- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Ordu generalı İlkər Başbuğ Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub

BayBək, Azərbaycan | Tuesday, 5th August , 2008 , 03:52 [am] | İç Xəbərlər

. Jandarma Qüvvələrinin komandanı, ordu generalı İşıq Koşanər isə Quru Qüvvələrinin komandanı olub. İ. Başbuğun səlahiyyət müddəti başa çatdıqdan sonra növbəti Baş Qərargah rəisi məhz İ. Koşanər olacaq. Jandarma Qüvvələrində komandanlığı Quru Qüvvələrinin qərargah rəisi, ordu generalı


Türkiyə Silahlı Qüvvələrinin komandanlığında dəyişikliklər edilib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Yüksək Hərbi Şuranın qərarı ilə səlahiyyət müddəti bitən Baş Qərargah rəisi Yaşar Böyükanıtın yerinə bu vəzifəyə Quru Qüvvələrinin komandanı İlkər Başbuğ təyin olunub.

Jandarma Qüvvələrinin komandanı, ordu generalı İşıq Koşanər isə Quru Qüvvələrinin komandanı olub. İ. Başbuğun səlahiyyət müddəti başa çatdıqdan sonra növbəti Baş Qərargah rəisi məhz İ. Koşanər olacaq. Jandarma Qüvvələrində komandanlığı Quru Qüvvələrinin qərargah rəisi, ordu generalı Atilla İşıq qəbul edib. Baş Qərargah rəisinin müavini Ərgin Sayqun 1-ci ordunun komandanı, 2-ci ordunun komandanı Həsən İğsız isə Baş Qərargah rəisinin müavini olub. Hərbi Hava Qüvvələrinin komandanı Aydoğan Babaoğlu və Hərbi Dəniz Qüvvələrinin komandanı Mətin Ataç vəzifələrində qalıblar.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yeni rəisi, ordu generalı İlkər Başbuğ 1943-cü ildə Türkiyənin Afyon rayonunda dünyaya gəlib. Türk ordusunda və NATO-nun Brüssel və Mons şəhərlərindəki qərargahlarında müxtəlif vəzifələrdə çalışıb. Evlidir, 2 övladı var.apa

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2873.azr
azeribaybak[at]gmail.com