- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
RUSİYA GÜRCÜSTANA 150 TANKLA HÜCUM ETDİ
BayBək, Azərbaycan | Friday, 8th August , 2008 , 21:05 [pm] | İç Xəbərlər
![]() |
. | Təyyarələr Gürcüstanı bombalayır, gürcü ordusu geri çəkilir!
Rusiyaya məxsus 150 tank Şimali Osetiya istiqamətindən Cənubi Osetiyaya daxil olub. “RİA Novosti”nin verdiyi məlumata görə, separatçılar əks-hücuma keçərək bölgəni Rusiya ilə əlaqələndirən yolu geri qaytardıqlarını və Rusiya qoşunlarının bu yolla irəlilədiyini bildiriblər. |
Təyyarələr Gürcüstanı bombalayır, gürcü ordusu geri çəkilir!
Rusiyaya məxsus 150 tank Şimali Osetiya istiqamətindən Cənubi Osetiyaya daxil olub. “RİA Novosti”nin verdiyi məlumata görə, separatçılar əks-hücuma keçərək bölgəni Rusiya ilə əlaqələndirən yolu geri qaytardıqlarını və Rusiya qoşunlarının bu yolla irəlilədiyini bildiriblər.
Rusiyanın Su-24 və Su-27 hərbi təyyarələri isə Cənubi Osetiyadakı gürcü qoşunlarının mövqelərini bombalamağa başlayıb. “Rustavi-2” telekanalı 2 təyyarənin vurulduğu barədə xəbər yayıb.
“Regnum” agentliyi Sxinvali səmasının Rusiya hərbi təyyarələri tərəfindən tam nəzarətə götürüldüyünü, Rusiya qoşunlarının Sxinvalinin girəcəyində olduğunu və gürcü qoşunlarının geri çəkilməyə başladığını xəbər verib.
Rusiya prezidenti Dmitri Medvedyev televiziyalarla canlı yayımlanan çıxışında bəyan edib ki, Cənubi Osetiya ərazisində Rusiya vətəndaşlarının ölümünə bais olanlar layiqli cəzalarını alacaqlar. O bildirib ki, gürcü qoşunları beynəlxalq hüququ kobudcasına pozaraq sülhməramlılara və dinc sakinlərə qarşı təcavüz həyata keçirib.apa
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir