- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Gürcüstan Tiflis Hava Limanının bombalanması barədə məlumat yayıb
BayBək, Azərbaycan | Monday, 11th August , 2008 , 01:01 [am] | İç Xəbərlər
![]() |
. | Gürcüstanın Daxili İşlər Nazirliyi Rusiya təyyarəsinin Tiflis Hava Limanının çox yaxınlığını bombalaması barədə açıqlama yayıb. APA-nın məlumatına görə, nazirliyin mətbuat katibi Şota Utiaşvili bombanın atılması nəticəsində ölən və yaralanan olmadığını qeyd edib. O bildirib ki, hava limanının enmə və qalxma zolağına da zərər dəyməyib. |
Gürcüstanın Daxili İşlər Nazirliyi Rusiya təyyarəsinin Tiflis Hava Limanının çox yaxınlığını bombalaması barədə açıqlama yayıb. APA-nın məlumatına görə, nazirliyin mətbuat katibi Şota Utiaşvili bombanın atılması nəticəsində ölən və yaralanan olmadığını qeyd edib. O bildirib ki, hava limanının enmə və qalxma zolağına da zərər dəyməyib.
Rusiya isə Gürcüstanın bu xəbərini təkzib edib. Rusiya Müdafiə Nazirliyi təyyarələrinin Tiflis Hava Limanını bombalaması barədə xəbərləri təkzib edib və bunu “əvvəlcədən düşünülmüş təxribatçı informasiya” adlandırıb.
Qeyd edək ki, bu gün bir çox ölkələr Gürcüstana təyyarə səfərlərini təxirə salıblar. Azərbaycandan da Gürcüstana təyyarə səfərləri təxirə salınıb.apa
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir