- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Fazil Qəzənfəroğlu: “Ərdoğanın səfəri hazırkı vəziyyətdə Azərbaycanın ayıq-sayıq davranması üçün baş tutan görüşdür”

BayBək, Azərbaycan | Wednesday, 20th August , 2008 , 14:50 [pm] | İç Xəbərlər

. Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda səfərdə olacaq. Səfər zamanı Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir. Verilən məlumata görə, görüş zamanı Rusiya-Gürcüstan müharibəsindən dolayı bölgədəki vəziyyət və Ərdoğanın “Qafqaz İttifaqı” təklifi müzakirə olunacaq.


Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda səfərdə olacaq. Səfər zamanı Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir. Verilən məlumata görə, görüş zamanı Rusiya-Gürcüstan müharibəsindən dolayı bölgədəki vəziyyət və Ərdoğanın “Qafqaz İttifaqı” təklifi müzakirə olunacaq.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan bundan öncə Rusiya və Gürcüstana səfər etmişdi. Türkiyə baş nazirinin Moskva və Tiflisdən sonra Bakıya səfərinə münasibət bildirən Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu hesab edir ki, əslində Ərdoğanın bu səfərlər öncəsi səsləndirdiyi “Qafqaz İttifaqı” təklifi bir bəhanədir: “Ərdoğanın Bakıya səfəri Cənubi Qafqazda baş verən hazırkı vəziyyətlə bağlı Azərbaycanın bir qədər daha ayıq-sayıq davranması və Türkiyə ilə məsləhətli hərəkət etməsi üçün baş tutan görüşdür”, - deyən müsahibimiz hesab edir ki, “Qafqaz İttifaqı” ideyası Ermənistan və Rusiyanın indiki davranışları baxımından gerçəkləşməsi yaxın zamanda mümkün olası ideya deyil. “Həm də bu ideya ABŞ və başqa ölkələr tərəfindən necə qarşılanacaq, bu da hələ bir müəmmadır. O baxımdan da hələlik bu mövzu aktual deyil”.

Qəzənfəroğlunun fikrincə, Ərdoğan-Əliyev görüşü Türkiyənin yalnız Azərbaycanla birgə davranmaqla bölgədəki vəziyyəti daha dərindən təhlil etmək üçün keçirilən görüşdür.express

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2990.azr
azeribaybak[at]gmail.com