- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Zeyno Baran: MİNSK QRUPU DAĞILA BİLƏR

BayBək, Azərbaycan | Wednesday, 20th August , 2008 , 15:08 [pm] | İç Xəbərlər

. (Zeyno Baran Kürd əsillidir və Amerikada Türkiyə, İslam və Qafqazların enerji sahəsindəki siyasəti üçün çalışır. O, Mətyu Brayza ilə evlidir. Cənab Brayza ABŞ tərəfindən Qarabağ munaqişəsinə yaradılan toplumuna numayəndədir. Bu toplum illərdir ki Qarabağı Azərbaycandan qorparmağ yolunda cəhd göstərir. Son olaylarda, Azərbaycanın ərazi bütövlügü barədə hazırlanan qətnamə, ABŞ, Rusiya və Fransa kimi devlətlər tərəfindən rədd edilib. Halbuki həman ölkələrın Gürcüstanın ərazi bütövlügün dəstəkləməsi, Qarabağ və Azərbaycab məsələsində tərs məqamda yer aldıqlari bəlli olub. Maraxlıdır ki Azərbaycan hakimiyəti hələdə bu ölkələrə və onların yaratdığı toplumlara qulluğ edir!)


Zeyno Baran: “ABŞ-la Rusiyanın bu formatda əməkdaşlığı daha mümkün deyil”!

Vaşinqtondakı Hudson İnstitununun proqram direktoru Zeyno Baran 1news.az saytına müsahibəsində Gürcüstan ətrafında baş verənlərin Dağlıq Qarabağ münaqişəsinə təsirsiz qalmayacağını deyib. Zeyno Baran deyib ki, hazırda Cənubi Osetiya münaqişəsi ətrafında yaranmış vəziyyətin necə inkişaf edəcəyini təxmin etmək çətindir. Çünki Gürcüstan müharibəni uduzub, Cənubi Osetiyada etnik təmizləmə aparılıb, bundan əvvəl isə gürcülər Abxaziyadan çıxarılıb. “İndi Rusiya Kosovo presedentindən istifadə edərək bu bölgələrin statusunun referendum yolu ilə müəyyən edilməsini tələb edir. Əgər onlar bu işdə uğur qazansalar, o zaman ermənilərin də Dağlıq Qarabağda referendum keçirmək haqda mövqeləri böyük dəstək qazanacaq.”

Zeyno Baran onu da deyib ki, Rusiya artıq keçmiş soet respublikalarındakı münaqişələrin həllində neytral vasitəçi deyil. Bunun Minsk Qrupu çərçivəsində aparılan prosesə təsiri də istisna deyil. “Mən hələ bilmirəm nə baş verəcək, lakin Amerika və Rusiyanın regional münaqişənin həllində vasitəçilik etməsini təsəvvür etmək çətindir. Çünki onların mövqeləri kəskin fərqlənir. Ancaq hesab edirəm ki, ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinə dair mövqeyində hansısa dəyişiklik Amerikadakı prezident seçkilərindən sonra mümkün ola bilər.”musavat

(Zeyno Baran Kürd əsillidir və Amerikada Türkiyə, İslam və Qafqazların enerji sahəsindəki siyasəti üçün çalışır. O, Mətyu Brayza ilə evlidir. Cənab Brayza ABŞ tərəfindən Qarabağ munaqişəsinə yaradılan toplumuna numayəndədir. Bu toplum illərdir ki Qarabağı Azərbaycandan qorparmağ yolunda cəhd göstərir. Son olaylarda, Azərbaycanın ərazi bütövlügü barədə hazırlanan qətnamə, ABŞ, Rusiya və Fransa kimi devlətlər tərəfindən rədd edilib. Halbuki həman ölkələrın Gürcüstanın ərazi bütövlügün dəstəkləməsi, Qarabağ və Azərbaycab məsələsində tərs məqamda yer aldıqlari bəlli olub. Maraxlıdır ki Azərbaycan hakimiyəti hələdə bu ölkələrə və onların yaratdığı toplumlara qulluğ edir! BayBak)

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2991.azr
azeribaybak[at]gmail.com