- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Azərbaycanın ixracı yavaş-yavaş iflic vəziyyətinə düşür
BayBək, Azərbaycan | Thursday, 21st August , 2008 , 23:08 [pm] | İç Xəbərlər
![]() |
. | Artıq ikinci həftədir ki, Gürcüstanda davam edən hərbi münaqişə bu ölkənin yaxın ticarət tərəfdaşı olan Azərbaycana da iqtisadi itkilər verir.
Gürcüstan vasitəsilə Qərb istiqamətində öz neft və neft məhsullarını, habelə yük və mal daşımalaırnı həyatat keçirən Azərbaycanın indi getdikçə artan iqtisadi zərərlə üzləşdiyi deyilir. |
Artıq ikinci həftədir ki, Gürcüstanda davam edən hərbi münaqişə bu ölkənin yaxın ticarət tərəfdaşı olan Azərbaycana da iqtisadi itkilər verir.
Gürcüstan vasitəsilə Qərb istiqamətində öz neft və neft məhsullarını, habelə yük və mal daşımalaırnı həyatat keçirən Azərbaycanın indi getdikçə artan iqtisadi zərərlə üzləşdiyi deyilir.
Azərbaycan;n ixracının əsas hissəsi Gürcütsan vasitəsilə dünya bazaralarına çıxarıldığından indi bu istiqamətdə müəyyən çətinliklər yaşanır.
Belə ki, Gürcütsanın bir sıra limanlarının və ən başlıcası Potinin fəaliyyətsiz qalması Azərbaycanın onlardan yararlanmaq imkanlarını məhdudlaşdırıb.
Yaranmış vəziyyət region liderləri səviyyəsində müzakirə olunur.
Ötən gün Türkiyənin baş naziri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev Gürcüstandakı hadisələrin Azərbaycana iqtisadi cəhətdən mənfi təsir etdiyini etiraf edib.
“Bizim ixrac potensialımız zəifləyib və indi mallarımızı nəql etməkdə çətinlik çəkirik”, - deyib prezident.
Deyilənlərə görə, paytaxt Tbilisinin 45 km qərbində yerləşən körpünün indi yararslız olması səbəbindən Azərbaycan tərəfinə məxsus və neft məhsulalrı ilə yüklənmiş 16 qatar iki ölkə arasındakı sərhəddə qalıb.
Gürcüstanda qeyri-müəyyən vəziyyət hələ də davam etdiyindən rəsmilər iqtisadi zərərin miqdarını müəyyən etməyin çətin olduğunu deyirlər.
Amma neft təhlilçisi İlham Şaban deyir ki, rus-gürcü münaqişəsnin hər günü bizim üçün 100 milyon dollar itki deməkdir, çünki nə dəmir yolu, nə dəki boru kəməri ilə on min tonlarla barrel nefti ixrac etmək mümkün deyil”
Vəziyyətin qəlizliyinə dəlalət edən həm də BP şirkətinin vitse-prezidenti Endi İnqlişin iki gün öncə Bakıya səfəridir.
Bildirildiyinə görə, əvvəlcədən planlaşdırılmayan bu səfər Gürcüstandakı hadisələrin mənfi təsirini minimuma endirmək niyyətindən yarandı və o, Azərbaycan rəhbərlyi ilə danışıqlarda Gürcüstan vasitəsilə neft nəqlinin tam həcmdə bərpası yollarını müzakirə edib.bbc
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir