- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
95 KİLOQRAMA YAXIN NARKOTİK VASİTƏNİN AZƏRBAYCANA KEÇİRİLMƏSİNİN QARŞISI ALINDI
BayBək, Azərbaycan | Wednesday, 6th August , 2008 , 06:34 [am] | İç Xəbərlər
![]() |
. | İran və Azərbaycan vətəndaşlarından ibarət mütəşəkkil dəstənin üzvlərindən 95 kq narkotik maddə müsadirə olunub. Sumqayıt şəhər sakinləri Nəbi Quliyev və Şadət Nəsibov İran vətəndaşı Fərhad Karigər və Mahmud adlı şəxslə əlbir olub satış məqsədilə İrandan Azərbaycana 8 kq 426 qram heroin və 86 kiloqrama yaxın həşiş gətirib. |
Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarqşısını alıb.
İran və Azərbaycan vətəndaşlarından ibarət mütəşəkkil dəstənin üzvlərindən 95 kq narkotik maddə müsadirə olunub. Sumqayıt şəhər sakinləri Nəbi Quliyev və Şadət Nəsibov İran vətəndaşı Fərhad Karigər və Mahmud adlı şəxslə əlbir olub satış məqsədilə İrandan Azərbaycana 8 kq 426 qram heroin və 86 kiloqrama yaxın həşiş gətirib.
Əldə olunan razılığa əsasən, Mahmud İranın Biləsuvar rayonunun Qaraqasımlı kəndində Fərhad Karigərə verdiyi həmin narkotik vasitələri 10 min dollar müqabilində qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirib Cəlilabad rayonu ərazisində onun deyəcəyi şəxsə təhvil verməyi tapşırıb. Fərhad Karigərsə öz növbəsində Mahmudun tapşırığını Nəbi Quliyevə və Şadət Nəsibova çatdıraraq Azərbaycana keçirəcəyi narkotik vasitələri 3 min dollar müqabilində Mahmudun bildirəcəyi şəxsə çatdırmaq barədə razılığa gəlib.
Fərhad Karigər, Əkbər, Mehdi, İsmayıl və Nadir adlı həmkəndliləri ilə birlikdə sərhədi qanunsuz keçərək narkotik maddəni Azərbaycan ərazisinə gətirib. Fərhad Karigərdən narkotikləri qəbul edən Nəbi Quliyev və Şadət Nəsibov «Vaz 21 07» markalı avtomobillə onu Mahmudun deyəcəyi şəxsə çatdırmaq üçün Cəlilabad rayonunun Qaraqasımlı kəndinə gediblər. Dəstə üzvləri 95 kiloqramlıq narkotik vasitəni Qarazəncir kəndi yaxınlığında çöllükdə gizlədiblər. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı onlar saxlanılıb, əraziyə baxış keçirilərkən narkotik maddələr aşkarlanaraq götürülüb. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyində cinayət işi başlanıb.versiya
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir