- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
“Stratfor” analitikləri: “Rusiya növbəti hücumu Azərbaycana edə bilər”
BayBək, Azərbaycan | Monday, 18th August , 2008 , 21:44 [pm] | İç Xəbərlər
![]() |
. | Analitiklər Qafqazdakı vəziyyəti, onun Azərbaycan və Türkiyə üçün əhəmiyyətini qeyd ediblər: “Bu gün Rusiya Qafqazda dirçəlir. Vaxtilə Qafqazdakı geosiyasi maraqları ilə rusları və farsları qorxu altında saxlayan türklərin isə baş verən hadisələrə qarışmaqdan başqa çıxış yolu qalmır. Türkiyə Qafqazda təsirinin artması zamanı ilk növbədə Azərbaycanla dərin köklərə ümid edir. Azərbaycan isə Rusiyanın Gürcüstana girməsindən son dərəcə narahatdır. Çünki Rusiyanın hərbi kampaniyasının növbəti hədəfi Bakı ola bilər”. |
Azərbaycan Rusiyanın hərbi kampaniyasının növbəti hədəfinə çevrilə bilər. Lent.az-ın məlumatına görə, belə bir təhlükəli perspektiv barədə “Stratfor” analitik jurnalının ekspertləri yazıblar.
Analitiklər Qafqazdakı vəziyyəti, onun Azərbaycan və Türkiyə üçün əhəmiyyətini qeyd ediblər: “Bu gün Rusiya Qafqazda dirçəlir. Vaxtilə Qafqazdakı geosiyasi maraqları ilə rusları və farsları qorxu altında saxlayan türklərin isə baş verən hadisələrə qarışmaqdan başqa çıxış yolu qalmır. Türkiyə Qafqazda təsirinin artması zamanı ilk növbədə Azərbaycanla dərin köklərə ümid edir. Azərbaycan isə Rusiyanın Gürcüstana girməsindən son dərəcə narahatdır. Çünki Rusiyanın hərbi kampaniyasının növbəti hədəfi Bakı ola bilər”.
“Stratfor” analitikləri Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanın İran və Rusiyanın dəstəyinə ümid etdiyini xatırladırlar: “Hazırda hərbi hazırlıq baxımından Azərbaycana uduzan ermənilər Rusiyanın Cənubi Osetiyadakı fəaliyyətindən sonra özlərini daha rahat hiss edərək Dağlıq Qarabağ uğrunda növbəti müharibə zamanı Rusiyanın köməyi ilə Azərbaycanı vurmağa ümid edirlər. Türkiyə və Azərbaycan Rusiyanın Cənubi Qafqaz planlarından narahatdır. Gürcüstanı bombalayan təyyarələr Ermənistandakı bazalardan qalxıblar. Bu isə Rusiyanın Qafqazdakı hərbi mövcudiyyətini xeyli genişləndirdiyini göstərir”.
“Stratfor” analitikləri qeyd edirlər ki, Rusiyanın Gürcüstana nəzarəti Ermənistanın təhlükəsizliyini gücləndirə, Türkiyə və Azərbaycan arasında coğrafi parçalanmaya gətirib çıxara bilər: “Əgər ermənilər həddən artıq cəsarətlənərək Rusiyanın dəstəyi ilə Azərbaycana qarşı müharibəyə başlasalar müharibə böyük ehtimalla türklərin ruslarla münaqişəsinə çevriləcək”.lentaz
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir