- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Sergey Lavrov: “Gürcüstanın ərazi bütövlüyü barədə söhbətləri artıq unutmaq lazımdır”
BayBək, Azərbaycan | Thursday, 14th August , 2008 , 20:45 [pm] | İç Xəbərlər
![]() |
. | “Gürcüstanın ərazi bütövlüyü barədə söhbətləri artıq unutmaq lazımdır. Çünki Abxaziya və Cənubi Osetiyanı zor gücünə Gürcüstanın tərkibinə daxil olmağa məcbur etmək mümkün deyil”. |
“Gürcüstanın ərazi bütövlüyü barədə söhbətləri artıq unutmaq lazımdır. Çünki Abxaziya və Cənubi Osetiyanı zor gücünə Gürcüstanın tərkibinə daxil olmağa məcbur etmək mümkün deyil”.
APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Exo Moskvı” radiostansiyasına müsahibəsində deyib. Lavrov qeyd edib ki, gürcü-osetin münaqişəsi yalnız tərəflərin qəbul etdiyi yolların tapılması ilə həll oluna bilər. Lakin XİN başçısı bu yolların nədən ibarət ola biləcəyini açıqlamayıb.
Qeyd edək ki, bu gün Gürcüstan ərazisində mövcud olan separatçı rejimlərin rəhbərləri münaqişələrin nizamlanmasına dair Fransa prezidenti tərəfindən imzalanmış həll prinsiplərinə imza atıblar. Analoji həll planı bir müddət əvvəl Gürcüstan və Rusiya prezidentləri tərəfindən də imzalanıb. Qeyd edək ki, təklif olunan həll prinsiplərinə güc tətbiqindən imtina, hərbi əməliyyatların birdəfəlik dayandırılması, Gürcüstan Silahlı Qüvvələrinin daimi dislokasiya yerinə qaytarılması, humanitar yardıma birbaşa çıxışın təmin edilməsi, Rusiya Silahlı Qüvvələrinin hərbi əməliyyatlar başlamazdan əvvəlki mövqeyə qayıtmasından ibarətdir.
“Abxaziya və Cənubi Osetiyanın statusunun beynəlxalq müzakirəsi və onların təhlükəsizliyinin təmini yolları” adlanan altıncı prinsip isə Gürcüstan tərəfinin tələbi və Rusiyanın razılığı ilə “Abxaziya və Cənubi Osetiyaya beynəlxalq təhlükəsizlik və stabillik qarantiyasının verilməsi” şəklində dəyişdirilib.apa
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir