- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Yaralanmamış yerdən qan çıxartmayaq! – Təbrizli Baybək

BayBək, Azərbaycan | Sunday, 3rd August , 2008 , 19:39 [pm] | Məqalə-Yazi

. Mən və mənim düşüncələrimi incələməkdə olan iki soydaşıma bilgi vermək üçün, və gənəldə bir sıra baxışlara düzəliş vermək üçün bu yazini yazıram. Oğuz Ərgin* və İşıq Sönməz** son məqalələrində çalışıblar ta mənim yazılarımda olan bir neçə qonunu ələşdirsinlər, açıq şəkildə onlara görə öz görüşlərin bildirsinlər və danışıqların daha genişlınməsinə yardımci olsunlar. Başlamadan öncə, bu iki soydaşa təşəkkür edirəm və o soydaşlar ki bu cavablari oxumağa məcbur qalacaqlar bağrıma basıram.


Mən və mənim düşüncələrimi incələməkdə olan iki soydaşıma bilgi vermək üçün, və gənəldə bir sıra baxışlara düzəliş vermək üçün bu yazini yazıram. Oğuz Ərgin* və İşıq Sönməz** son məqalələrində çalışıblar ta mənim yazılarımda olan bir neçə qonunu ələşdirsinlər, açıq şəkildə onlara görə öz görüşlərin bildirsinlər və danışıqların daha genişlınməsinə yardımci olsunlar. Başlamadan öncə, bu iki soydaşa təşəkkür edirəm və o soydaşlar ki bu cavablari oxumağa məcbur qalacaqlar bağrıma basıram.

Söz Bayrağ və ya Simgədən gedir ki son zamanlarda yenidən aktual olubdur. Güney Hərəkati üçün bir simgənin yaranmasi və o simgənin bəlki gələcəkdə qurulan devlətçiligimizin bir parçasının geçici olsada rəsmi bayrağının seçməsi önəmli bir işdir.

Bəri başdan deiym ki mən şəxsən “Bayrağ seçimi”nin tərəfdadri olaraq, “Bayrağın gərəkli olması” və önəmli olmasına inanan və bunu “sorun olaraq” görübdə “çözülməsinin” tərəfdari olan məmuli bir Azərbaycanlı Türküyəm. Bu inanc, bəlki mənim umumi inanclarımın balaca bir parçasi olsun, ancaq umumi inancımdanda ayri deiyldir.

Sözüm burda cənab Sönməzədir ki çalışırlar bir yazarın yazdığı bir məqaləni ki bəlli bir dönəm və bəlli bir qonuda yazılıbdır, paraqraf paraqraf incələiyb və hər paraqrafdan istədigini əldə etsin.

Cənab Sönməz, hər paraqrafi özgür bir düşüncə olaraq dəyərləndirmək yanlışdır. Hər haldə bilirsiz ki bir düşüncə sahibi olan yazarın nəyə inandığına varmağ üçün, onun tüm yazıların olduğu kimin oxuyub və anlamağ lazımdır. Ona göədə, mən sizin son iki yazınızda ki məni (mənim düşüncəmi yox) incələiyrsiz yersiz və yararsız dəyərləndirirəm.

Mənim varlığım Bütöv Azərbaycanın real gərçəklərindən oluşub, buna ən azından özümün şübhəm yoxdur. Əgər mənim gərçək adlandırdığım sorular ya varlıqlardan bəzi soydaşlar tərs anlam almağa çalışırlarsa, o mənim problemim dəiyldir. Çümki mən çalışaram gərçək dünyada və gərçəklərlə yaşayam, mən rüyalarda yaşayan bir şəxs dəiyləm.

Cənab Ərgin üçün deməklərimi sanıram daha öncəki yazımda ki Oğuz Ərgin və başqalarının fikrində olan sorulara toxunmuşdum vermiş olmuşam. Ama mələsəf ya onlar o sorulari və açıqlamalari oxuyub anlamayıblar, yada mən anlatmağ istədigim qonularda başarısız olmuşam. Bu olan işdir və hər iki tərəf açıq şəkildə bir birin anlamağa, aydınlatmağa və anlatmağa çalışmalıdırlar. Elə danışığ və tartışma dedigin bundan ibarətdir.

Bilmirəm cənab Sönməz nədən bəhs etmək istəiyr, əgər net bir şəkildə mənim səhv düşüncələlərimi açıqlasalar, bəlki bir cavab vermək imkani yaranacaqdır. İndiki duruma anatomi baxımından baxılırsa, mən bədənin umumi çabasın buraxıb və balaca barmağın dırnağın incələməkdə yarar görmürəm.

Ona görədə, gücümü bir araya toplayıb və Bayrağ qonusunda olan gərçəkləri cənab Ərgin bəy və fikirdaşlarına izah etməgə çalışacağam.

Bayrağ və simgənin yaranmasi son zamanlarda gedən tartışmalarda öz yerin tapıb və artıq ilgili olan şəxslərin çoxu bu sorunun bir dəfəlik çözülməsindən yana olduqların bəlli ediblər. Bu o demək dəiyldir ki muxalif yoxdur, demək istirəm ki qonuyla ilgili olan örəkli fəalların bir çoxu Bayrağ və Simgənin gərəkli olduğun anlayıb və yalnız onu necə seçməkdə çaş-baş qalıblar.

Təbidir ki Güney Hərəkati və onun durumu dünyada taysız bir olaydır. Onu 100% bir hərəkat ya bir siyasi proseslə tutuşdurmağ olmaz. Bu yunik xarakter üçündə, hami çalışmalıdır ta yunik çıxışların tapılmasına yardım etsin. Sorunlari özünə özəl olan Güney, Quzeydən ayri olaraq, Quzeylə birgə gələcəgə malik olan bir hərəkatdır. Bu sözü mən dönə dönə demişəm və diyəcağamda.

Mən daha öncəki yazılarımda dedim ki Güneyli soydaşlar içəridən simbol seçib və önərmələri alqışa layıq bir çabadır, bir çabadır ki milli hərəkatımızda yeni açılar açaraq, demokratik tartışmalara güc qazandırmağ üçün önəmlidir.

Mən heç zaman demədim ki içəridən önərilən qara aypara-ulduzlu simgənin tərhi ilə razıyam, mən dedim ki gənəl olaraq o önərinin içəridən verilməsindən yanayam. Yani ki, soydaşlardan bir nəçəsi yazılarımdan istədikləri sonucu alaraq, məni iki üzlü tanıtmağa çalışsalarda, boş çaba sərf etməkldələr və demək açılan tartışmalari pozmağa çalışdıqlarıni vurqulamaği özümə bir borc bilməliyəm.

Cənab Ərgin, mənim geçmiş yazımda tərs bir söz yoxdur, mən onda açıqcasına demişçəm ki yazılan bildiridə belə yazılıb ama mən fikr edirəm ki yazıldığı kimi olmayıbdır! Mən o yazının dilindən demişdim ki “mutaliə olunub v.s” yoxsa necə olur ki mən öz sözümün ziddi olan başqa bir sözü həman yazımda qələmə alam?

Soydaşlar, yazarlar və fəallar, mən nə zaman dedim ki qara aypara-ulduzlu tərhi qəbul edirəm, Nə zaman dedim ki onu qəbul etmirəm?

Mən aydın olaraq demişəm və deiyrəm ki, qara aypara-ulduzlu tərhin önərilməsini bir dəyərli çaba olaraq, ki bayrağ sorunun çözmək üçün içəridə ki fəallar tərəfindən ortaya çıxıb dəstəkləiyrəm. Bunun harasi onu olduğu kimi onaylamaqdır?

Mən ilk reaksiyamda iki soru verdim, iki önəri verdim və iki ricada bulundum. Bu iki məsələnidə çox dəfələr açıqcasına yazılarımda təkrar etdim.

Sorular bunlardılar:

1- Qara aypara-ulduzlu çox daha öncə, İstanbulda yazılan kitab və BAB təşkilatı tərəfindən qəbul olunan kitabda yer alıbdır!

2- Önərilən bayrağ üçün mənəvi dayağ axtarmağ üçün mərhum Elçi Bəy ortaya çəkilibdir ki bu olay Elçi Bəy tərəfdarlari arasında ixtilafa nədən olub.

Əgər bu sorulara yanıt verən bir soydaş vardırsa, dəmək mən o soydaşın fikrinə varmaməşam və öz sorularımı təkrar edərək ortalıği qatmağa çalışmışam! Ama əgər kimisə bu sorulara yanıt vermədən çalışır ta mubahisəni yolundan caydırsın, onda mənim sözüm onlarla olmayacaqdır.

Əzizlər, İran adlanan ülkənin hakimiyətinin nəqədər qəddar olduğun hamımız bilirik. Bir dənə Türkcədə yazılmış təqvim üçün illərcə Abbas Leysanlıni türmələrdə işkəncə verən, Baybəkin şəkilin kitab arasında tapdığı üçün Türk öyrəncisini işkəncə eədən və bir dəfə Mən Türkəm şuari vermək üçün bir genci təhsildən mən edib və onu zindana salan Fars hakimiyətin hamımız tanırıq.

Və, bilirik ki Türk fəallara yapılan dosiyalarda, XARİCİ ülkələrə və güclərə qulluğ etmək suçu ilk sıralarda yer alıbdır. Sizcə buna görə bizlər düşünməməliyk mi?

XARİCİ ülkə Fars hakimiyəti baxışında hara dır? İlk olaraq Azərbaycan Respoblikasi, ikincisidə Türkiyə Cümhüriyəti! Heç xatırlayırsız ki adi gedən qara aypara-ulduzlu bayrağın tərhi harda verilib, harda yayınlanıb və harda arxivə alınıb?

İllərdir milli fəallarımızı işkəncə altında xaricə bağlamağ istəyən Fars rejimi, qara aypara-ulduzlu tərhi qaldıran genci nə edəcəkdir? Edam mı edəcək ya ödülləndirəcək?

Mənim qəbul edə bilmədigim qonu elə burasıdır ki simgənin önərisi içəridən gəlmiş olsada, o simgənin yaranışı və qaldırmasi təhlükəli və zərbə vuran olacaqdır. Yox ki əgər bir sıra soydaş milli fəallardan “QURBAN”lıq düzəltmək istəiyr ta Fars şovonisminin cəlladlığın bir daha isbat etsin, o zaman mən onlarla danışmağda bilə çəkinməli olacağam.

Sayın Ərgin və cənab Ərgin kimin düşünən soydaşlarım, lütfən məni başa salın ki bu izah etdigim soru və ona verdigim önəmin harasi və nədən səhvdir? Əgər siz inanırsıa ki Fars rejimi qara aypara-ulduzlu bayrağın qaldırmasından faydalanmayacaqdırsa, o zaman bəlki milli düşüncələrimizdə əsasi fərq vardır! Əgər gələcəkdə fəallarımızın XARİCİ ülkə casusu suçundan dar ağacından asılmaların görmək istəmirsinizsə, o zaman mənimlə nədən muxalifət edirsiz?

İkinci qonuya gəlincə, mən genə deiyrəm ki Elçi Bəy və onun Bütöv Azərbaycan ideasi ən önəmli varlıqlarımızdandır, ama, vurqulayım ki bu o demək dəiyldir ki o mərhumun tüm işləri və düşüncələri qusursuzdur. Bu tartışmanı açmağ istəmirəm və sadəcə öz dediklərimə, ki demişdirm “önərilən simgə Elçi Bəy adına ixtilaflara nədən olub” qonusuna geçirəm.

Mən belə düşünürəm ki önərilən simgənin arxasında olan mənəvi dayanacağ şübhəlidir. Nədən ki bir sıra soydaş Elçi Bəyə istinad edərək Güney üçün bayrağ yaranmayacağdan danışırlar, bir sıra soydaş Elçi Bəy qara aypara-ulduzlu kitabi onaylayıbdır və ondan Güney üçün bayrağ anlami almağa çalışırlar, bir sırasi da deiyr ki yox, Elçi Bəy sadəcə bu qara aypara-ulduzlu tərhi “bir fikir” olaraq qarşılayıb! Bu 3 qurup soydaş hər biri doğru deiyr və hər birinin milli düşüncəsi güclüdür. Ama sorun hardadır?

Bunlar doğru dedikləri anda, bir birinə qarşi durub və önərilən simgənin mənəvi dayanacağın şübhəli duruma salır. Axi necə olur ki bir şəxsiyətə istinad edərək, 3 dəiyşik görüş ortaya çıxsın? Burda cənab Sönməzdən soruşmali olacağam ki onların incələdigi məqalələrdə olan çaş başlığlar elə buna bənzər olay dəiylmidir?

Burdadır ki mən genə gəlirəm ilk sözlərimə, önərilən simgə “olduğu kimin” qəbul olunursa, gələcəgimizdə daha çox təziyqlərə nədən olacaq və hətta soydaşların edam olmasına Fars rejiminə bəhanə yaradacağ! Ama, balaca bir dəiyşimlə, bu önərilən simgənin yeni görülüşü həm Elçi Bəyə sayqısızlıqlara nədən olmayacaq və həm tam yeni bir tərh olaraq Fars rejiminin önəmli bəhanəsin əlindən alacaq! Çünki, önəri içəridən verilib və birgə qərar alınıb, demək heç bir XARİCİ ülkəyə bağlana biləcək bir simgə olmayacaqdır!

Doğrudur ki Fars rejimi elə günümüzdədə ağır basqılar uyqulayıb və milli fəallari işkəncə edir! Ama, bu o demək dəiyl ki Fars cəlladlarına istədikləri qılıncı bizlər verək!

Önərilən tərhin qalıbi gözəl olsada, SARI aypara-ulduz həm daha anlamli və görkəmli olacaq və həmdə dedigim sorunlara bir tək çüzüm olacaqdır. Əslən, mənim ya başqasının tərhin bir kənara buraxıbda, yaşama gələn gözəl, demokratik və dəyərki danışığ fırsatından yararlanaraq Güney Hərəkati üçün bir simgə seçək, nə deiyrsiz?

Soydaşlarım, soruların ən önəmlisi budur ki kimlər və necə simgəni seçəcəklər! Elə buna görədir ki mən çalışıram çeşitli qurumları bu tartışmalara daxil edəm. Hami deiyr ki bayraği parlament seçər! Aya Kürdlərin parlamentləri varmıdır ki hamısı, hər nə düşüncədən olursa olsun bir bayrağ qaldırırlar? Yoxsa bizdə gedib Pişəvəri hükümətinin bayrağına sığınağ və bu dəfədə Farslara başqa bəhanə yaradaq? İnanın ki bizim siyasətlərimizin bir tərəfi Farslari xəl-i silah etmək olmalıdır.

Artıq inanmıram ki bayrağ qonusunda düşüncələrimi qaranlıqda saxlamış olmuşam. Tam tərsinə, bir çoxlu soydaşdan ki özləri kəskin mövqeiyət bildirmək yerinə ordan burdan söz çıxarmağa çalışıb və ya daha pis qaçıb yəxdənlərində gizləniblər! iləridəyəm!

İşıq Sönməz-in yazıların oxuyarkın, güclü bir qələmlə qarşi oluram. Ama bilmirəm yazi və incələmə tərzidir ya ki bir sıra anlaşılmayan inanclar, onlardan lazimi qədər yararlana bilmirəm. Son yazılarında mənim Günaz və onun rəhbərligin ələşdirdigimə görə narahat olduqlari bəllidir! Ama nədən? Məgər bilmirlər ki bir xəstənin yaralanmış və işdən düşmüş üzvünü doktorlar pıçaqla müalicə edər, ya kəsib kənara atar ta xəstəni ölümə göndərməsin? Mən belə düşünürəm ki hər şey açıq danışmağ lazimdir, əgər mənim açıqladığım sözlərə etiraz etmək istəyən biri tapılırsa, sözlərimin muxatəbil olmalıdır!

Cənab Sönməz, mən kimisə təhdit etmirəm, gərçəkləri deiyrəm. Təhdit etsəydim, onlar kimi deyərdim ki bizim barədə danışmayın yoxsa bizdə sizin gizlilərinizi ortaya qoyarıq! Bu şantajlar və təhditləri mənim açıq danışıqlarımla tutuşdurmağ səhvdir. Mən demədim ki “mən deydən olmasa ifşa edərəm” mən dedim ki “belə olub və belə olmalıdır”. Dediklərimdə sənədlərə söykənən gərçəklərdir. İşıq Sönməz, mən kiminsə səhvlərindən yararlanaraq onu şantaj edib və ya şəxsi yararlarım üçün ondan ATO tutmağa çalışmaram!

Xiyanət kəliməsinə həssas olan soydaşlarada deiym ki, mənim baxışımdan, Azərbaycan, onun Bütövlügü və gələcəgi barədə kimisə bilərək səhv edərsə xaiyndir. Gərçəklərə dayanaraq, emosiyalardan uzaq və kəskin bir mövqeiyətdən çıxış edənlərin milli çabalari hər zaman alqışlanıb və milli hərəkatımızı yararlandırıb.

Sözlərimdə xaiyn və ya xiyanət qullananda, xaricdə kefə baxanlardan danışanda, bilirəm nə deiyrəm. Cənab Sönməz, xaricdəki Azərbaycanlılar son 15 ildə nələr edə biliblır? Sizin incələdiginiz məqalələrdə buna tay sorular çoxdur! Nədən onlara cavab verməkdənsə, mənim bir paraqrafda yazdığım bir cümləni incələiyb və istədiginiz sonucu ondan çıxarırsız? Siz fikr edirsiz ki May qiyami və ona bənzər inkişaflar xaricdən mi yarandı?

Bayrağ məsələsi milli fəal dediklərimizin əlilə çözülməlidir. Yoxsa oturubda milli parlament ya milli devlət ya referandom gözləməgə davam etsək, hər il bir iki bayrağ, bir iki siyasi partiya! Və bir iki qurum yaranacaq və elə son 15 ildə nəqədər ilərləmişiksə onun tayı ilərləyəcəyık!

Taruf etmədən bir birimizin səhvlərin gərçəkcil olaraq aydınlatağ və hamılıqca onu düzəltməgə çalışağ. Mən demirəm hər bilimin ustasıyam! Hamının səhvi ola bilər, ama, səhvi anlayan gərək məntiqlə ona toxunsun!

Söz üzandı, bayrağ məsələsin bundan artıq yolundan caydırmayaq! Bu soruna çözüm bulmaqdır ki bizlərin nəqədər mədəni, demokrat və aydın olduğumuzu bəlli edəcəkdir. Bayrağın seçilməsilə başlayan inkişafa indidən qucağ açmalıiıq.

Sorunlari çözməkdənsə, oturub yeni sorunlar yaradaq ki heçdə önəmli dəiyldilər! Bayrağ məsələsi içəridən gündəmə çıxıbdırsa, demək onlardırlar ki istirlər gələcək May-larda bayrağla çıxış etsinlər! Buna kimin etirazi olacaqdır? Xaricdə keflə məşqul olanlar mı?

Yaralanmamış yerdən qan çıxartmayaq

Təbrizli Baybək
03/08/2008
Croydon

* [1] www.11008.bayb… və [2] www.11008.bayb…

** [3] www.11008.bayb…

BayBak, All about a Nation, Bir millətin səsi

==========
Buna bağli olan yazılar


Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2862.azr
azeribaybak[at]gmail.com
Yazıda qullanılan URL-lər:
[1] www.11008.bayb…: http://www.11008.baybak.com/il_11008_say_622.azr
[2] www.11008.bayb…: http://www.11008.baybak.com/il_11008_say_704.azr
[3] www.11008.bayb…: http://www.11008.baybak.com/il_11008_say_703.azr