- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Gürcü əsgərləri Sxinvaliyə daxil olub

BayBək, Azərbaycan | Friday, 8th August , 2008 , 14:52 [pm] | İç Xəbərlər

. Gürcüstanın Daxili İşlər Nazirliyi Rusiyanın ölkənin hava sərhədini pozduğunu və Qori şəhərinə bir neçə bomba atdığını bildirib.

Gürcüstan prezidenti Mixail Saakaşvili səhər televiziyayla müraciətində ehtiyatda olan hərbçilərlə bağlı səfərbərlik elan etdiyini deyib.



Gürcü əsgərləri Cənubi Osetiyanın paytaxtı Sxinvaliyə daxil olublar.

Gürcüstanın Daxili İşlər Nazirliyi Rusiyanın ölkənin hava sərhədini pozduğunu və Qori şəhərinə bir neçə bomba atdığını bildirib.

Gürcüstan prezidenti Mixail Saakaşvili səhər televiziyayla müraciətində ehtiyatda olan hərbçilərlə bağlı səfərbərlik elan etdiyini deyib.

Rusiya prezidenti Dmitri Medvedyev Təhlükəsizlik Şurasınlın təcili iclasını çağırıb.

Rusiya həmçinin Osetiyadakı vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili çağırılmasını istəyib. Rusiyanın BMT-dəki səfiri Vitali Çurkinin ofisindən deyiblər ki, müzakirələr yaxın saatlarda keçirməlidir.
Gürcüstan hökumətinin bəyanatında isə bildirilir ki, Tbilisi Cənubi Osetiyadakı etnik gürcüləri qorumaq üçün adekvat ölçü götürməyə məcbur olub.

Bu arada isə Amerika gürcü və osetin tərəfini atəşi dayandırmağa çağırıb. Gürcüstanın «Rustavi 2» televiziyasına müsahibəsində bunu Amerika Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Metyu Brayza deyib. Brayza bildirib ki, hazırkı dövrdə bizim edə biləcəyimiz yalnız tərəfləri atəşi dayandırmağa çağırmaqdır. Biz başa düşürük ki,
Gürcüstan hökuməti xalqı qorumalıdır, ancaq bu vəziyyətdə əsas atəşi dayandırmaqdır.

Cənubi Osetiyadakı vəziyyətlə bağlı BMT baş katibi Ban ki Mun da öz narahatlığını bildirib.azadliq

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2905.azr
azeribaybak[at]gmail.com