- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
“QARABAĞ PARTİZANLARI” ADI İLƏ TANINAN DƏSTƏNİN BİR QRUP ÜZVÜ MƏTBUAT KONFRANSI KEÇİRİB
BayBək, Azərbaycan | Saturday, 16th August , 2008 , 02:20 [am] | İç Xəbərlər
![]() |
. | Xatırladaq ki, cəmiyyətdə “Qarabağ partizanları” adı ilə tanınan 23 nəfər 2004-cü il ildə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Bu şəxslərin işinə yenidən baxılıb, onların 11 nəfəri azadlığa buraxılıb. Digərləri - Məmməd Məmmədov ömürlük həbs cəzasına, Əlirza Babayev 14 il, Rövşən Bədəlov 9 il, Xızır Marqaşvili 9 il, Məmməd Məhəmmədov və Müşfiq Qurbanov 7 il, Ağayev Ədalət 6 il müddətə həbs cəzasına məhkum olublar. 2006-cı ildə əfv |
Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə azadlığa buraxılan “Qarabağ partizanları” və onların ailə üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirilib. QAT sədri Akif Nağı bildirib ki, bir neçə gün öncə cəza müddəti bitən “partizanlar”dan 3 nəfəri – Fariz Hacıyev, Yaşar Məmmədov və Feyruz Babayev azadlığa çıxıb. A. Nağı hələ də həbsdə olan 8 “Qarabağ partizanı”nın sərbəst buraxılması ilə bağlı Prezident yanında Əfv Komissiyasına müraciət edildiyini söyləyib.
F. Hacıyev deyib ki, onların hansısa dini təriqətin təbliğatında maraqlı olması və bu məqsədlə silahlanmaları haqda deyilənlər həqiqətə uyğun deyil. Bu iş üzrə ömürlük həbs cəzasına məhkum edilən Məmməd Məmmədovun anası Təranə Məmmədova oğlunun cəza müddətinin dəyişdirilməsini xahiş edib: “Oğlumun cinayəti silah əldə edərək Qarabağda partizanlığa cəhd etmək olub. O, heç kimi qətlə yetirməyib”.
“Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova onların sərbəst buraxılması üçün imzatoplama kampaniyasına başlamağı məqsədəuyğun hesab edib: “Vətənin azadlığı uğrunda edilən cinayət bağışlanandır”.
Xatırladaq ki, cəmiyyətdə “Qarabağ partizanları” adı ilə tanınan 23 nəfər 2004-cü il ildə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Bu şəxslərin işinə yenidən baxılıb, onların 11 nəfəri azadlığa buraxılıb. Digərləri - Məmməd Məmmədov ömürlük həbs cəzasına, Əlirza Babayev 14 il, Rövşən Bədəlov 9 il, Xızır Marqaşvili 9 il, Məmməd Məhəmmədov və Müşfiq Qurbanov 7 il, Ağayev Ədalət 6 il müddətə həbs cəzasına məhkum olublar. 2006-cı ildə əfv olunan Rüstəm Əsgərov isə yenidən həbs edilib.apa
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir