- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Popolsit cumhur başxanımız İlham Əliev kimləri pul ya zor ilə tavlayacaq? Təbrizli Baybək
BayBək, Azərbaycan | Monday, 4th August , 2008 , 02:06 [am] | Məqalə-Yazi
![]() |
. | Durum onu göstərir ki Azərbaycanda ki olaylardan bir sonuc çıxmalıdır: bati və bati qazancları təmin olunmasi! İndi bunu hakim partiya mi yapmali olacaq, yoxsa muxalifət bu gərəvi boynuna alacaq hələlik bir şey bəlli dəiyldir!
Ama, önəmli olan şey bu arada ünütülmüş kimi gəlir mənə! Bəs millətin varlığı nə olacaqdır? Bəlki siz dəyəsiz ki boş ver milləti, onu sayan kimdir! Ama mən elə demirəm, millətin istəki önündə kimsə dayana bilməz, yetər ki millətimiz istəsin! |
Son günlərdə bu xəbərləri oxuyuruq:
- Azərbaycan prezidenti jurnalistlərə pul verdi!
- Azərbaycan prezidenti əməklilərə pul vərəcək!
- Azərbaycan prezidenti polislərə pul verəcək!
- Azərbaycan prezidenti qaçqınlara yəmək verəcək!
- Azərbaycan prezidenti uşaqlara kitab verəcək!
- Azərbaycan prezidenti …
Xatırlayaraq ki Oktyabrın 15-də Azərbaycan Respublikasında prezident seçkiləri geçiriləcə, yuxarıdaki yardımlar soru altına girəcəklər! Əcəba, görəsən bu adlari gedən toplumların heç birinin indiyə qədər qiyməti yoxudur mu? Nədən seçki qabaği cənab prezident “Millətin Malın”dan onlara bağışlamağ fikrinə düşüb?
Popolist olmağ bir xəstəlikdir ki bir çoxlu siyasətçiyə bulaşar! Ama, bu qədər alçaq düşüncəli olaraq öz çirkin siyasətlərindən pərdə açmağ, bəlki o xəstə siyasətçilərin arasında bilə gülünc ilə qarşılansın!
Dünyada olduğu kimin, Azərbaycandada hakim və muxalifət partiyalar var. Hakim partiya iş başında qalmağ üçün, əlindən gələn inkişafa yol açmalıdır! Ama, Azərbaycanda elə dəiyldir, burda hakim partiya iş başında qalmağ üçün əlindən gələn cinayıtlərə yol açmaqdadır!
Jurnalistləri hədələiyb və öldürmək, dinc etirazlara və göstərilərə icazə verməmək, “Azad Seçki” tələb edənləri döymək, qəzetləri rüşvət ilə yoldan caydırmağ, zindanlarda işkəncə vermək v.s. Bunlar hələ ülkə çapında yaratdıği və yararlandıği korrapsiyadan əlavə olaraq millətə uyqulanmaqdalar!
İki dənə körpü tikir, adına Heydər Əliev verir və iki ildən sonra körpülər çökür! Demək elə o adın gücü o qədər olurmuş! Spor zali tikir, Tiyatro zali tikir, yol çəkir, xarici ülkələrə imtiyaz verərək abidələr tikir və hamısının adın Heydər Əliev qoyur! Sanki onların yapıldıği həzinə cənab Əlievin babasının cebindən gəlib! Yox canım, Azərbaycan milli sərvətləri bu hakim partiyanın babasi irsinə bədəl olubdur! Elə ona görədir ki məqamından ayrılmağ istəmir və yeri gəlirsə tüm Azərbaycanlılari tutub zindana salıb işkəncə edəcəkdir!
İllərdir hakimiiyətdə olan bu partiya, ki məqamın öz babasından irsə aparaıb! Azərbaycan üçün nələr edibdir? Məyə Azərbaycani bir tək ürünlü və axsaq ülkəyə çevriməiybdir? Sizcə sabah nəftimizin başına bir hadisə gəlirsə, ya əslən nəftimizi alan olmasa, başımıza nələr gələcəkdir? Hardadır o inkişaflar ki batı ülkələrində şahid oluruq? Hardadir demokratiya və insana verilən insanlıq mənasi?
Tüm demokratik ülkələrdə muxalifətin seçkilərdən imtina etməsi o ülkənin hakimiyətinin ğeiri qanuni olduğun ortaya çıxartmağla bərabər sayılır! Misal üçün, Zimbabvədə ki seçki atışmalari və batı ülkələrinin gündəlik saldırıların xatırlatmağ istirəm! Muqabə devləti bati əmrindən çıxaraq, muxalifətilə savaşa girdirilmişdir! Muxalifəti gücləndirən bati isə, mediyalarından ardıcil basqi uyqulayırdi! Olsun, elə Muqabə və Əliev ikisidə diktatorlar! Mən heç birin savunmuram, mənim demək istədigim budur ki bəs nədən Azərbaycanda muxalifətin seçkiləri boykot etməsi batıda önəmsiz qarşılanır? Yoxsa hələ çalışırlar ta muxalifəti tam olaraq ələ geçirsinlər və ondan sonra haraylarına başlasınlar?
Durum onu göstərir ki Azərbaycanda ki olaylardan bir sonuc çıxmalıdır: bati və bati qazancları təmin olunmasi! İndi bunu hakim partiya mi yapmali olacaq, yoxsa muxalifət bu gərəvi boynuna alacaq hələlik bir şey bəlli dəiyldir!
Ama, önəmli olan şey bu arada ünütülmüş kimi gəlir mənə! Bəs millətin varlığı nə olacaqdır? Bəlki siz dəyəsiz ki boş ver milləti, onu sayan kimdir! Ama mən elə demirəm, millətin istəki önündə kimsə dayana bilməz, yetər ki millətimiz istəsin!
Diqəətli olağ ki öz şərəfimizi və milli gələcəgimizi geçici pullara ya qorxulara satmayaq!
Təbrizli Baybək
04/08/2008
Croydon
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir