- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Minsk qrupunun fəaliyyəti nəticə vermir

BayBək, Azərbaycan | Thursday, 21st August , 2008 , 03:56 [am] | İç Xəbərlər

. İlham Əliyev: “Son günlərin hadisələri bir daha təsdiqlədi ki, regionda sabitlik nə dərəcədə həssas məsələdir”
Ərdoğan: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”


İlham Əliyev: “Son günlərin hadisələri bir daha təsdiqlədi ki, regionda sabitlik nə dərəcədə həssas məsələdir”
Ərdoğan: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

Dünən Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında öncə təkbətək, sonra isə geniş heyətdə görüş keçirilib.

Görüşdən sonra Azərbaycan prezidenti və Türkiyənin baş naziri birgə bəyanatla çıxış ediblər. Anadolu agentliyinin verdiyi xəbərə görə, Azərbaycan prezidenti iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb.

Prezident bildirib ki, Türkiyə-Azərbaycan faktoru bölgədə sülhü və əmin-amanlığı təmin edir: “Türkiyə-Azərbaycan dostluğu iki ölkə arasında əlaqələrin inkişafına təkan verir. Bizim iradəmiz irimiqyaslı enerji və nəqliyyat layihələrinin reallaşmasına yol açıb”.
Azərbaycan prezidenti Gürcüstanda həyatın normal axara dönməsini, qarşıdurmaya son qoyulmasını arzuladığını ifadə edib: “Gürcüstan və Rusiya hər ikisi Azərbaycanın dostudur.

Biz dostlarımızın da dost olmasını istəyirik. Son günlərin hadisələri bir daha təsdiqlədi ki, regionda sabitlik nə dərəcədə həssas məsələdir”.
Birgə layihələrin icrası üçün regionda sabitliyin vacib olduğunu vurğulayan İlham Əliyev Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünü tanıdığını və münaqişələrin sülh yolu ilə həllini istədiyini qeyd edib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Cənubi Qafqazda sülhün təmin olunması baxımından Azərbaycan və Türkiyənin mövqeyi eynidir: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır.

Minsk qrupunun fəaliyyəti 16 ildir, nəticə vermir və bu, bizi düşündürür. Qafqaz Sülh və Əməkdaşlıq Platforması bölgədə sülh və təhlükəsizliyə töhfə verə bilər. Rusiya və Gürcüstan tərəfinin bu təklifimizə müsbət yanaşdığını məmnuniyyətlə müşahidə etdik. Bu məsələ ilə bağlı cənab Əliyevlə ətraflı müzakirə apardıq. Azərbaycanın da təklifimizə pozitiv yanaşması bizləri daha çox məmnun etmişdir”.

Ərdoğan Qafqaz Sülh və Əməkdaşlıq Platformasının coğrafi amillərə söykəndiyini, bölgədə sülh və təhlükəsizliyin, iqtisadi işbirliyinin və enerji təhlükəsizliyinin təmin olunması üçün bir hədəf olduğunu dilə gətirib: “Platforma ATƏT-in prinsiplərinə söykənməli, ortaq həlletmə və idarəetmə mexanizmilə əhatə olunmalıdır. Hər hansı bir problem və sıxıntı zamanında platformaya daxil olan ölkələr baş verənləri yaratdıqları mexanizmlə həll etməlidirlər”.axcp

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3000.azr
azeribaybak[at]gmail.com