- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Ukrayna prezidentinin katibliyi baş nazir Timoşenkonu Rusiya ilə gizli danışıqlara gedərək dövlətə xəyanətdə ittiham edib
BayBək, Azərbaycan | Tuesday, 19th August , 2008 , 07:04 [am] | Dış Xəbərlər
![]() |
. | Onun sözlərinə görə, Kreml Rusiya ilə Gürcüstan arasında münaqişədə passiv mövqe nümayiş etdirməsi müqabilində növbəti prezident seçkilərində Yuliya Timoşenkonu dəstəkləyəcəyinə söz verib: “Rusiya tərəfi artıq Yuliya Timoşenkonun dəstəklənməsi işinə bir milyard dollara yaxın vəsait ayırıb. Artıq baş |
Ukrayna prezidentinin katibliyi baş nazir Yuliya Timoşenkonu dövlətə xəyanətdə günahlandırıb. APA-nın UNİAN-a istinadən yaydığı məlumata görə, katibliyin rəhbər müavini Andrey Kislinski bildirib ki, baş nazirin fəaliyyətində dövlətə xəyanət və siyasi korrupsiya əlamətləri haqqında materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub.
Onun sözlərinə görə, Kreml Rusiya ilə Gürcüstan arasında münaqişədə passiv mövqe nümayiş etdirməsi müqabilində növbəti prezident seçkilərində Yuliya Timoşenkonu dəstəkləyəcəyinə söz verib: “Rusiya tərəfi artıq Yuliya Timoşenkonun dəstəklənməsi işinə bir milyard dollara yaxın vəsait ayırıb. Artıq baş nazirin seçki qərargahı fəaliyyətə başlayıb. Ukraynanın maliyyə-sənaye qrupları bu qərargaha müraciət etməkdədirlər”. Hələlik baş nazir özü və Yuliya Timoşenko Bloku bu açıqlamalara münasibət bildirməyib.apa
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir