- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
“Azad Tribun” sitəsinin məsulu iddia etdigi jurnalismın etikasəna sadiq qala bilmədi!
BayBək, Azərbaycan | Wednesday, 20th August , 2008 , 04:10 [am] | İç Xəbərlər
![]() |
. | Bu vasitə ilə saiyn Babək Azəri və BayBak-i təxrib etməkdə məşğul olan əməkdaşlarına etirazımızı bildirib və bu dadsız olayların bir daha təkrar edilməməsin arzu edirik. Birdaha bildirmək yararli olacaqdır ki BayBak kimsənin qulluğunda dəiyldir, dostbazlıq, şəxsi qazanclar və hər yel ilə bir yana əsənlərdən uzaqdır. BayBak özün iftixarla Azərbaycanda çalışan ilk və tək modern media bilərək, yerli intiqadlara, faydali önərilərə və gərəkli dəiyşimlərə açıq elan edir. |
Azərbacyanın Güneyınə özəl yaradılan bir neçı sitə var. Bu sitələr zaman azman bir sıra təşkilatlara bağli olaraq yaranmışlar, ancaq bır sırası getdikcə müstəqil xarakterə sahib olublar.
Bu sitələrdən biri “Azad Tribun”dur ki geçın aylara qədər bir müstəqil sitə olaraq fəaliyət edirdi. Ancaq neçə vaxtdır ki bəlirli şəxslərlə bağlantı qurmaqla birlikdə, öz prinsiplərini kobudcasına pozaraq, media dünyasının ilk və sadə quralların unutub. Maraxlıdır ki sitənin baş redakturu dəfələrcə bu prinsiplər barədə danışıb və onlara uymayan sitələri qınayıb!
Son günlərdə Güney Hərəkati üçün önərilən simgə məsələsi bir çolxu tartışma və düşüncə bağdaşmasına nədən olmuşdur. Təbidir ki BayBAk sitəsi bu olaya başqa olaylar kimi özən göstərib və bir çoxlu yazi yayınlamışdır. Yazarların çoxu öz adlarıyla və bir neçəsidə taxma adla öz görüşlərin BayBak vasitəçiligilə açıqlamışlar. Bu arada dadsız olaylarda baş verdi ki BayBak onların bölücü güclərin azaltmağ üçün, geçici olaraq simgə məsələsin dayandırdı.
Soydaşlardan bir neçəsi, hər zaman ki kimin yuxudan gec ayılaraq, simgənin hardan və necə önərildigin bilmədən ona təpki verməgə qalxışdılar. Əlirza Ərdəbili adında bir şəxs isə, önəri sanki BayBak tərəfindən verilib, birlik çağrışına intiqad edərək yazi 1 yazıb və onda bir çoxlu yersiz təxribatlara yer vermişdir. Yazının ilk bölümü qıssa bildirimi ilə birlikdə sitəyə artırılmışdır ta oxucular bu cənab kimi gec ayılan və bilmədən danışan fəallari tanısınlar.
Yazara verilən təpkilər çox oldu. Bir çoxlu yazar o yanlış tənqidlərin yersiz və hədəfsiz olduğun vurquladılar və Güney Hərəkatında gedən olaylara yaxlaşmaların daha diqqətli olmasıni istədilər. Hər haldə bu təpkilər bais oldu ki cənab Ərdəbili öz səhvin anlasın və onu düzəltəgə qalxışsn! Ancaq inanılmaz şəkildə ikinci yazıda 2 daha çox çaş-başlıq edib və suçu öz üstündən atmağa çalışıb.
Yazıda belə bildirilir ki quya cənab Ərdəbili ilk yazını yazmadan öncə, simgə barəsində bir çoxlu yazi yayınlayan sitə ilə əlaqə qurub və önəri barədə suru verib! Deməli o sitənin məsuluda, bizim bildiri ilk önəridir diyə cavab verib!
Yazıda müvzu BayBak-ın birlik çağrısı olduğu üçün, və yazıların deməli hamısı BayBak sitəsində dərc olduğu üçün, cənab Ərdəbili çalşıbdır ki hilə bazlıqla suçu BayBak-in üzərinə atsın! İlk yazını dirək BayBak sitəısinə göndərən yazar, ikinci yazısının nə olduğun bilərək, onu bizə göndərməmiş və bir sıra sitə məsuluna öncədən danışaraq yaymağ üçün göndərmiş!
Azad Tribun sitəsi ikinci yazını yayınlayıbdır və haqli olaraq ona yer veribdir. Ancaq, hər yazıda olan iddialara və yazıda adi gedən tərəflərə cavab haqqi verməkdə, Azad Tribun sitə məsulu bilərək haqsızlıq edib.
BayBak bu yazıya cavab hazırlayaraq onu iki dəfə Azad Tribun sitəsinə göndərib, ancaq o sitənin məsulundan ccavab gəlməiyb və sitənin 3 dəfə güncəl olmasında yazımız yayınalnamıb.
Bu olay açıqcasına göstərir ki Azad Tribun sitəsidə istər istəməz BayBak əleyhinə yaranan kualisiyaya daxil olub və öz müstəqilligin itirib. Bu üzücü olay gərçəkdəndə Güney Azərbaycanın genc mediasına ağır zərbələr vurub və demokratiyaya zidd olan dəblərin təməlin qoymali olur.
BayBak bu vasitə ilə öz etirazın Azad Tribun sitəsinə bildirib, rica edir ki media qurallarına uymaqda əskisi kimi öz müstəqilligin qorusun. Yoxsa bukimi sansora və gərçəkləri gizlətmək çabalari, sitənin yaydığı yalanlardan qazanc əldə etdigi anlaşılacaqdır.
Artıraq ki son zamanlarda BayBak-ə hücümlar artıb və ona qarşi yersiz-sənədsiz təxribatlar güclənib.
Bu çabaların heç anlami olmadığını hamımız bilirik, ama qarayaxma siyasəti Azərbaycan adına çalışan medialara və onların məsullarına darışanda, demək azad media əldə etmək üçün çox geridə qalmalı olacayıq.
Bir sıra şəxslər ki özlərin Azərbaycan milli hərəkatının sahibi bilib və sitə ya televiziya açaraq onu mənimsəməyə, və hətta satmağa çalşırlar bilməlidilər ki BayBak onların neqativ çabalarından zərər görməiyb və işlərinə davam verəcək. Bu arada zərər görən olursa, milli hərəkatımız olacaqdır, çünkü gücümüz iləri getmək yerinə, yalancil düşmanlar yaradıb-öldürməgə sərf olacaqdır.
BayBak yeni yaranmış kuvalisiyaya səslənib və deiyr ki, sizlər duanızın dəligin itirib və yanlış yerə dua edirsiz! Gec olmadan, qarayaxma çabalarınızdan əl çəkin və gərçək mubahisələrə qatılın.
Bu kualisiyanın başında gedən Əhməd Obali isə dünən gecə BayBak-i vurmağ üçün hazırladığı proqramda, başqa bir səhv ilə özünə zərbə vurdu! 9 gün öncədən sitələrdə yayınlanan bir yazıya etiraz etməyən cənab Obali, o yazıni özünün dəfələrcə onayladığı sitələrdə, Azadtabriz 3 və Öyrənci 4 sitələri kimi sitələrdə görməmiş, ama onu dünən BayBak-də 5 yayınlanaraq görüb! Cənab Obali o məqalənin təhlükəli olduğun sırf BayBak-də yayınlandığı üçün anlayıb, yoxsa həmən yazi əgər başqa sitələrdə yayınlanıbdırsa, zərəri ki yox, bəlki yararıda olacaqmış!
Bu vasitə ilə saiyn Babək Azəri və BayBak-i təxrib etməkdə məşğul olan əməkdaşlarına etirazımızı bildirib və bu dadsız olayların bir daha təkrar edilməməsin arzu edirik. Birdaha bildirmək yararli olacaqdır ki BayBak kimsənin qulluğunda dəiyldir, dostbazlıq, şəxsi qazanclar və hər yel ilə bir yana əsənlərdən uzaqdır. BayBak özün iftixarla Azərbaycanda çalışan ilk və tək modern media bilərək, yerli intiqadlara, faydali önərilərə və gərəkli dəiyşimlərə açıq elan edir.
BayBak
20/08/2008
1- Umum milli qərar vermək mekanizmi - Əlirza Ərdəbili ([1] www.11008.bayb…)
2- İlk, son ya növbəti bayrağ? - Əlirza Ərdəbili ([2] www.azadtribun…)
3- Ayın 20-də Azadtabriz sitəsində yayınlanıb ([3] www.azadtabriz…)
4- Ayın 21-də Öyrənci sitəsində yayınlanıb ([4] www.oyrenci.co…)
5- Ayın 28-də BayBak sitəsində yayınlanıb ([5] www.11008.bayb…)
* Adi gedən məqalə müstəqil fəalların İran adlanan ülkədə daha qolay çalışma imkanlarına sahib olduqlari bir önəri olaraq incələnib. Bu önəri başqa önərilər kimi və başqa düşüncələr kimi bir çoxlu sitədə yer alıb. BayBak bu məqaləni içərdigi düşüncəyə görə, 9 gün ilk çatdığlndan sonra yayıb. Ancaq bir çoxlu sitə yazını aldıqlari gün yayınlayıblar. Bu yazıda olan sözlər əgər hərəkatımıza qarşi olsaydılar, nədən 9 gün öncədən yayıldığında cənab Obalının marağın cəlb etməiybdir? BayBak demək istəiyr ki Azərbaycan milli hərəkati nə Günaz TV-dir və nə BayBak! Bunlarda yürüdülən siyasətlər özlərinə aiyddır və əgər bu yolda hançısının siyasətə dağıtıci və təxribatçi olsa yoldan çəkilməli olcacaqdır. Bu günə qədər, BayBak hər nə yazyıb və iddia edibsə onların isbatınada qadir olduğun bildirib. Ama cənab Obali sırf yadların qulluğunda olaraq BayBak siiyasətlərin qaralamağa çalışıb. Halbuki, TV-də qullanılmali zamanın daha yararli yolda sərf olunmasi, həm hərəkatımıza və həm cənab Obali kimi şəxslərin gələcəginə faydali olacaqdır. BayBAk hər kəs və hər təşkilatla açıq mubahisəyə hazır olduğun dəfələrcə bildiribdir, əgər meydandan qaçan varsa, demək yükündə əyrilik vardır! Gücümüzü bir-birimizə qarşi qullanmayaq, düşmən göz önündədir.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir