərəkət edən milli qatarların səhvi onların aşıb yox olacaqları ilə nəticələnə bilər. Batı Azərbaycanda erməni və Kürd məsələsi ilə bağlı 1993- də Tehranda ərəb əlifbasında hazırlayıb çap etdiridiyim “ qanlı sənələr “ kitabına yazdığım girş bölməsində tarixi sənədlərə dayanaraq toxunmuşdum. Orada geniş surətsə şərh etdiyim kimi mən Təbrizdə anadan olsamda 12- 13 yaşlarımda Urmudakı topraq varlığımız nədəni ilə oraya köçüb və “Qara Həsənli “ kəndində yaşamalı olmuşam. O zaman yəni 1334 – də ( 1955) ikinci dünya müharbəsindən ancaq 7-8 il geçirdi və Kürd talanlarında xalqın başına gətirilən bəlalardan xalq hələdə ağlıya – ağlıya danışırdı. Kəndilərdən çoxlu acı xatırələr eştdiyimi və Kürd talançılarının qarşında tək başına dayanaraq kəndi qoryuan , hələ o vaxt yaşayan Kəlbə Canəli əminin qəhrəmanlıqlarından o giriş sözündə geniş yazdığıma görə vaxtızı almıram. Sonralar, canımdan çox sevdiyim Urmu tarixini araşdırarkən bu nəcib millətin başına gələn bəlalərin əsas iki səbəbini anladım.


Batı Azərbaycan milli müdafiə komitəsi olaraq yaxın iki ildir işə başlayıb çalışmışıq kürd terorisminə qarşı elimizdən gələni əsirgəməyib topraqlarımızın batı bölgəsində bütövlüyün qorumaq üçün meydanda olaq.bu arada yolomuz sağlamcasına davam etsin diyə həməşə çalışmışıq demokrasi və poloralism prinsiplərinə dayanaraq ayrı-ayrı fikirləri tanımaq və yararlanmaqla işimizə davam edək bu uzdən muxtəlif milli fəallarla bir seri musahibə qərarina gəlib istirik batı Azərbaycanda olan terorismə qarşı muxtəlif baxışlardan faydalanaq.

Topraq dergisi

1-Sayın böyük bəy siz o cümlə insanlardansınız ki batı Azərbaycan milli müdafiə komitəsi yaranandan bəri həməşə onun yanında olub və himayət edirdiniz.bu himayətlərin nədənin oxucularımıza açıqlıya bilərsiniz mi?

Tarixdən dərs almayan millət geçmış xətaların təkrar edəcəkdir. Bu əyri-burux yolda hərəkət edən milli qatarların səhvi onların aşıb yox olacaqları ilə nəticələnə bilər. Batı Azərbaycanda erməni və Kürd məsələsi ilə bağlı 1993- də Tehranda ərəb əlifbasında hazırlayıb çap etdiridiyim “ qanlı sənələr “ kitabına yazdığım girş bölməsində tarixi sənədlərə dayanaraq toxunmuşdum. Orada geniş surətsə şərh etdiyim kimi mən Təbrizdə anadan olsamda 12- 13 yaşlarımda Urmudakı topraq varlığımız nədəni ilə oraya köçüb və “Qara Həsənli “ kəndində yaşamalı olmuşam. O zaman yəni 1334 – də ( 1955) ikinci dünya müharbəsindən ancaq 7-8 il geçirdi və Kürd talanlarında xalqın başına gətirilən bəlalardan xalq hələdə ağlıya – ağlıya danışırdı. Kəndilərdən çoxlu acı xatırələr eştdiyimi və Kürd talançılarının qarşında tək başına dayanaraq kəndi qoryuan , hələ o vaxt yaşayan Kəlbə Canəli əminin qəhrəmanlıqlarından o giriş sözündə geniş yazdığıma görə vaxtızı almıram. Sonralar, canımdan çox sevdiyim Urmu tarixini araşdırarkən bu nəcib millətin başına gələn bəlalərin əsas iki səbəbini anladım.

Birincisi azərbaycanlıların mütəşəkkil olaraq sistematik biçimdə mühacimlərin qarşısında müqavimət göstərməməsi. İkicisi isə məsələlərə Arya ırqı nəzəriyəsi ilə baxan Tehran hakimiyətinə ümid bağlaması.

Onun üçün sizin bu komitəni bəlkədə tariximizdə ilk dəfə olaraq o bölgədə yaranmış bir milli dirəniş qurumu kimi bağrıma basdım. Əminəmki, sizlərin dəqiq və faydalı fəaliyətləriz nəticəsində artıq o günlər geri qayıtmıyacaq.

2-Cənabız millişuranın müəssir üyələrindınsiz.millişurada batı Azərbaycan milli müdafiı komitəsindən himayət edir mi?

Bildiyiniz kimi “Milli Şuranı “ yaratmaq yolunda başlatdığımız fəaliyət müxtəlif fikir və düşüncə sahiblərinin bir araya toplanması ilə olmuşdur. Təbii olaraq az fərqli olsada ayrı- ayrı xətlərlə batı Azərbaycan probləminin həllini düşünənlər bəzi məqamlarda eyni nəzəriyəni paylaşmıya bilər. Ancaq fikrimcə dostlarımızın hamısı öz millətini müdafiə etməkdə hımfikirdir. Buna əmin və arxayınamkı milli mənafemiz təhlükə qarşısında qalarsa bütün dostlarımız əl - ələ onu qorumaq üçün vahid bir yumuruq olacaqdır, bu dəfələrlə sübut olmuşdur.

3-Milli hərəkətimizdə bir tanınmış fərd kimin ayrı çalışan siyasal quruplarımıza nə tapşəriqlarınız var?

Bildiyiniz kimi müxtəlif səbələr üzündən bəzi qruplar arasında çeşitli ancaq kiçik probləmlər yaşanmaqdadır. İddealar, təhqirlər- təhriflər və bir - birini qəbul etməmə kimi hallar olsada , məncə milli hərəkətimiz böyük bir birlik içərisində dəvam edir. Bu hərəkatın gövdəsi bunu dəfələrlə sübut etmişdir. Artıq hər kəs başa düşməlidir ki, bu boyda hereket kimsənin kontrolu altında olamaz , sadəcə sistem lazimdir, onu fikirləşmək gərəkir. Azerbaycan Tür milləti böyük siyasi geçmişə malikdir və insan və təşkilatıları onların əməlləri ilə dəyərləndirir. Mən bu rəngarəngliyi milli hərəktımızın dayanaqlığı kimi görürəm, təxribatlara əngəl kimi baxıram. Xoşbaxtlıqdan son zamanlar milli quvvələr arasında aparılan müzakirələr məntiqi davranışlar çəmbərinə girmişdir. Hamımızın ədəb və nəzakət usulları ilə bir- birimizlə müzakirə aparmağımız, güneydə yaranacaq hər hansı bir fürsətdən düzgün istifadə etməyimiz üçün imkan yaradacaqdır. Buda bir həqiqətdirki, böyüdüyümüz muhitin, aldığımız tərbiyənin nəticəsi olaraq əksəriyətimizdə üstünlük hisləri movcutdur. Səbir, hosələ və məntiq zaviyəsi ilə baxaraq qəbul etməliyik ki, əsarət zəncirləri hamımızın qollarını yaralamaqdadır. Qurtuluşumuz isə bütün millətimizin ayağa qalxması ilə hamımızın payına düşəcəkdir.

4- Sayın böyük bəy həməşə sizin dəyərli intiqadlarınız bizlər üçün yol güstərici olub bu üzdən batı Azərbaycan milli müdafiə komtəsinin işləri daha da yaxşı irəli sürsün diyə nə tapşırıqlarınız var?

Sizin apardığınız siyasət həqiqətən təqdirə layiqdir. Yaşar bəylə apardığnız müsahəbədə qeyd edilən komitənin başqa şəhərlərdə də quralacağı xəbəri, genişlənmənin əhəmiyətini dərkinizdən irəli gəlir və sevindiricidir. Ancaq indiki şəraitdə əminiyəti məsələləri diqqətlə gözdən geçirmək xətaları azaldar.

