- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Bu gün 147 nəfərlik Azərbaycan nümayəndə heyəti Çinə yola düşür
BayBək, Azərbaycan | Wednesday, 6th August , 2008 , 03:46 [am] | İç Xəbərlər
![]() |
. | Bu gün Azərbaycanın 147 nəfərdən ibarət nümayəndə heyəti yay olimpiya oyunlarında iştirak etmək üçün çarter reysi ilə Çinin paytaxtı Pekinə yollanacaq. Səhər saatlarında yola düşəcək nümayəndə heyəti “Boinq-747” markalı təyyarə ilə 7 saatlıq məsafəni qət etdikdən sonra Pekinə çatacaq. |
Səhər saatlarında yola düşəcək nümayəndə heyəti “Boinq-747” markalı təyyarə ilə 7 saatlıq məsafəni qət etdikdən sonra Pekinə çatacaq.
Bu gün Azərbaycanın 147 nəfərdən ibarət nümayəndə heyəti yay olimpiya oyunlarında iştirak etmək üçün çarter reysi ilə Çinin paytaxtı Pekinə yollanacaq. Səhər saatlarında yola düşəcək nümayəndə heyəti “Boinq-747” markalı təyyarə ilə 7 saatlıq məsafəni qət etdikdən sonra Pekinə çatacaq.
Nümayəndə heyətinin tərkibində avqustun 8-də start götürəcək Pekin olimpiadasında çıxış edəcək idmançıların böyük hissəsi, o cümlədən güləşçilər, boksçular, atletlər və üzgüçülər, məşqçilər, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, eləcə də bir sıra federasiyaların rəsmiləri yer alacaqlar. Daha bir çarter reysi isə avqustun 16-da təşkil olunacaq. Həmin gün qalan idmançılar və məşqçilər turistlərlə birgə Çinin paytaxtına uçacaqlar.
Təyyarə çıxışlarını başa vurmuş idmançılarla birgə Bakıya qayıdacaq. Çinin paytaxtına sonuncu çarter reysi olimpiadanın başa çatmasından bir gün sonraya - avqustun 25-inə təsadüf edəcək. Pekinə boş gedəcək təyyarə idmançılar və nümayəndə heyətinin qalan hissəsini ölkəmizə gətirəcək. Azərbaycan hava yolları dövlət konserninə məxsus təyyarə ilə nəzərdə tutulan reyslər üçün ümumilikdə 800 min manat ayrılıb.ans
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir