- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Ramil Usubov Eldar Mahmudova xəbərdarlıq etdi

BayBək, Azərbaycan | Sunday, 24th August , 2008 , 02:01 [am] | İç Xəbərlər

. Orhan Yıldırım imzası ilə göndərilən məktublardan biri “24 saat” qəzetində dərc edilmişdi. “Vilayət Eyvazov Heydər Əliyevi öldürmək istəyib?” sərlövhəli yazıda daxili işlər naziri Ramil Usubovun müavininin bu posta necə gəlib çıxması haqda informasiya verilirdi.

Məqalədə Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rəfael Allahverdiyevə istinadən (?) yazılıb ki, guya AXC hakimiyyətinin bəzi üzvləri 1993-cü ildə



Ötən həftə fəaliyyətdə olan e-mail ünvanlara Orhan Yıldırım imzası ilə anonim ünvandan müxtəlif yazılar göndərilmişdi. Həmin təxribat xarakterli yazılara diqqət edəndə onların xüsusi xidmət orqanları tərəfindən hazırlandığı və e-maillərə göndərildiyi şübhə doğurmurdu.

Orhan Yıldırım imzası ilə göndərilən məktublardan biri “24 saat” qəzetində dərc edilmişdi. “Vilayət Eyvazov Heydər Əliyevi öldürmək istəyib?” sərlövhəli yazıda daxili işlər naziri Ramil Usubovun müavininin bu posta necə gəlib çıxması haqda informasiya verilirdi.

Məqalədə Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rəfael Allahverdiyevə istinadən (?) yazılıb ki, guya AXC hakimiyyətinin bəzi üzvləri 1993-cü ildə Heydər Əliyev Bakıya gələrkən onu qətlə yetirməyi planlaşdırıblarmış. Bu planı icra etmək isə həmin vaxtlar hələ polis orqanlarında çalışmayan, Milli Azadlıq Hərəkatında mitinqlərdə iştirak edən (?) Vilayət Eyvazova tapşırılıbmış…

Həmin vaxt qeyd etmişdik ki, “Orhan Yıldırım”ın məqaləsi MTN-lə DİN arasında neçə ildir gedən “soyuq müharibə”nin tərkib hissəsi kimi qiymətləndirilir. Məqalədə V.Eyvazovun da, əsas hədəf kimi [1] R.Usubovun seçilməsi də məsələnin mahiyyətinə aydınlıq gətirirdi. Vilayət Eyvazovdan dolayı Ramil Usubova qarşı başlanan kampaniya isə bu iki qurum arasında “kopromat savaşı”nın şiddətlənməsindən xəbər verirdi. Lakin həmin yazıların xüsusi peşəkarlıqla deyil, “OBXSS” dəsti-xətti ilə ərsəyə gətirilməsi diqqətdən yayınmamışdı.

Maraqlısı odur ki, “Orhan Yıldırım”ın yazısına Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Mehman Mehmanov tərəfindən cavab verilib. Həmin yazı “525-ci qəzet”-də dərc olunub. Bir neçə istiqamət üzrə hazırlanan yazıda ilk öncə Rəfael Allahverdiyevə diqqət yönəldilib. Belə aydın olur ki, Rəfael Allahverdiyevin öz xatirələrində Vilayət Eyvazovun Heydər Əliyevə sui-qəsd etmək cəhdində bulunması barədə yazdıqları ona heç də ucuz başa gəlməyib. Mehman Mehmanov R.Allahverdiyevə 2004-cü ilin avqust ayında Xızıda pansionatlardan birində baş verən hadisəni xatırladıb: “Xızıda pansionatda istirahət edən vətəndaşlar polisə müraciət edərək yaşlı bir kişinin özündən qat-qat cavan qadınla nalayiq davranışlarının onların istirahətinə mane olduğu üçün müvafiq ölçü götürülməsini xahiş edirlər. Qanun çərçivəsində Rəfael Allahverdiyev və həmin xanım - vaxtilə Bakı Şəhər İcra Hakimiyyətində işləmiş Qəmbərova Aynurə Qəmbər qızının şəxsiyyəti aydınlaşır… “Xatirə ustadı” Rəfael Allahverdiyev işin nəhs gətirdiyini görüb yaxa cırır ki, guya bu qadın onun dost-doğmaca qızıdır…”

M.Mehmanovun yazısından aydın olur ki, o zaman Rəfael Allahverdiyevin ifşası ilə bağlı əməliyyata Vilayət Eyvazov başçılıq edib: “…Vilayət Eyvazovun prinsipial mövqeyi Rəfael Allahverdiyevi yəqin ki, hələ çox ”acılı-şirinli” xatirələr danışmağa sövq edəcək. Bu “acılı-şirinli” xatirələr məhz onun Don Juanlığından sonra başlayıb…”

Yazıya Allahverdiyevlə bağlı əməliyyat keçirilərkən çəkilən bir şəkil də əlavə olunub. Orada keçmiş merlə A.Qəmbərovanın qarşı-qarşıya oturduqları əks olunur…

Sabiq merin cavabı veriləndən sonra DİN və Vilayət Eyvazov haqqında yazıları sifariş verənlərə üz tutulur: “…Vilayət Eyvazov haqqında sifarişlə yazı yazdıranlara, bötan və iftira atanlara bir məsəli də xatırlatmaq istəyirəm: “Dəvəquşu başını quma soxdu, elə bildi onu görən yoxdur””.

M.Mehmanovun yazısında bir xəbərdarlıq da var: “…Azərbaycanın ictimai həyatında, dövlət strukturlarında sağlam ab-havanı, böyük Heydər Əliyev tərəfindən əsası qoyulmuş demokratik idarəçilik ənənələrini pozmağa cəhd edən, ayrı-ayrı rəhbər şəxslər arasında ədavət toxumu səpmək niyyətinə düşən, məqsədinə çatmaq üçün ən çirkin vasitə və imkanlara əl atanlar öz sələflərinin aqibətini gözləri önünə gətirsinlər”…

Sonuncu cümlədə bir çox mənalar gizlənir. MTN-lə DİN arasında “kompromat müharibəsi”nin getdiyini nəzərə alsaq, Mehman Mehmanovun yazısında kimə və nəyə işarə edildiyini anlamaq çətin deyil. Hər halda, Namiq Abbasov uzun illər MTN-ə rəhbərlik etsə də, sonda onun aqibəti heç də yaxşı olmadı. Həmçinin Bakı Şəhər Baş Polis İndarəsinin sabiq rəisi Məhərrəm Əliyev də uzun illər Ramil Usubovla mübarizədə məğlub olaraq “vuruldu”. Qeyd etmək yerinə düşər ki, M.Əliyev bəzi qəzet redaktorlarına şəxsən özü informasiya ötürürdü və general Usubova qarşı yazılara görə onlara pul ödəyirdi. Yeri gəlmişkən, M.Əliyevin maliyyələşdirdiyi qəzetlər indi də var.
Bu baxımdan, xəbərdarlıq cümləsinin kimə ünvanlandığını sezmək çətin deyil. O da şübhəsizdir ki, M.Mehmanovun yazısı [1] R.Usubovun icazəsi olmadan mətbuatda dərc edilə bilməzdi. Odur ki, oradakı xəbərdarlıqları [1] R.Usubova aid etmək daha məntiqlidir…

Hər halda, iki güc strukturu arasında belə ziddiyyətlərin olması və generalların mübarizəsinin günbəgün güclənməsi Azərbaycan dövləti və hakimiyyəti üçün uğurlu bir şey vəd etmir…

Bu arada qeyd edək ki, Orhan Yıldırım imzası ilə yayılan yazıların və fotomontajların MTN-də hazırlanmasına nazir müavini, keçmişdə “OBXSS” sistemində çalışmış Hilal Əsədov şəxsən rəhbərlik edir.musavat

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3028.azr
azeribaybak[at]gmail.com
Yazıda qullanılan URL-lər:
[1] R.Us: http://R.Us
[2] R.Us: http://R.Us
[3] R.Us: http://R.Us