Batı Azərbaycanda teror dəstələrinin asan yol ilə qarşısının alınması haqda yaydığınız bəyaniyə çox dəyərli bir fikirdir. Məncə belə bəyaniyələrin bir az qısa olması oxuyanı bıxdırmıyacağına görə daha faydalı olar. Misal üçün əmlakın satılmaması, xəbərlərin mill müdafiə komitəsinə göndərilməsi, şübhəli durumların izlənilib xəbər verilməsi kimi məsələlər ayrı – ayrı elamiyələrlə verilirsə daha etkin olar. Əlbətdə daxildə bu işlərin yerinə yetirilməsinin nə qədər çətin olduğu hamımıza aydındır.

5- Sayın Böyük bəy siz bir fərd ki ömür boyu insan haqları özəlliklə Azərbaycan insan haqları uğrunda çalışıbsınız və sidaqətiniz hamiya bəllidir kürd terorismi başçılarının batı Azərbaycan topraqlarına olan saldırıcı baxışlarına nə sözünüz var ?

Bütün insanların, din, milliyət, cinsiyət və başqa fəqliliklərinə baxmıyaraq, rahat və azad yaşamasını, öz dil, mədəniyət və kimliklərini qoruyaraq inkişaf etdirmələrini istəmiyən bir şəxsə insan demək mümükün deyildir. İnsanların və millətlərin bu milli varlıqlarına saldıranlar, vətən anlayışı çərçivəsində topraqlarında gözü olanların qarşısında savaşıb hətta şəhid olmuyanlarda yuxarıdakı tərifə layiq olarlar. Onun üçündür ki, biz dəfələrlə demişik və bir daha tikrar edirəm ki, özümüzə istədiyimizi bütün millətlərə istəyirik. Ancaq milli varlığımızı hədəfə alanlar və ya toprağımızda gözü olanlarla da barışmağımız mümkün deyil.

Biz insanlara hürriyət , millətlərə istiqlal şuarını yaradan böyük öndər Məhəmməd əmin rəsulzadələrin ovladlarıyıq, zülm etməz, məzlum olmarıq. Birisi çıxıb soruşa bilər, onda bu əsarət zəncirlərini boynunuzdan nə üçün aça bilmirsiniz. Ona görəki, bizim kimliyimizi bizə unutdurublar, uzun müddət yuxuya dalaraq vəya yalançı təbliqata aldanaraq hamıya don tikmişik özümüzü düşünməkdən uzaq qalmışıq. Tərsə dönən bu dəyirmanın üst daşını artıq doğru yönə salmaqdayıq və nəcatımız yaxındır.

Sizin sualiza bir az geniş cavab vermək üçün bir iki xatirəyə toxunmaq istərdim.

1970 – lərdə pan Türkist və separatçı ittihami ilə şahin zindanında olan 4-5 cavan, siyasi bəndə verildikdən sonra Sərab, Təbriz, Sulduzdan olan solçü bəzəndə ama çox az sayıda olan islamçı qruplarla o bəndin müxtəlif odalarında yaşayırdıq. Sol çiynimizdəki odada isə Sənəndəcdən olan 4 - 5 Kürd siyasi zindanisi, dəyərli bir şəxsiyət olan cənab Fəlsəfi adında birinin öndərliyi ilə yaşayırdı. Dəvamlı oxuyan, gözü kitablarda həqiqətləri axdaran bu insan və yanındakılar bizim Türkcü olduğmuzu bilir və mübahisələr aparırdıq. Uzun müddət bir yerdə yaşamağımıza baxmıyaraq bu Kürd əsilli insan və yanındakılardan məntiqi davranış və düzgün siyasi analizdən başqa bir şey görmədik.

Hal bele ikən , o zaman 40-50 yaşlarında olan əslən Təbrizin Bostanabad qəsəbəsindən ancaq çoxdan Kərəcdə yaşayan sabir adında bir tudə partiyası mənsubu da siyası zindani idi. Tudə partiyasının Kərəc şəhərindəki gizlin çapxanasının məsulu kimi sonradan tanıdığımız bu şəxs və yanındakılardan bəzisi bizlərin əleyhinə Türkçü və milliyətçi ittihami ilə o qədər təbilqat apardı ki, siyasi zindanilər arasında mərsum olan Komondan da bizi çıxardılar. Bu Türk onlar isə Kürd idilər. Şübhəsiz, o fikirdə olanların hamısıda onun kimi düşünmürdülər. Onlarla birgə zindan çəkən və geçmişdə demokrat firqəsinin üzvü olmuş rəhmətlik Əbusaleh bəyin bizi müdafiəsini şeirlərimdə oxşamışam.

