- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Sergey Lavrov: “Saakaşvili gedərsə yaxşıdır”
BayBək, Azərbaycan | Tuesday, 12th August , 2008 , 20:42 [pm] | İç Xəbərlər
![]() |
. | O deyib ki, cənab Saakaşvili vəzifədən gedərsə yaxşı olardı. Amma onun təbirincə desək, Rusiyanın onu devirmək kimi planı yoxdur.
Cənab Lavrov bildirib ki, atəşkəs sazişi Gürcüstandan bütün, hətta sülhməramlı qoşunlarını Cənubi Ossetiyadan çıxarmağı tələb etməlidir. |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstan prezidenti Mixail Saakaşviliyə etibarın az olduğunu bildirib.
O deyib ki, cənab Saakaşvili vəzifədən gedərsə yaxşı olardı. Amma onun təbirincə desək, Rusiyanın onu devirmək kimi planı yoxdur.
Cənab Lavrov bildirib ki, atəşkəs sazişi Gürcüstandan bütün, hətta sülhməramlı qoşunlarını Cənubi Ossetiyadan çıxarmağı tələb etməlidir.
O əlavə edib ki, Gürcüstan eləcə də qoşunlarını separatçı regiona qarşı hücum edə biləcək bütün ərazilərdən çıxarmalı və yenidən qüvvədən istifadə etməyəcəyinə dair məcburi və hüquqi saziş imzalamalıdır.
Bu arada Gürcüstandakı dinc əhali üçün nəzərdə tutulmuş ilk təyyarə yerə enib.
BMT-nin qaçqın agentliyi UNHCR deyib ki, yük təyyarəsində 34 ton çadır və örtük var.
Bunlar Dubaydakı BMT bazasından gətirilib.
İkinci təyyarənin sabah Kopenhaqendən gələcəyi gözlənilir.
UNHCR deyir ki, döyüşlər nəticəsində 100 000 adam yerindən olub.bbc
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir