- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Rusiya ordusu BTC-ni minalayıb

BayBək, Azərbaycan | Wednesday, 20th August , 2008 , 05:56 [am] | İç Xəbərlər

. “Rusiya ilə imzalanan müqavilələrdən bu sənədlərin yazıldığı kağızlar daha qiymətlidir”. Böyük Britaniyanın əfsanəvi baş naziri Uinston Çerçilin təxminən 70 il öncə söylədiyi bu qiymətli sözlər təəssüf ki, öz əzəli dəyərini itirməyib. Əksinə Kremlin atdığı hər addımda öz müdrik mahiyyətini yenidən və yenidən təsdiqləyir.


Ruslar Poti limanının infrastrukturunun tamamilə sıradan çıxarılmasına başlayıblar!

“Rusiya ilə imzalanan müqavilələrdən bu sənədlərin yazıldığı kağızlar daha qiymətlidir”. Böyük Britaniyanın əfsanəvi baş naziri Uinston Çerçilin təxminən 70 il öncə söylədiyi bu qiymətli sözlər təəssüf ki, öz əzəli dəyərini itirməyib. Əksinə Kremlin atdığı hər addımda öz müdrik mahiyyətini yenidən və yenidən təsdiqləyir.

Atəşkəs sazişinin imzalanmasından bir neçə gün keçməsinə baxmayaraq, Rusiya silahlı qüvvələri hələ də işğal altında saxladıqları ərazilərdən geri çəkilməyiblər. Beynəlxalq təşkilatların, ABŞ və Avropa Birliyi ölkələri liderlərinin verdiyi bəyanatlara rəğmən Moskva təcavüzünü davam etdirir.

Gürcüstan xarici işlər nazirliyinin dünən yayımladığı bəyantda Rusiya ordusunun işğalı altında olan ərazilərdə talanların və vandalizm aktlarının daha da genişləndirildiyi bildirilir. Gürcüstanın xarici siyasət idarəsinin məlumatına görə, Rusiya hərbiçiləri beynəlxalq humanitar təşkilatların və KİV nümayəndələrinin onların nəzarətində olan ərazilərə, o cümlədən Zuqdudi və Poti şəhərlərinə daxil olmalarına imkan vermirlər.

Gürcüstanın “Rustavi-2″ telekanalı isə dünən səhər Rusiya ordusunun Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəmərini minalamağa başladığı barədə məlumat yayıb. Telekanalın internet səhifəsində yerləşdirilən xəbərdə bildirilir ki, ruslar kəməri minalamaqla yanaşı, bir çox strateji obyektlərin, o cümlədən Poti limanının infrastrukturunun tamamilə sıradan çıxarılmasına başlayıblar.

Dünən Rusiyanın idarəçiliyində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) işğalın ilk günlərində quruma üzv olan dövlətlərin mövqelərinə aydınlıq gətirib. NATO üzvü olan xarici işlər nazirlərinin Gürcüstan ərazilərinin işğalı ilə bağlı keçirilən toplantıdan dərhal sonra KTMT-nin baş katibi Nikolay Bordyuja Ermənistan, Belorusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Rusiyanın mövqeyini dəstəklədiklərini bildirib: “Avqustun 11-də KTMT-nin daimi şurasının fövqəladə toplantısında baş verənlərə qiymət verildi və Gürcüstanın hərəkətləri kəskin şəkildə pislənildi”.

Qeyd edək ki, dünən Ermənistanda KTMT-yə daxil olan ölkələrin komanda təlimləri keçirilib.axcp

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2987.azr
azeribaybak[at]gmail.com