1363- ci il ( 1984) eziz dostum məhəndis Yasəmi bəyin Urmunun cənubunda İraq- Türkiyə sərhəddində yerləşən “ Zivə “ qəsəbəsində bir məktəb binası tikmək müqaviləsi var idi. Mənimdə oraya gedib, bərabər işin gedişatını və çatışmamazlıqları görməyimi istədi. Oralarda düz yer yoxdur, sadəcə Zivənin xərmən yerlərində fotbal meydanı boyda bir düzlük var.

Bir tərəfdə böyük qəhvəxana mizlərindən bəzənmiş stol arxasında Məsud bəy Barzanlı, yanında həyat yodaşı və qarşısında klaşinkofçular əyilib- düzəlirdilər. Meydanda isə 10 -12 yaşındakı oğlu fotbal topuna təpik vururdu. Topu tez tutub veəya tapıp bu cavanın ayaqlarının önündə tikmək üçün yüzə yaxın Kürd üzü quylu bir birləri ilə didişə - didişə, ama göz altı Məsud bəyədə baxa- baxa vurnuxurdular. Allah bu milləti bugünə qoyan siyasətçiləri yer üzündən silsə, Fəlsəfi kimilərin bu millətə hakim etsə, nə Türkü nə Kürdü nə Ərəbi vəya farsı cavanlarının ölümünə yas tutmaz, onların bolluq içində yaşamasını təmin edər.

Belə bir durumda PKK və PEJAK kimi terorist qrupların ortaya çıxacağı və bu geri saxlanılmış kütlənin xəbərsizliyindən suistifadə etməsi qaçınılmazdır. Hələ Abdullah Öcalanın farscaya çəvrilmiş kitablarında fars şovinizminə olan aria pərəstlik düşüncələri ilə Tehran hakimiyətinin 50 ildən bəri bunlara öyrətdiyi ırqçılıq siyasətini bir araya gətirəndə çətinliklərin kökü dahada dərinliklərə gedir.

Onun üçün biz hər hansi bir gözlənilməz hadisənin baş verməsində indidən

özümüzü hazırlamaqdan başqa yolumuz yoxdur.

Bu terorist qruplara səslənməyin heç bir fayda vermiyəcəyini göz önündə alaraq, Kürd millətinin, özəlliklə Urmu ətrafında olanların aqıllılarına səslənərək bu oyunlara girməmələrini istəməliyik.

6- Sayın böyük bəy rəsuloğlu bu musahibə interneti sitəmiz və topraq dərgisində dərc olunacaq bu üzdən musahibənin sonun sizə tapşırmaq istəyirik ki vətəndən uzaq vətən eşqi habelə millətimizə sözünüz varsa büyrasiz.

Sözü uzaldıb, sizin və dəyərli oxuçularızın vaxtını aldığım üçün üzr istəyirəm. Ancaq bəzi xatirələrimi deməklə bunların tarixizdə qalmasının zərurətini hiss etdiyim dostlarımıza aydındır.

Vətəndən uzaq sözünü işlətdiyinizi görəndə Urmu üçün tir-tir əsən ürək döyüntülərimin xəyal quşu birdə qanadlanıb oralara gəldi.

Deyin görüm , mərkəzdəki o aşıqlar qəhvəsi yerində dururmu, aşıq Dərviş- aşıq Dehqan sazlarını sinələrdə vururmu? Millət yayı bağlarına gedirmi, qız gəlinlər pışpışanı yolurmu? Qaynanalar kolalarda neyqazanı asırmı, toylarızda qız- oğlanlı calman səfi gedirmi?

Dərin hörmətlərimlə;
Böyük Rəsuloğlu

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2853.azr
azeribaybak[at]gmail.com