- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Abxaz separatçıları da Gürcüstan üzərinə hücuma keçdilər

BayBək, Azərbaycan | Sunday, 10th August , 2008 , 02:41 [am] | İç Xəbərlər

. Az əvvəl aldığımız xəbərə görə Abxaz separatçıları da Gürcüstan üzərinə hücuma keçiblər.
Abxaz separatçıların lideri Sergey Şamba xəbər verib ki, abxazlar Kodori dərəsinin gürcülərin nəzarətində olan hissəsinə nəzarəti ələ almaq üçün hücuma keçiblər.


Az əvvəl aldığımız xəbərə görə Abxaz separatçıları da Gürcüstan üzərinə hücuma keçiblər.
Abxaz separatçıların lideri Sergey Şamba xəbər verib ki, abxazlar Kodori dərəsinin gürcülərin nəzarətində olan hissəsinə nəzarəti ələ almaq üçün hücuma keçiblər.

Xəbər verilir ki, bu zaman hərbi təyyarələrdən və artilleriyadan istifadə olunub.

Tbilisidəki gürcüpərəst abxaz mühacirət hökumətinin sözçüsü deyib ki, söhbət Rusiya təyyarələrindən gedir.

Gürcüstan prezidenti Mixeil Saakaşvili öz ölkəsinin Rusiya ilə müharibədə olduğunu elan edib.

Tbilisi bildirir ki, beynəlxalq hərbi yardım üçün müraciət edə bilər.

Amerika prezidenti George Bush xüsusi bəyənatla çıxxış edərək Rusiya və Gürcüstan arasında hərbi toqquşmaların dayandırılmasına çağırıb.

Rusiya bəyan edib ki, özünü Gürcüstandan müstəqil elan etmiş Cənubi Osetiyanın əsas şəhəri olan Tsxinvalini ələ keçirib.

Moskva bildirir ki, oradakı “sülhməramlılar”a dəstək vermək üçün daha çox qoşun göndərir.

Xəbər verilir ki, yüzlərlə adamın artıq həlak olduğu münaqişənin gedişində Rusiya aviasiyası Gürcüstanın əsas limanı ilan Potiyə dağıdıcı zərbələr endirib.

Qori şəhəri aramsız bombardman edilib.

Rus generalı Vladimir Boldırev deyib ki, Tsxinvali şəhəri, onun təbirincə desək, “tamamilə azad edilib”.

General bildirib ki, bu məqsədlə şəhərə hərbi-hava desantı çıxarılıb.

Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı atəşkəsin əldə edilməsi üçün bölgəyə birgə nümayəndə heyəti göndərmək niyyətindədir.

Bununla belə Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, Rusiya qoşunları Gürcüstanı sülhə məcbur etmək üçün hücuma keçiblər.

Gürcüstan tərəfi xəbər verir ki, ölkənin ən mühüm dəniz limanı olan Poti hava bombardmanı nəticəsində tamamilə dağıdılıb.

Gürcüstan mənbələri xəbər verirlər ki, Rusiya təyyarələri həmçinin lap bu yaxın illərdə könülsüz tərk etdikləri Vaziani hərbi hava bazasını hədəfləyiblər.

Bu arada prezident Mixeil Saakaşvili bəyan edib ki, Gürcüstanın hərbi qüdrətini artırmaq üçün İraqa gpndərilmiş 2 min əsgərlik kontingenti geri çağırır.

İraqdakı Amerika hərbiyyəsi bildirib ki, gürcülərin çıxıb getməsi İraqda bir sıra struktur dəyişikliklərini zəruri edəcək.

Gürcüstan Britaniyadan sonra İraqda ən çox kontingentə malik olan ölkədir.

Cənubi Osetiyanın separatçı hökuməti bildirir ki, Tsxinvalidə həlak olanların sayı 1600 nəfərə çatıb.

Gürcüstan tərəfi bildirib ki, döyüşlərdə 30 əsgərini itirib. Ruslar 15 döyüşçülərini itirdiklərini xəbər veriblər.

Bu arada əhalinin Tsxinvalini avtobuslarda tərk etdikləri barədə xəbərlər gəlir. Bu adamlar Rusiya sərhədinə doğru atışırlar.

Gürcüstanın əsas müttəfiqi sayılan Amerika Birləşmiş Ştatları hərbi əməliyyatların dərhal dayandırılmasını və Rusiya qoşunlarının Gürcüstan ərazisindən çıxarılmasını tələb edib.

“Biz Rusiyanı Gürcüstan üzərinə təyyarələr və raketlərlə hücumların dayamdırılmasına və Rusiya qoşunlarının Gürcüstan ərazisindən çıxarılmasına çağırırıq” – deyib dövlət katibi Condoleeza Rice.

Şənbə günü BMT Təhlükəsizlik Şurasının təkrar toplanaraq bu məsələni müzakirə edəcəyi planlaşdırılıb.bbc

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2915.azr
azeribaybak[at]gmail.com