- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
GAMOH`UN YENİ İSTİFVERMİŞ ÜYƏLƏRLƏ BAĞLI BİLDİRİŞİ
BayBək, Azərbaycan | Tuesday, 12th August , 2008 , 05:01 [am] | İç Xəbərlər
![]() |
. | (Diqqət: BayBak hərzaman çalışır ta Azərbaycani iki ayri-ayri millət tanıtmağa cəhd göstərən GAMOH və onun düşüncəsində olan təşkilat və şəxsləri tənqid edərək, onların bilərək ya bilmədən yaratdıqları bu inancların, milli hərəkaımızı təhlükəyə salan və dağıtan bir inanc olaraq millətimizə tanıtaq. Güney və Quzey Azərbaycan milləti diyə bir inanc yoxdur və Bütöv Azərbaycan anlayışına zidd olan hər bir düşüncə bizim milli hərəkatımızın qarşısında dayanmaqdadır. BayBak GAMOH-un Güneydə gedən milli hərəkati müstıqil bir millətə yaraşdırmağa çalışaraq onu yetkili olmayan hörgütlərə tanıtma yolunda çaba göstərir və belə dağıtıcı bir işləmi təblğ edir. BayBak GAMOH-un bildirisin mediya normalarına uyqun olmaq məcburiyətində qaldığı üçün yayıb və onda gedən bölücü düşüncələri nə inki dəstkləmir, bəlki onlarla qarşı qarşıda olduğun açıqlayır. BayBak) |
(Diqqət: BayBak hərzaman çalışır ta Azərbaycani iki ayri-ayri millət tanıtmağa cəhd göstərən GAMOH və onun düşüncəsində olan təşkilat və şəxsləri tənqid edərək, onların bilərək ya bilmədən yaratdıqları bu inancların, milli hərəkaımızı təhlükəyə salan və dağıtan bir inanc olaraq millətimizə tanıtaq. Güney və Quzey Azərbaycan milləti diyə bir inanc yoxdur və Bütöv Azərbaycan anlayışına zidd olan hər bir düşüncə bizim milli hərəkatımızın qarşısında dayanmaqdadır. BayBak GAMOH-un Güneydə gedən milli hərəkati müstıqil bir millətə yaraşdırmağa çalışaraq onu yetkili olmayan hörgütlərə tanıtma yolunda çaba göstərir və belə dağıtıcı bir işləmi təblğ edir. BayBak GAMOH-un bildirisin mediya normalarına uyqun olmaq məcburiyətində qaldığı üçün yayıb və onda gedən bölücü düşüncələri nə inki dəstkləmir, bəlki onlarla qarşı qarşıda olduğun açıqlayır. BayBak)
Örgütümüzdən ayrılan dəyərli silahdaşlarımız!
Millətimizin milli qurtuluş amacı ilə bir araya gəldiyimiz gündən bəri, siz əzizlərin, örgütümüzün güclənməsində böyük etginiz olmuşdur.
Örgütümüz, milli haqlarımızı və millətimizin qurtuluş harayın uluslararası alanda yansıtmaq üçün, yurdumuzdan qıraqda yaşayan yurddaşlarımızdan yararlanmağı öndə tutduqda, siz əzizlər milli öndərimiz Çöhrəqanlı bəyin arxasında durmuş və əlinizdən gələni əsirgəməmişdiz.
Örgütümüzə qarşı, düşmən və anlamaz dostlar tərəfindən aparılan saldırıların, arası kəsilməyən anlarda, siz dəyərli insanlar bu saldırılara sinə gərmiş bütün suçlamalara dözmüşsüz.
Uluslararası alanda ən böyük uğurlarımızdan sayılan, dövlətsiz millətlır təşkilatı UNPO örgütünə millətimizi üyələndirmədə və milli bayrağımızı orada dalğalandırmada sizin rolunuz danılmazdır.
Biz GAMOH olaraq, millətimizin qurtuluş amacı ilə çeshitli yöntəmlərlə mubarizə aparan təşkilatların var olmasın, yararlı bilmişik.
Günümüzdəki iç və özəlliklə dış çevrəmizin büsbütün dolaşıq olması nədənilə, çeşitli çıxış yolları və mubarizə yöntəmləri ilə örgütləşən silahdaşlarımızın varolması, bizcə doğaldır. Bu nədənlədə, örgütümüzün dış qolundan ara-sıra ayrılanlar və yeni qoşulanlarda olur.
Siz dəyərli insanlar da, əldə etdiyiniz bilgilər və deneyimlərlə, yeni bir yöntəmlə mubarizəni sürmək istəmişsiniz. Biz GAMOH olaraq, siz əzizlərin indiyədək örgütümüzə çəkdiyiniz əməkləri dəyərləndirib, sizə yeni tutduğunuz yolda uğurlar arzulayırıq. Umuruq bu yeniliklə , millətimiz üçün, daha artıq yararlı işlər görəcəksiniz.
Yaşasın Azərbaycanımız
Yaşasin milli liderimiz Çöhrəqanlı
Yaşasın millətçi olan muntəqid və muxaliflərimiz
Güney Azərbaycan Milli Oyanış Hərəkatı-GAMOH
Mərkəzi Komitə-Təbriz
10/08/2008
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir