- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

NİNO BURCANADZE MİXAİL SAAKAŞVİLİYƏ MÜXALİF PARTİYA YARADIR: «RUSİYA İLƏ ƏLAQƏLƏRİN NORMALLAŞDIRILMASI VACİBDİR»

BayBək, Azərbaycan | Thursday, 21st August , 2008 , 21:28 [pm] | İç Xəbərlər

. Gürcüstan parlamentinin keçmiş sədri Nino Burcanadze xalqın prezident Mixail Saakaşviliyə Cənubi Osetiyadakı uğursuz hərbi əməliyyatla bağlı sərt suallar verəcəyini istisna etmir. «Media forum» saytının məlumatına görə, keçmiş spiker Yaponiyanın «İomiuri» qəzetinə müsahibəsində deyib ki, Tbilisinin Cənubi Osetiyaya ordu yeritməsinin doğru, yoxsa səhv qərar olduğu Rusiya ordusu ərazidən çıxarılandan sonra analiz olunacaq: «Amma görünür ki, xalq Mixail Saakaşviliyə sərt suallar ünvanlayacaq».


Gürcüstan parlamentinin keçmiş sədri Nino Burcanadze xalqın prezident Mixail Saakaşviliyə Cənubi Osetiyadakı uğursuz hərbi əməliyyatla bağlı sərt suallar verəcəyini istisna etmir. «Media forum» saytının məlumatına görə, keçmiş spiker Yaponiyanın «İomiuri» qəzetinə müsahibəsində deyib ki, Tbilisinin Cənubi Osetiyaya ordu yeritməsinin doğru, yoxsa səhv qərar olduğu Rusiya ordusu ərazidən çıxarılandan sonra analiz olunacaq: «Amma görünür ki, xalq Mixail Saakaşviliyə sərt suallar ünvanlayacaq».

M.Saakaşvilinin Gürcüstanda dəstəyinin getdikcə azaldığını vurğulayan N.Burcanadze deyib ki, tezliklə müxalif partiya yaratmaq niyyətindədir: «Mənim möhkəm siyasi bazam var. İndi ölkəni siyasi böhrandan necə çıxarmaq haqda düşünürəm».

N.Burcanadze «Birləşmiş müxalifət» blokunun lideri Levan Qaçeçiladze ilə məsələhətləşmələr apardığını da bildirib. Keçmiş spikerin sözlərinə görə, yaradacağı yeni partiya NATO-ya inteqrasiya kursunu davam etdirəcək, Avropa və ABŞ-la əlaqələrin daha da inkişaf etdiriləmsinə çalışacaq: «Amma Rusiya ilə əlaqələrin normallaşdırılması da Gürcüstan üçün vacibdir».

N.Burcanadze 1964-cü il iyulun 16-da Kutaisidə anadan olub. Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Gürcüstan parlamentinin konstitusiya, hüquq və qanunçuluq komitəsi sədrinin birinci müavini, sədri, beynəlxalq əlaqələr komitəsinin sədri olub.

2002-ci ilin noyabr ayında parlamentin sədri seçilib. 2007-ci il noyabrın 25-dən 2008-ci il yanvarın 20-nə qədər Gürcüstan prezidentinin səlahiyyətlərini icra edib. Bu ilin yazında keçirilən son parlament seçkisinə qatılmayıb.mediaforum

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3006.azr
azeribaybak[at]gmail.com