- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Andres Herkel Azərbaycan hakimiyyətinə sərt mesaj verdi

BayBək, Azərbaycan | Wednesday, 20th August , 2008 , 09:23 [am] | İç Xəbərlər

. Andres Herkel deyir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın öhdəliklərinə dair hesabatını iyunun sonlarında təqdim edib. İndi bu tövsiyələrin necə yerinə yetiriləcəyini gözləyirlər: «Dediyim odur ki, indi siz səhvləri düzəldin, seçkiqabağı mühiti yaxşılaşdırın. Bu öhdəliklər necə yerinə yetirilir, mühit necədir, bunu seçkiqabağı bəyanatda deyəcəyik».


Avropa Şurasının müşahidə missiyası sentyabrın 16-da Azərbaycana gələcək. Missiya ölkədə prezident seçkisi öncəsi durumu öyrənəcək, vəziyyətə dair bəyanat verəcək.

Bunu «Azadlıq» radiosuna Avropa Şurasının Azərbaycan üzrə müşahidə missiyasının rəhbəri Andres Herkel deyib. Missiya prezidentliyə namizədlər, onların nümayəndələri, QHT-lər, MSK təmsilçiləri, seçkiyə cavabdeh şəxslərlə görüşəcəklər.

Andres Herkel deyir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın öhdəliklərinə dair hesabatını iyunun sonlarında təqdim edib. İndi bu tövsiyələrin necə yerinə yetiriləcəyini gözləyirlər: «Dediyim odur ki, indi siz səhvləri düzəldin, seçkiqabağı mühiti yaxşılaşdırın. Bu öhdəliklər necə yerinə yetirilir, mühit necədir, bunu seçkiqabağı bəyanatda deyəcəyik».

AŞ PA-nın Azərbaycana dair son hesabatında deyilir ki, hökumət seçkiqabağı ölkədə inam mühiti yaratmalı, prezident seçkisinin azad və ədalətli keçməsini təmin etməlidir.

Andres Herkel deyir ki, Azərbaycanda üç jurnalistin həbsdə olması ciddi problemdir. Əgər yeni əfv fərmanı hazırlanırsa, bu, həmin problemi həll etmək üçün bir imkandır. Herkelin sözlərinə görə, seçkiöncəsi həbsdəki jurnalistlərlə görüşə biləcəyinə inamı azdır. çünki o, müşahidə missiyasının rəhbəri kimi gəlir, məqsədi Azərbaycanın öhdəliklərini necə yerinə yetirdiyini öyrənmək deyil.azadliqradiosu

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2988.azr
azeribaybak[at]gmail.com