- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Cənubi Osetiya separatçı rejiminin liderləri Gürcüstanın dövlət naziri ilə görüşdən imtina edib

BayBək, Azərbaycan | Sunday, 3rd August , 2008 , 06:10 [am] | İç Xəbərlər

. Gürcüstan hakimiyyəti Tiflis və Sxinvali arasında danışıqlara alternativ görmür və heç bir şərt irəli sürülmədən danışıqlara başlamağa hazırdır. Bu bayanatla Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Əkobaşvili çıxış edib. Məlumatı nazirin apparatı yayıb.

Dövlət naziri bu gün vəziyyətlə tanış olmaq üçün Sxinvali rayonuna səfər edib. O, gürcü kəndlərinin sakinləri, ATƏT-in müşahidə missiyasının nümayəndələri



Rəsmi Tiflis isə heç bir şərt irəli sürmədən Sxinvali ilə danışıqlara hazır olduğunu bildirir!

Gürcüstan hakimiyyəti Tiflis və Sxinvali arasında danışıqlara alternativ görmür və heç bir şərt irəli sürülmədən danışıqlara başlamağa hazırdır. Bu bayanatla Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Əkobaşvili çıxış edib. Məlumatı nazirin apparatı yayıb.

Dövlət naziri bu gün vəziyyətlə tanış olmaq üçün Sxinvali rayonuna səfər edib. O, gürcü kəndlərinin sakinləri, ATƏT-in müşahidə missiyasının nümayəndələri, Gürcüstan Müdafiə Nazirliyi sülhməramlı əməliyyatlar qərargahının rəhbəri, general Mamuka Kuraşvili, eləcə də qarışıq sülhməramlı qüvvələrin komandanı ilə görüşüb. O, Cənubi Osetiya rəhbərliyi ilə birbaşa görüşə hazır olduğunu bildirib. Lakin onlar bu görüşdən imtina ediblər.

Bununla belə, reinteqrasiya məsələləri üzrə dövlət nazirinin apparatı bəyan edib ki, separatçıların imtinasına baxmayaraq, Tiflis və Sxinvali arasında birbaşa danışıqların alternativi yoxdur və Gürcüstan hökuməti buna hazırdır.

Gürcüstanın dövlət naziri beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyəti, eləcə də Rusiyanı sülh təşəbbüslərini dəstəkləməyə və münaqişə zonasında gərginliyin aradan qaldırılması üçün danışıqların baş tutmasına yardım etməyə çağırıb.ans

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2857.azr
azeribaybak[at]gmail.com