- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Rusiya və Gürcüstan Avropa İttifaqının planını qəbul etdilər
BayBək, Azərbaycan | Wednesday, 13th August , 2008 , 23:25 [pm] | İç Xəbərlər
![]() |
. | Mixail Saakaşvili imzaladığı sənədi prinsipial siyasi sənəd adlandırıb. Eyni zamanda o qeyd edib ki, Gürcüstanın ərazi bütövlüyü, habelə Abxaziya və Cənubi Osetiyanın ərazi mənsubiyyəti heç kəs tərəfindən şübhə altına alınmamalıdır.
Mixail Saakaşvili deyib: “Biz heç zaman bu məsələdə (Abxaziya və Cənubi Osetiyanın ayrılması nəzərdə tutulur) güzəştə getməyəcəyik. Elə müharibə də, düşünürəm ki, bu məqsədlə başlanmışdı”. |
Fransanın prezidenti Nikolə Sarkozi (Nicolas Sarcozy) Moskvada prezident Dmitri Medvedev və Tbilisidə prezident Mixail Saakaşvili ilə apardığı danışıqlardan sonra bu gün sübh tezdən Tbilisidə keçirilən mətbuat konfransında hər iki tərəfin təqdim edilən planla razılaşdığını bəyan edib.
Mixail Saakaşvili imzaladığı sənədi prinsipial siyasi sənəd adlandırıb. Eyni zamanda o qeyd edib ki, Gürcüstanın ərazi bütövlüyü, habelə Abxaziya və Cənubi Osetiyanın ərazi mənsubiyyəti heç kəs tərəfindən şübhə altına alınmamalıdır.
Mixail Saakaşvili deyib: “Biz heç zaman bu məsələdə (Abxaziya və Cənubi Osetiyanın ayrılması nəzərdə tutulur) güzəştə getməyəcəyik. Elə müharibə də, düşünürəm ki, bu məqsədlə başlanmışdı”.
Bundan əvvəl Rusiya prezidenti Dmitri Medvedev jurnalistlərin suallarına cavab verərkən demişdi ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi barədə sualı bu bölgələrin sakinlərinə vermək lazımdır: “Osetinlər və abxazlar Gürcüstanın tərkibində yaşaya bilirlərmi, yaşamaq istəyirlərmi? Bunu onların özlərindən soruşmaq lazımdır. Və onlar buna birmənalı cavab verəcəklər”.
Tərəflər nəyə razılaşıblar?
Moskvada Fransa prezidenti ilə görüşdən sonra prezident Medvedev böhranın çözülməsinə dair razılaşdırılmış 6 prinsipin mahiyyətini açıqladı. Bu prinsiplər
- güc işlədilməməsi,
- hərbi əməliyyatların dayandırılması,
- hümanitar yardımın maneəsiz çatdırılması,
- Gürcüstan silahlı qüvvələrinin daimi yerləşmə yerlərinə qayıtması,
- Rusiya qoşunlarının hərbi əməliyyatlara qədər mövqelərə çəkilməsi,
- Cənubi Osetiya və Abxaziyanın statusu və onların təhlükəsizliyinin təmin edilməsinə dair beynəlxalq müzakirələrin başlanması
kimi məqamları nəzərdə tuturdu.
Bundan belə çıxır ki, avqustun 8-dən sonra Cənubi Osetiyaya yeridilmiş rus qoşunları əvvəlki dislokasiya yerlərinə qayıtmalıdırlar. Lakin Cənubi Osetiyada fəaliyyət göstərən Qarışıq Sülhməramlı Qüvvələr tərkibində olan Rusiya kontingenti öz yerində qalacaq, halbuki gürcü kontingenti Cənubi Osetiyanı tərk etməli olacaq.
Sənədin 6-cı bəndi tanınmamış respublikaların statusunun beynəlxalq müzakirəsini nəzərdə tuturdu. Buna qarşı əvvəllər həm Rusiya, həm də Gürcüstan qətiyyətlə etiraz edirdi. Razılığın məhz bu bəndi prezident Saakaşvilini narazı salmışdı. Onun xahişi ilə və Rusiyanın razılığı ilə bu bəndə dəyişiklik edildi.
Tbilisi danışıqlarından sonra prezident Sarkozi bildirdi ki, “sənəddən Abxaziya və Cənubi Osetiyanın gələcək siyasi statusu barədə beynəlxalq müzakirələr sözləri çıxarıldı və Gürcüstanın bu bölgələrində sabitlik və təhlükəsizliyin təmin edilməsinə dair beynəlxalq danışıqlarla əvəz edildi”.bbc
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir