- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

İran adlanan ülkənin olimpiyada ilk və tək qızıl medal alan Türk yarışmacısi, öz medalın Azərbaycana təqdim etdi!

BayBək, Azərbaycan | Sunday, 24th August , 2008 , 00:50 [am] | İç Xəbərlər

. Hadi Saıi aldığı qızıl medali Azərbaycana və anadan doğduğu Qarakohülə təqdim etdi. O sözlərində deiyb ki “Arzu edirəm Azərbaycan və şəhrim ilə kəndimin əhalisi bu naqabil hədiyəni məndən qəbul etsinlər”.


Hadi Saıi aldığı qızıl medali Azərbaycana və anadan doğduğu Qarakohülə təqdim etdi. O sözlərində deiyb ki “Arzu edirəm Azərbaycan və şəhrim ilə kəndimin əhalisi bu naqabil hədiyəni məndən qəbul etsinlər”.

BayBak bildirir ki, İranın şovonist düşüncəli olan Fars xəbər agentligi bu xəbəri yazaraq, cənab Saıi-nin danışığına toxunub. Agentlik hərarətlə Hadi Saıi-nin qazanmasın İran adlanan ülkəyə fəxr bilərək, medalın İran İslam vətəndaşlarına və Azərbaycana təqdim olunmasın yazır!

İran adlanan ülkədə yürüdülən şovonisti siyasətlər və asimilə proqramlarının ağır olduğuna baxaraq, bir Türk yarışmacısının Türklügü və öz doğma yurduna verdigi özən çox anlamlı olur. Bəllidir ki belənçi olaylardan inciyən Fars hakimiyəti, çalışacaqdır ki bənzər olayların önün alsın.

Hadi Saıi Təbriz-in yaxınlığında olan Bostanava şəhrinin Qarakohül kəndində anadan doğulub. Cənab Saıi və bacısi tekvandoda məşğuldular. 32 yaşında olan tekvandoçu 7 yaşından spora başlayıb və bir çoxlu başari əldə edib. O, daha öncə Aten olimpiyadasında qızıl və Sidni olimpiyadasında bürünc medal qazanmışdır.

BayBak bildirir ki İran hakimiyətinin basqısına dayana bilməyən bir çoxlu Türk adlımı, öz danışıqların gələcək toplantılarda dəiyşərək İran milləti və Fars-İslam hakimiyətinin qulluğunda olduqların dilə gətiriblər.

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3027.azr
azeribaybak[at]gmail.com