- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Rus-Gürcü savaşi, Azərbaycan çıxarlari – Təbrizli Baybək

BayBək, Azərbaycan | Saturday, 16th August , 2008 , 00:03 [am] | Məqalə-Yazi

. Ama bunların unutduqlari, və ya əslində unutmağ istədikləri bir gərçək var. Güney Azərbaycan bu gün İran adlanan ülkənin ərazisi sayılmaqdadır! Aya bu hakimiyət sabah Güney Azərbaycan müstəqilligin elan edəndə Farslardan mı yana olacaqlar? Sabah Kürdlər Kərkükü öz tərkib hissələrinə alanda, İraq-ın iç məsələsidir diyə onu dəstəkləyəcəklər mi? Çin hakimiyəti Doğu Türküstanda qan tökərkən, Çin yanlısı olacaqmıdır? Yaxud Türkiyənin təpkisi bunlara nə olacaqdır? Ya Türkmənistanın? Ya o biri Türk ülkələrin? Əslən soruşuram ki, Rusiyada işqal altında olan Türklərin gələcəginə biqanə mi qalmalıyıq?


Deiyrlər bir gün bir molla danışırmış, qadınlar ona qulağ asırmışlar. Molla deiyr ki, əgər balaca bir uşaq qalının üstünə işəsə, qalının batıx yerin kəsib və atmağ lazimdir! Molla deiyr ki, uşağın işəməgəin heç nə təmizləyə bilməz, hətta su və günəş işiğıda!

Sözü gedən molla işlərin məsciddə bitirib və evə gedir. Odaya girəndə, görür qalı dəlik-deşik olub. Arvadın çağırıb və bu nədir soruşur! Arvadi deiyr ki: Bəs bu gün demədin ki uşağ hara işəsə, orani kəsib atmağ lazimdir? Elə ona görədə mən uşağımızın işədigi yerləri kəsib və atmışam!

Molla başına çalır və deiyr ki: Ay ağılsız qadın, mən o sözləri özümüzə demədim ki! Mənə tacirlər pul vermişlər ki qalılarının satışına yardımcı olam, məndə o sözləri millətə deiyrdim!

İndi diyəsən bizim anlımızın yazısın yazmağ, belənçi mollalara düşüb! Molla deiyrəmdə, ama yazi yazıb-pozanlar molla olmaya bilirlər!

Doğrusu budur ki hər bir olayda, ilk öncə öz təhükəsizligimizi, və daha sonra öz qazanclarımıza görə davranaq. Təhlükəsizlik və qazanclarımızı, geçici olanlarəda, davamli şəkildə sıralayaraq, onların hançısının günümüzə və gələcəgimizə ən çox yararli olacağına məntiqlə qərar vermək çox vacib bir işdir.

Mələsəf genə belənçi olaylarda Azərbaycanlılar və özəlliklədə Günylilər səssiz qalırlar. Mən bilmirəm bu şəxslər ki boş sözlərə zaman tapıb və birbirinə saldırırlar, nədən belə önəmli işlərdə tapılmırlar? Bu soru diyəsən mən ölənə qədər cavabsız qalacaq!

Gözümüzün önündə, Türklərin tarixi torpağlarında qurulan devlətlər bir birinə saldıraraq, dəxli olmayan yerləri bombalayıb və silahsız insanlari öldürürlər! Gürcülər bir tərəfdən, Ruslarsada bir tərəfdən, öz çıxarlari üçün, millətləri qana buğurlar!

Olay hardan başlayır? Olaya nədən nədir?

Abxaziya və Ossetiya iki rayon olaraq Gürcüstan tərkib hissəsinə daxil olmaqdalar. Sovet birligində bir çoxlu cuğrafi dəiyşimləri yapan Rus hakimlər, geçmişdəki olaylardan indidə yararlanırlar. Əlbəttəki geçmişdə uyqulanan planların hamısı yarar verici dəiyldir, və elə ona görədə Sovetlər birliginin dağılmasına tanığ olduq. Ama, söz günümüzdən gedir, söz, geçmişdən dərs alaraq gələcəgi planlamağ anlayışının vacib olduğundan gedir.

Gəlin Güney Ossetiya adlanan bölgənin durumunu incələyək! Bu incələmədə, bir çoxlu fakt yaraşdırmağ olar, onlardan önəmli olanların bir neçəsi burda sırlanacaqlar.

Rus İmperiya sistemi, ABŞ-ın Qafqazlardaki maraxlari və Rusiyə ilə toqquşmalari, Bölgəsəl stratejik varlıqlar, NATO və Rus Federasiyasının toqquşmasi, Avrupa Birligilə ABŞ-ın Qafqazlarda toqquşmasi, ABŞ-dan yararlanaraq, özünü bölgədə super güc etməgə çalışan İsrail, Bölgədə yeni coğrafi planlar v.s kimi faktlar gözdə olmalıdırlar.

Sovetlər birliginin dağılmasi Ruslar üçün ağır və unutulmaz zərbəidi. Bu zərbə Rusların dünyada super güc ola bilmək imkanların qısıtladi, Rusların dibsiz-bucaqsız qaynaqlara sahib olmaların əngəllədi və dünya düzənin Ruslara qarşi dəiyşdirdi.

Bu durumdan gözəlcə yararlanan dünyanın super gücü olan Amerika Ştatlari, öz qanatların gəçmişdə Ruslara aiyd olan bölgələrə açdi. Bu bölgələrdən birisə Gürcüstan olmaqdadır.

1991 Aprelin 9-da Gürcüstan neçə dəfə qanli döyüşdən sonra, və Sovetlər Birliginin dağıldığının ardından, öz müstəqilligin elan etdi. Gürcüstan Sovetlərdə bir rayon olaraq, bir çoxlu torpağ, və o torpağların içində yaşayan, Gürcü olmayan insanlara sahib olmuşdur. İllər boyu Rusların zülmü altında olan millətlər, indisə birbirinə zulm etmək üçün qılınc ələ almışlar!

Gürcüstanda bir çoxlu Türk torpağlarıyla birlikdə saxlanməş durumdalar. Rusların etnik dağıtma və torpağ təmizləmək siyasəti sonucu, Türklərin çoxu öz kimlikırin ünütaraq, yerdən çıxmış göbələklər kimi yaşama girişiblər. Elə ona görədir ki onlar, kimsə olmadıqlarına inanaraq, və ən üzücü olan nokta, kimsə onları özündən bilmədiginə görə, hər zaman ölüm, təziyq və sürgün olmağa boyun əyməli olublar.

Ossetiyaya getmədən öncə, Azərbaycan və Türk torpağı olan Borçalıdan yad edək. Dünyanın gözü önündə etnik təmizləməsinə məruz qalan, illərcə əl-bə-əl gəzdirilən bölgə ki sonunda Gürcülərə təslim edilib, Azərbaycan Respoblikasi başda olaraq, heç bir Türk devlətinin marağın özünə cəlb edə bilməmişdir. Borçalıdan qolayca əl üzən Azərbaycan Respoblikasının başçılari, Qarabağada mı eyni yaxlaşımda bulunacaqlar?

Ossetiya bölgəsi Rusiya Devrimindən sonra, Güney Gürcüstana verildi. Ondan öncə, Rusların əlində olan bütöv Ossetiyada bir çoxlu savaş meydana çıxmışdır. O savaşların çoxu isə müstəqillik uğrunda yaranan çatışmalar olubdur ki günümüzdədə davamına şahid oluruq.

İlginç olan budur ki, Ossetiya deyəndə, iki bölgədən danışmağ lazımdır ki biri Gürcüstanda və diyərisə Rusiyada yer almaqdadır. Ama, mələsəf, yazarlar və danışanların bir çoxu Rusiyada yer alan bölümü bilərək ya bilmədən ünütürlar! Soru sormağ olar ki, Rusiya ordusu Güney Ossetiyada milli müqəddəratın millət əlində olmasına inanaraq Gürcüstana saldıranda, aya Rus devləti Quzey Ossetiyadada eyni şəraiyti yaradırmi?

Əgər söz Ossetiyanın müstəqilligi, ya hətta muxtarlığından gedir, bəs nədən Rus hakimiyəti altında qalan bölgədə kimsənin danışmağa icazəsi yoxdur?

Ossetiya çoxdandır ki tanınmış etnik toplumu olaraq tanınıbdır, oranın geçmışdə müstəqil statusu olubdur ama, tarixin bir çox sürəcində, devlətlər arasında paylaşılıbdır. Bir zaman Rusların, bir zaman Rumların və bir zamanda Osmanlı Türklərin əlində olan bu bölgə, əski tarixdə Türk Dünyasına aiyd olan yerdir. Ama, Gürcüstan tərkib hissəsinə daxil ediləndə, amac millətləri birləşdirmək yox, ki onlari ayırmağ olubdur. Nədən tanınmış bir etnik iki ya üç yerə bölünməlidir ki hər zaman birləşmək üçün savaş aparsın? Daha ilginc budur ki, tanınmış bir etnikin bir bölümün öz hakimiyətinə alan balaca ülkələr, nədən onlara aiyd olmayan varlığı qolaycasına əldə edərkən şübhələnməiyblər? Və, nədən günümüzdə gördügümüz kimi, etnik toplumların dağıtmağ üçün, və onlari öz kimliklərində əritmək üçün güc qullanırlar?

Gürcüstan Ossetiyaya sahib olmaqla, sizcə özünə haq qazanrımış olubdur ki orda etnik təmizləmə siyasəti uyqulasın? Aya bu olayda biz özümüzlə tutuşdurma yapsaq səhv mi olacaqdır?

Elə bizidə bir millət olaraq parçalayıb, bir parçanı Ruslar və bir parçanıda Farslar iyələndilər! Ondan sonrada o parçaların dahada parçalanmasına özən göstərdilər, varlıqların payladılar və kimligin zədələdilər! Burda bənzə olan bir çoxu fakta göz yuma bilirmiyik?

Ama, bu arada hər nəqədərdə bənzərliklər olsa, bir önəmli fakt Azərbaycani başqa etniklərdən ayirmaqdadır. Oda budur ki Azərbaycanın adi tarix boyu bir müstəqil, torpağ sahibi və tanınmış ülkə kimi gedibdir. Azərbaycan super güclərin maraxları uğrunda işqal olunaraq parçalanıb, hər parça isə dəiyşik proseslərlə əritmə və asimilasiyuna məruz qalıb.

Demək istədigim budur ki, Azərbaycanda yaşayan azınlıqların durumu ilə, başqa etniklərin durumu eyni olmamalıdır. Nədən ki Azərbaycanda yaşayan azılnlıqların demək olar hamısı sonradan gəlmələrdilər. Onların Azərbaycanda yaşamağ haqlari olsada, orda torpağ haqlari olmamalıdır.

Azərbaycanın Qarabağ probləmilə Ossetiyanın durumun tutuşduraraq, Azərbaycan hakimiyətindən Gürcüstan ərazi bütövlügün dəstəkləməsin istəyənlər, aya bu önəmli noktaları unuturlarmı?

Gürcüstana hərbi mudaxilə edən Rusiya, əskidən bəri peşində olduğu siyasəti davam verməkdədir. Rus İmperiyasi və onun genişlənməsi hər zaman Rus siyasətçilərinin ilk amaci olubdur.

Tarixdə qıssa bir gəzi yaparaq, Rusların nəqədər cinayətkar olduqların qolayca gərmək olar. Millətləri məhv etməgə bilə qalxışan bu siyasət ilə, dostluqdan və insanlıqdan danışmaq abtallıq olacaqdır.

Ruslar və onların ziddi olan ABŞ siyasətində demokrasi və insan haqları kimi şuarlara inanmaqsa, yazının başlanqıcında dedigim mollanın arvadi olmaq kimi olacaqdır!

Rusiya və Gürcüstanın son savaşi nədən başladi? Ordan başladi ki Gürcüstan hakimiyəti tüm insan haqların əzərək, millətlərin öz müqəddəratına sahib olmaların pozaraq və ABŞ-Batı ittifaqının verdikləri şuarlari verərək! Güney Ossetiyaya saldırdi! Bu saldırı çox geniş olmuş və itgilərin sayı on minləri aşmaqdadır. Ama, nədən bati xəbər agentliklərində bu savaşdan heç bilgi verilmir və savaş sanki Rusiyanın Gürcüstana saldırısından başlayır?

Bir çoxlu siyasətçi, Edvard Şevardnadze (Gürcüstanın əski cumhur başxani) kimi sabiqəli siyasətçilər daxil olaraq, bu savaşda və geniş myqyasda vihşiligin törədilməsinsə, batının və özəlliklədə ABŞ-ın rolu olduğunu açıqlayırlar. Onlar deiyrlər ki Saakaşvili (İndiki cumhur başxani) ABŞ və Batıdan aldığı yardım və dəstəklərin toruna düşüb. Onlar deiyrlər ki, Gürcüstani Rus-Bati savaşına qurban verən Saakaşvili, ülkəsinin ağır zərər görməsi və ərazi sorunlarının dahada dərinləşməsinə nədən olubdur.

Mixaiyl Saakaşvili öz təhsilatın Amerikada bitirib, daha sonra, Şevardnadze kabinetinə daxil olaraq, ABŞ-Bati ittifaqının yardımıyla devrim yaparaq hakimiyəti əlinə geçirib! 2003-cu ildə Gürcüstanda baş verən devrimin başında gedən, milliətçi olan Saakaşvili Gürcülərə söz vermişdi ki məmləkətin ərazi bütövlügün qoruyacaq və Abxaziya ilə Güney Ossetiyani (ki özlərin müstəqil elan ediblər ancaq heç ülkə onlari tanımayıbdir) ülkəyə gəri qaytaracaq!

Son iki ildə, ABŞ və Bati Gürcüstana inanılmaz yardımlar ediblər. Silah və hərbə əytim baxımından çoxlu yardımlar alan Saakaşvili hakimiyəti, Gürcüstanın dağılmış iqtisadiyati, insanların aclığın və ülkənin geri qaldığın heçə sayaraq, yeni aldığı texnikalarla qurura qapanmışdır. Bu qururun nəticəsi, utanc verici oldu.

Bir həftə öncə qururla Güney Ossetiyaya saldıran, on minlərcə insani öldürən və yüz minlərcə insani yerindın-yurdundan edən bu cənab, üç gündən sonra dünyaya yalvararaq, özünün yazdığı peşmannaməni imazladı! Onun hesabladığı kimi yürüməyən savaş, ona söz verənlərin və onu şişirdənlərin nə qədər hiləkar olduqların bir daha subuta yetirdi.

Burda, genə bir tutuşdurma lazim olaan görünür. Geny Azərbaycan işqal altındadır və Quzey bölmə müstəqil bir devlətdir. Güney Farsların işqalı altındadır ama hələlik Güneydən açıqcasına mudafiə edən güc ortada yoxdur.

Bir neçə adını milli fəal qoyan şəxs, Güneyın müqəddəratın ABŞ və Batı əlinə verməkdən yana olduqların bildirərək, hər nə olur olsun ama ABŞ-a zərər gəlməsin siyasətin uyqulamağa çalışırlar! Bu şəxləsrin inancından ilham alaraq, yenidən yaratmağ sistemilə Rus-Gürcü savaşın izah etmək yararli olacaqdır.

Fərz edək ki, Farslar həman Gürcülərdilər, Güney Azərbaycansa həman Güney Ossetiyadır. Ossetiyaya yardım edən Russiyasa həman Güneyə yardım üçün aday olan ABŞ-dır.

Atalar deiyrlər ki, istirsən görəsən biri nə çəkir, özüvü onun yerinı qoy!

Rus-Gürcü savaşi necə başlayıbdırsa, yaratdığımız yeni üçlü ilə izah etməgə çalışacağam. Fərz edək ki, Farslar onlara dəstək, silah və bilgi verən Ruslara dayanaraq, Güney Azərbaycana ki özün ABŞ-ın yardımıyla müstəqil elan edibdir saldırıb! Bu saldıri, geniş miqyasdadır, yerdən və göydən bombalar insanların başına yağır. Dünya mediyasıda buna səssiz qalıb və ya ən geçici şəkildə yanaşırlar.

Aya, o dedigim milli fəalların gözlətntisi bu olmayacaqdır ki dayanacaq olduqlari ABŞ meydana girsin və Farsların qulağın bursun? Elə ondadır ki Rus-Gürcü savaşında olan faktlardan bir neçəsi açıqlanmış olacaqdır.

Ruslar illərdir ki Güney Ossetiyani dəstəkləiyr, hər baxımdan orani gücləndirir və Gürcüstani əldə tutmağ üçün, Ossetiya və Abxaziya kimi kartlari oynayır. Təbidir ki bu kartlari Rusun əlindən almağa qalxışan hərkəsi ortadan qaldırmağ, Rusiyanın ilk işi olacaqdır!

Qafqazlarda gedən savaşların hamısı orda olan millətləri qorumağ üçün yox, ki orda olan stratejik varlıqlari ələ geçirmək üçün yapılıblar. Qafqazlarda heç bir zaman millətlər bir-birilə savaşmayıblar, məgər xarici gücün maraxlari söz qonusu olsun.

Ermənistan Qarabağa saldıranda, Ruslarda, ABŞ-da və Batıda səssiz qaldılar ki heç, hətta Ermənistana açıq və gizli şəkildə yardım etdilər. Necə olur ki bu gün Russiya Güney Ossetiya üçün göz yaşi tökür? Aya həman Rusiya dəiylmidir ki Çeçenləri qana bələdi? Aya həman Rusiya dəiyldir ki Qarabağın işqalına zəmin hazırladi və indisə oranın geri qaytarılmasın əngəlləiyr?

Necə olur ki ABŞ və Bati indi Gürcüstani haqli bilirləe və Güney Ossetiyanın müstəqilliginə razi olmurlar, ama həman güclər İraq savaşında Kürdləri dəstəklədilər və elə indidə Kürdüstan yaratmağ üçün əllərindən gələni yapırlar!

Ağılsızlıq olacaqdır ki biz bu gərçək faktlara göz yumub, Rusiyasi olsun, ABŞ-i olsun və hər hara olursa olsun peçinə düşüb və onların tavlayan sözlərinə inanaq. Mən hər zaman demişəm ki Azərbaycani azad etmək üçün söz yox, ki əməl lazimdir. Əməlsə elə silah ələ alıb və plansız saldırmaq dəiyldir, əməl güclü siyasət uyqulamaqdır ki Azərbaycanın milli mənafesin hər şeydən üstün tutsun.

NATO getdikcə dünyanı ABŞ-ın əlinə salmağ üçün yayılmaqdadır. Mələsəf bu gərçəklərə göz yuman bir çoxlu siyasətçi, dünyada olan bitənləri düzgün şəkildə incələyə bilmirlər. NATO və onun yaranış fəlsəfəsi, yapdığı işlər və yaratdığı təhlükələr olduğu kimi bu siyasətçilər tərəfindən tanıtdırılmamaqdadır.

Başqa bir səhv düşüncə sistemi ki özəlliklə Güney Azərbaycan milli hərəkatın axsadır, iki qutubli inanclardır. Yani ki, əgər sən Amerikanın siyasətindən razi olmadığıvı desən, fərq etməz ki faktla danışırsan ya yox, sənə Ruspərəst damqası vurulacaqdır! Və bunun qarşısında, əgər Rusiyanı tənqid etsən, İmperiyalism nökəri damqası anlıva vurulacaqdır! Dedigim səhv sistemdə, orta yol, və əslində Azərbaycan maraxlarından çıxış edən yol yoxdur.

Mən çalışıram ki Azərbaycan maraxlarına üstünlük verən bir sistem yarada. Yani ki, hər zaman Amerika siyasəti bizə yararli oldu ona, və hər zaman Rusiya siyasəti bizdən yana oldu ona dəstək verilsin. Ama, ünütmamağ şətrilə ki bu arada olan siyasətlər hər zaman o super güclərin yararına olacaqdır və bizə qalan olan, sadəcə milli maraxlarımızı qorumağ olacaqdır ta gücümüzü artaq və ondan sonra güc bazarlna daxil olaq.

Quzey Azərbaycan hakimiyətindən kəskin intiqad etdiklərimdən olan biri, Quzey Azərbaycani tək ürünlü bir ülkəyə çevirmək çabasi olubdur. Quzey hakimiyəti nəft-qaz pullarına sahib olduqdan sonra, orda yapılacaq olan yapıtların güclü olmasına özən verməkdən imtina etməgə başlayıb.

Azərbaycan Respoblikasında göstərilən inkişaflar nə inki yararli dəiyldir, bəlki bir baxışdan təhlükəlidə sayılmalıdır. Təssəvür edin ki bir gün nəft-qaz istehsalati dayansın! Yaxud anbarlarımızda olan milli sərmayəmiz bitsin! O zaman Azərbaycan Respoblikasi nə ilə yaşayacaqdır?

Azərbaycan qaynaqlarından yararlanan bati və yandaşlari hər zaman satqın bir hakimiyət taparaq onu iş başında saxlamaq üçün can atacaqlar. Rusiyanın Xəzər dənizində malik olduğu güc hər zaman bizim varlıqlarımızı azaltmaqda olubdur. Ama, bu zərərlər iki tərəfdən gələndə, millətimiz daha ağır duruma duşəcəkdir.

İndi həm bati və həm Rusiya bizim ülkəyə basqi uyqulamaqdalar və hətta bir deiyşlə desəm, bizi yönətirlər. Azərbaycanın nəfti ya qazi hardan gəlir və hara gedir, neçəyə, kimə və necə satılır, gələn pullar hardan, necə və neçədir, alınan pullar hara, necə və nədən xərclənir, bəlli dəiyldir! Elə ona görədir ki bu qarmaşadan çıxmağ üçün, nəft-qaz məsələsi milli səviyəyə qaldırılmalı və onların üzərində yapılan muamilələrin üstü açılmalıdır.

Azərbaycan nəft-qaz yataqların ələ geçirmək üçün, Rusiyanın yanaki quyularından sonra (quyunun ağzı Rusiyada olubda dibi Azərbaycanda yer alır) çəkilən kəmərlər (BTC) və ona bənzər nəqliyyat sistemlər super güclərin maraxlarından olubdur. Bunlara, gələcəkdə rəsmi bir ülkə olaraq tanınan və Ərəblərin müttəfiqi olacaq olan İsrailin maraxlarınıda artırmağ lazımdır.

Bu nədənlərə görə, BTC bölgədə güclərin savaşdığı mal halinə gəldikcə, Azərbaycan təhlükəsizligi soru altına gedəcəkdir. BTC-ni partlatmağ üçün Rusiyanın son çabalari və Türkiyədəki partlayışlari bir araya gətirəndə, o zaman müsibətlərimizin nəqədər dərin olduğun anlamali oluruq.

Dünya düzəni yenidən qurulur və mən geçmış yazılarımda ona işarə etmişdim. Dünyani bölmək üçün neçə qutb savaşırlar? ABŞ, AB, Rusiya, Çin, Yaponiya, Ərəb Birligi və imkan daxilində Türk Birligi. Aya, zaman gəlib çatmayıbdır ki Türk Birliginin təməlləri barədə ciddi danışıqlar başlasın?

Son zamanlarda bir sıra yetərsiz çabalar göstərilibdir. Türk ülkələrin bir araya gəlmələri, ortaq dil və telekanalların yaranmasi, vizaların qaldırılmasi və kültür-tarix yönündən yaxlaşmalar hamısı dəyərli addımlardılar, ama yetərli dəiyllər. Hətta, başqa yöndən baxanda bilə, şübhəli görünürlər.

Türkiyənin Avrupa Birliginə girmək üçün çabalari, AB qurallarına uymasi və batıdan müttəfiq seçməsi, bu ülkənin Türk dünyasından danışmaların soru altına salmaqdadır. Nədən ki əgər Türkiyə deiyr ki Türk Dünyasi yaranmalıdır, demək Avrupa Birliginin qarşısında qalxacaq olan bir gücdən danışır. Və bu o deməkdir ki bir ülkə eyni zamanda iki düşmən, ya muxalif toplumun tərkibində ola bilməz. Bu açıqlamadan bunu çıxartmaq olar ki Türkiyə çalışır ta Avrupa Birliginə qarşi olacaq Türk Birligi kartından yararlanaraq, özünün Avrupa Bilriginə girməsini qolaylaşdırsın. Yoxsa başqa tür düşünmək üçün heç nədən görümür. Türkiyə siyasətçiləri çalşırlar ta Avrupa yetkililərinə desinlər ki ya bizi öz aranıza alın, yada biz sizə qarşi ittifaq yaradacayıq! Mən inanıram ki Türkiyənin bu işi Türk Dünyasına inanc və xidmət amacıila yox, ki Avrupani şantaj etmək üçün yapılmaqdadır.

Ama, əgər bir gün Türk Konfederasiyasi yaranarsa, demək Türk Ddünyasında olan varlıqlarımız öz əlimizdə və öz qazancımız yönündə olacaqdır. Türk Dünyasi yaranırsa, super güclər və başqa birliklərin tam ortasında, və önəmli olan, yer kürəsinin tam zəngin yerində qurulacaqdır. Bu gərçəkləşirsə əgər, zənginlik və inkişaf Türklərin olacaqdır.

Ama bunun kimi böyük və zaman aparan planın gərçəkləşməsi üçün, Türklərin indidən birbirin tanımalari, sayqı duymalari və yardım etmələridir. Lazimdir ki Türk ülkələri, Türklərdən 30% yararlanmağ üçün, Türk olmayanların 50% yararından vaz geçsinlər. Çətinlik çəkməyən qazanmaz.

Türklərə aiyd olan hər bir sorun geniş şəkildə Türk Dünyasında yansıtılmalı və təpki yaratmalıdır. Mələsəf bu gün görürük ki Türk ülkələri bir birinə zidd siyasət yürüdürlər, əlbəttə deiym ki bu siyasətlər xaricdən onlara diktə olunur və hakmimiyətdə olanların yaxlaşıq heç biri millətçi dəiyldirlər.

Azərbaycan Respoblikasi 17 ildir ki Qarabaği əldən verib, bu hakimiyət gəilr və Gürcüstandan yana olaraq, Gürcülərə verilən torpağlarımızı danır! Gürcüstanın ərazi bütövlügün dəstəkləiyr və orda yaşayan milionlarca Türkün gələcəgin satır. Bu işi gərənlərin fikricə, əgər ərazi bütövlügü dəstəklənməsə, o zaman Azərbaycanında ərazi bütövlügü dəstəklənməz!

Ama bunların unutduqlari, və ya əslində unutmağ istədikləri bir gərçək var. Güney Azərbaycan bu gün İran adlanan ülkənin ərazisi sayılmaqdadır! Aya bu hakimiyət sabah Güney Azərbaycan müstəqilligin elan edəndə Farslardan mı yana olacaqlar? Sabah Kürdlər Kərkükü öz tərkib hissələrinə alanda, İraq-ın iç məsələsidir diyə onu dəstəkləyəcəklər mi? Çin hakimiyəti Doğu Türküstanda qan tökərkən, Çin yanlısı olacaqmıdır? Yaxud Türkiyənin təpkisi bunlara nə olacaqdır? Ya Türkmənistanın? Ya o biri Türk ülkələrin? Əslən soruşuram ki, Rusiyada işqal altında olan Türklərin gələcəginə biqanə mi qalmalıyıq?

Bizlərin başqa bir iradımızda budur ki sorunlarımıza öz gözümüzlə yox, ki biə tərif olunanlar açısından baxırıx. Qarabağ bizimdir, ora işqal olubdur və hami buna şahiddir, ama, Ossetiyanın başına gələnləri paylaşmır. Ossetiya Gürcülərə verilib, yani ki, Gürcüstan bu arada Ermənistanın durumundadır və özünə aiyd olmayan əraziləri mənimsəmək istəiyr. Burda yerləri bilərək dəiyşdirənlərdən soruşmalı olacağam ki, biz Ermənistandan mı yana olacayıq yoxsa Qarabağımızdan mı? Biz Türk torpağında yaranan Gürcüstandan və ya Ermənistandan mı yana olacayıq yoxsa Borçalıdan və Qarabağdan?

Azərbaycan üçün müstəqil ziyalılar yetişdirilməlidir. Siyasi və bilim sahələrində ətki buraxa bilən insanlarımız olmalıdır. Nə yazıq ki hələlik bu başarıya naiyl olmamışıq. Mən bundan qorxuram ki sabah Güney Müstəqilligin elan edəndə, orani yönətə biləcək olan müstəqil və millətçi siyasətçimiz olmasın və məcbur olaq başqalrının bizə seçdikləri, Türkcə danışan və ya Azərbaycan doğulan satqınlara baş əyək! İraqda olanlari gördük, başımıza gəlməsini mi gözləməliyik?

Bizə özəl olan yolu getmək zorundayıq, birilərin peşindən düşmək bizə yaraşmaz

Təbrizli Baybək
14/08/2008
Croydon

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2950.azr
azeribaybak[at]gmail.com