- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Rusiya qoşunlarını çıxarmağa başladığını deyir

BayBək, Azərbaycan | Monday, 18th August , 2008 , 20:47 [pm] | İç Xəbərlər

. Gürcüstan rəsmiləri bildirirlər ki, Rusiya hissəslərinin Gürcüstandan çıxarılması hiss olunmur.

Bundan bir qədər əvvəl Rusiya hərbiyyəsi elan etmişdi ki, Fransa tərəfindən vasitələnmiş sülh planına uyğun olaraq öz qüvvələrini Gürcüstandan çıxarmağa başlayıb.



Rusiya və Gürcüstan Rusiya qoşunlarının Gürcüstan ərazisindən çıxıarılması barədə ziddiyyətli xəbərlər yayır.

Gürcüstan rəsmiləri bildirirlər ki, Rusiya hissəslərinin Gürcüstandan çıxarılması hiss olunmur.

Bundan bir qədər əvvəl Rusiya hərbiyyəsi elan etmişdi ki, Fransa tərəfindən vasitələnmiş sülh planına uyğun olaraq öz qüvvələrini Gürcüstandan çıxarmağa başlayıb.

Bu barədə məlumatı Rusiya Silahlı Qüvvələri baş qərargah rəisinin müavini general Anatoli Naqovitsın elan edib.

General xüsusilə vurğulayıb ki, söhbət qoşunların çıxarılmasından yox, çəkilməsindən gedir və Fransanın sülh planında da bu, məhz bucür yazılıb.

Lakin BBC-nin hazırda Tbilisi yaxınlığında olan müxbirləri deyirlər ki, buradakı Rusiya qüvvələrində bir tərpəniş olsa da, qoşunların çıxarılmasının əlaməti nəzərər çarpmır.

Rusiya bildirir ki, Cənubi Osetiyanın xarici perimetri boyunca bufer zonasında sülhyaradıcılar saxlamaq hüququna malikdir.

Bu arada prezident Medvedev bildirib ki, Gürcüstanda ruslara qarşı hər hansı təcavüzə əzici zərbə ilə cavab veriləcək.bbc

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2970.azr
azeribaybak[at]gmail.com